Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
Beautiful Science (Gözəl Elm)
ŞÖHRƏT LABORATORİYASI MÜSABİQƏSİ
ELMİ DEBATLAR
Science Made Simple
ELMİ "TƏSƏVVÜR ET"
Əyləncə təhsillə bir araya gəlir və ya… elm səhnəyə gələndə.

10 noyabr 2007-ci il tarixində “Asanlaşdırılmış Elm” kompaniyasının direktoru Vendi Sədler “Qulaqlarınıza layiq Musiqi” adlı treyninq keçirdi. Qafqaz Universitetində keçirilən treyninqdə Bakı, Xırdalan, Sumqayıt və Şamaxının yerli məktəblərindən cəlb olunan 200 şagird iştirak etdi.

11 noyabr 2007-ci il tarixində isə Britaniyanın “Asanlaşdırılmış Elm” tamaşa kompaniyası saat 15.00-da və 19.00-da Azərbaycan Dövlət Musiqili Komediya teatrında “Təsəvvür Et” adlı tamaşa göstərdi.

LAYIHƏ HAQQINDA

Gözəl Elm” layihəsinin ikinci hissəsi olan “Visualise” (Təsəvvür et) tamaşası Azərbaycanda Qafqaz Universitetinin əməkdaşlığı, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirildi. Tamaşanın məqsədi elm, təhsil və incəsənəti birləşdirərək gəncləri elm sahəsində karyera qurmağa həvəsləndirmək, habelə gənc alimləri daha geniş kütlə ilə açıq, hərtərəfli, ruhlandırıcı və interaktiv yollarla əlaqə yaratmağa həvəsləndirməkdir.

Science Made Simple” (Asanlaşdırılmış Elm) elmi kommunikasiya kompaniyası “Təsəvvür Et” elmi teatr tamaşası ilə səyahət edərək tamaşaçılara dünyanın ən gözəl və valehedici elmi tamaşalarından bəzilərini izləməyə imkan yaradır. “Təsəvvür Et” – canlı elmi nümayişləri, fiziki teatrı, multimedia texnologiyalarını və musiqini bir araya gətirərək tamaşaçılara sadə üsullarla yaradılan qeyri-adi görüntüləri nümayiş etdirir. Onun məqsədi, məktəblər və auditoriya üçün hazırlanmış bir sıra ruhlandırıcı və maarifləndirici təcrübələri bölüşərək, insanların elmə olan marağını artırmaqdır.

“Gözəl Elm” layihəsi Avstriya, Azərbaycan, Bolqarıstan, Xorvatiya, Yunanıstan, İsrail, Rumıniya, Serbiya və Türkiyə olmaqla Cənub-Şərqi Avropanın 9 ölkəsində, habelə Böyük Britaniyada keçirilir. Layihənin digər iki komponenti isə bunlardır:

Debatlar müasir elmi və onun bizim həyatımızda zərurətini kəşf edən bir neçə hissədən ibarət olan mədəniyyətlərarası dialoqlardan ibarətdir. Bu iş Böyük Britaniya alimi və mediya xadimi Cim Əl-Xəlilə həvalə olunmuşdur. Bu işdə ona yerli elm kommunikatorları da yardım edəcəklər. Azərbaycanda “Gələcəyimizə Enerji”  adlı debatlar 2008-ci ilin yanvar ayında keçiriləcəkdir.

Şöhrət Laboratoriyası gənc alimləri auditoriyanın təxəyyülünü elmə XX əsr baxışı ilə ilhamlandırmaq və təəccübləndirməyə həvəsləndirən beynəlxalq müsabiqədir və elm kommunikatorları üçün nəzərdə tutulmuşdur. Müsabiqə haqqında daha genişi məlumatı Şöhrət Laboratoriyası internet səhifəsindən əldə edə bilərsiniz.

British Council bu fürsətdən istifadə edərək, Qafqaz Universitetinə əməkdaşlığına, Baku Electronics və R.İ.S.K. Elmi İstehsalat Şirkətinə isə dəstəyinə görə təşəkkür etmək istəyir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud