2003-cü il iyul ayının əvvəlində Azərbaycanda 8 etnik / linqvistik qrupdan olan 24 üzv Gələcəkləri Birləşdirək yay düşərgəsində iştirak etmək üçün seçilmişlər. Birləşmiş Krallıqdan 12 iştirakçı və 2 gənc lider də onlara qoşuldu. Yay düşərgəsi Bakıda, Kresnt Biç Hotel mehmanxana və istirahət mərkəzində keçirildi.
Düşərgənin məqsədi xüsusən Biz kimik? Bu dünyada gənc adam olmaq nə deməkdir? Bizim həyatımız necədir? İşinizə nə mane olur? kimi suallar ətrafında düşünməyi nəzərdə tutan bir sıra yaradıcı və interaktiv seminar və oyunlar təşkil etmək idi.
Yeddi günlük düşərgədə əsas diqqət Britaniya və Azərbaycandan olan gənclər təşkilatlarını bir araya gətirmək, onlar arasında əlaqələrin daha da inkişaf etməsini və gələcək layihələri dəstəkləmək, aktiv vətəndaşlıq, münaqişələrin həlli məsələlri və s. təbliğinə yönəlmişdi.
|