Bizim "Connecting Futures" (Gələcəkləri Birləşdirək) proqramı çərçivəsində "Living Together" (Birlikdə Yaşayaq) birinci regional gənclər forumu avqustun 29-dan sentyabrın 3-nə kimə Gürcüstanın gözəl güşəsi olan Likanidə baş tutdu.
Bu təşəbbüs Böyük Britaniyada və dünyanın müxtəlif ölkələrində yaşayan fərqli mədəniyyətə malik olan gənclər arasında qarşılıqlı anlayış, bilik mübadiləsi və əlaqələri inkişaf etdirmək məqsədi daşıyan Connecting Futures proqramının tərkib hissəsidir. Bu günə kimi Connecting Futures proqramı 50 000 gənc arasında qlobal səviyyədə əlaqə yaratmaq imkanı verib.
Forumda Azərbaycan, Gürcüstan, Şimali İrlandiya və Ermənistandan 43 gənc iştirak ediblər. Forum Cənubi Qafqazda və Şimali İrlandiyada tolerantlıq və münaqişələrin həlli üzrə biliklərin və təcrübənin inkişafına yönəldilmişdir.
Azərbaycan, Şimali İralandiya, Ermənistan və Gürcüstan gəncləri münaqişə şəraitində həyat təcrübəsi, münaqişənin hər bir şəxsin və cəmiyyətin davranışına və şəraitinə təsir göstərməsi barədə fikirlərini forum zamanı bir-biri ilə bölüşdülər. Onlar həmçinin vasitəçilik və danışıqlar aparılması üzrə biliklər əldə etmişlər.
Forumun iştirakçıları müxtəlif mədəni və idman tədbirlərində fəal iştirak etmişdirlər - bu da onların arasında əlaqələrin güclənməsinə imkan vermişdir. Sevindirici haldır ki forumun gedişatında Gürcüstanın prezidenti Mixail Saakaşvili iştirak etmiş, forum ilə maraqlanmış və iştirakçılara müvəffiqiyyətlər arzulamışdır.