Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
Nijat Aliyev the winner of the FameLab competition in Azerbaijan "Moment of Movement"
Böyük BrİtanİyanIn FameLab modelİ
Cheltenham Science Festivali
ŞÖHRƏT LABORATORİYASI MÜSABİQƏSİ
Elmin yeni simasının tapılması

“Biz gözlərində elm ulduzu parlayan elmi cəhətdən dəqiq olan əyləncəli, orijinal və həyəcanlandırıcı çıxışlarını elmə aidiyyatı olmayan dinləyicilərə təqdim edə bilən adamlar axtarışındayıq.” Kati Sayks, Çeltenhəm Elm Festivalının Direktoru, Böyük Britaniya.

Böyük məmnuniyyətlə 11 aprel 2008-ci il tarixində Park Inn mehmanxanasında keçirilmiş “Şöhrət Laboratoriyası” müsabiqəsinin qaliblərini elan edirik!

Əziz Şahhüseynov - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, “Səs və səsin sədası” mövzusunda olan maraqlı və əyləncəli təqdimatı ilə birinci yerə layiq görülmüşdür və 2008-ci ilin iyun ayında Çeltenhəm Elm Festivalında iştirak etmək üçün Böyük Britaniyaya yollanmışdır. Əziz Bank Standard-dan "Toshiba" əl kompyuterini qazanmaqla bərabər, auditoriya mükafatına da layiq görülmişdür: Qafqaz Universitetində ingilis dili kursu!

İkinci yerin sahibi - Emina Xudakişiyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsinin tələbəsi “Mayelərdə təzyiq” adlı təqdimat göstərmişdir.

Üçüncü yerə sahib olan Rübabə Quliyeva - Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsinin təqdimatı isə “Enerjinin mənbəyi” mövzusunda idi.

On finalçının hər biri Britaniyanın elmi komunikasiya üzrə məsləhətçisi Sancida O Konnell tərəfindən keçirilən təlimdə iştirak etmək haqqını qazanmış və Bank Standarddan i-podla mükafatlandırılmışlar.

Biz qaliblərimizi ürəkdən təbrik edir, onlara elm əlaqələndiriciləri kimi gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.  

Şöhrət Laboratoriyası (Famelab) Böyük Britaniyada Çeltenhəm Elm Festivalının təşəbbüsü ilə yaranıb və bu müsabiqə Cənub-Şərqi Avropanın 9 ölkəsində British Council şəbəkəsi vasitəsilə ikinci ildir ki beynəlxalq səviyyədə keçiriləcək.

Şöhrət Laboratoriyasının məqsədi gənc alimlərə (18 -35 yaş arası) dəstək verməkdir ki onlar da öz növbələrində geniş kütləni 21-ci əsrin elmi nailiyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər.

Müsabiqə televiziya tamaşaçılarına öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan elmin yeni simaları axtarışındadır. Sizə tanış olan "Yeni Ulduz" və "Xalq Ulduzu" televiziya proqramları nümunə kimi göstərilə bilər- sizin üç dəqiqəniz  olacaq ki, özünüzü ekspert münsiflərə təqdim edəsiniz və yalnız ən yaxşılar növbəti mərhələyə keçəcəklər. Çıxışlar elmi cəhətdən dəqiq, əyləncəli və orijinal təqdim edilməli və həmçinin dəqiq elmlərlə əlaqəsi olmayan auditoriyaya ünvanlanmalıdır.

Şöhrət Laboratoriyası müsabiqəsi 2008-ci ilin mart ayında keçirilmişdir. Cənub - Şərqi Avropanın 9 ölkəsində qalib gələn 9 şəxs Böyük Britaniyada Çeltenhəm Elm Festivalında iştirak edəcək.

Azərbaycanda bu layihə Qafqaz Universiteti ilə birgə və Bank Standard-ın dəstəyi ilə həyata keçirilmişdir. İctimai televiziya layihəyə media dəstəyi göstərmişdir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud