Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Şöhrət Laboratoriyası 2007
Şöhrət Laboratoriyası 2008
ŞÖHRƏT LABORATORİYASI AZƏRBAYCAN 2009

“Biz gözlərində elm ulduzu parlayan, elmi cəhətdən dəqiq olan əyləncəli, orijinal və həyəcanlandırıcı çıxışlarını dəqiq elmlərlə əlaqəsi olmayan auditoriyaya təqdim edə bilən adamlar axtarışındayıq.” Kati Sayks, Çeltenhəm Elm Festivalının Direktoru, Böyük Britaniya.

Böyük məmnuniyyətlə 13 may 2009-cu il tarixində Park Inn mehmanxanasında keçirilmiş “Şöhrət Laboratoriyası” müsabiqəsinin qaliblərini elan edirik!

Elçin İbrahimov – Qafqaz Universitetinin tələbəsi “Nyutonun 3 qanunu” mövzusunda olan maraqlı və əyləncəli təqdimatı ilə birinci yerə layiq görülmüşdür və 2009-cu ilin iyun ayında Çeltenhəm Elm Festivalında iştirak etmək üçün Böyük Britaniyaya yollanacaqdır. O həmçinin Azercell-dən "Toshiba" əl kompyuterini qazanmışdır.

Lalə Aslanova - Azərbaycan Tibb Universitetinin tələbəsi “İnfarkt” mövzusundakı maraqlı təqdimatı ilə Auditoriya mükafatını - DVD pleyer qazandı.

İkinci yerin sahibi - Hafiz Məlikli, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsinin çıxış mövzusu onun təqdimatı kimi maraqlı idi - “Nə üçün günəş batanda qırmızı rəngə boyanır?”. Bu çıxışla o, Qafqaz Universitetindən ingilis dili kursu ilə yanaşı, Azercell-dən rəqəmsal foto kamera qazandı.

Üçüncü yerə sahib olan Sərxan Talıbzadə - Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsinin təqdimatı isə “Atmosfer və Atmosfer təzyiqi” mövzusunda idi. Sərxan Qafqaz Universitetindən ingilis dili kursu və Azercell-dən rəqəmsal foto kamera qazandı.

On finalçının hər biri britaniyalı elm xadimi Qventin Kuper tərəfindən keçirilən Natiqliyə həsr olunmuş master-klasda və İmran Muxtarov tərəfindən Təqdimat etmə bacarığı haqda təlimdə iştirak etmək haqqını qazandılar. Onlar həmçinin Azercell-dən i-podla mükafatlandırıldılar.

Biz qaliblərimizi ürəkdən təbrik edir, onlara elm əlaqələndiriciləri kimi gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.  

Şöhrət Laboratoriyası (Famelab) Böyük Britaniyada Çeltenhəm Elm Festivalının təşəbbüsü ilə yaranıb və bu müsabiqə Cənub-Şərqi Avropanın 9 ölkəsində British Council şəbəkəsi vasitəsilə artıq üçüncü ildir ki beynəlxalq səviyyədə keçirilir.

Şöhrət Laboratoriyasının məqsədi gənc alimlərə (18 -35 yaş arası) dəstək verməkdir ki onlar da öz növbələrində geniş kütləni 21-ci əsrin elmi nailiyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər.

Müsabiqə televiziya tamaşaçılarına öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan elmin yeni simaları axtarışındadır. Sizə tanış olan "Yeni Ulduz" və "Xalq Ulduzu" televiziya proqramları nümunə kimi göstərilə bilər- sizin üç dəqiqəniz  olacaq ki, özünüzü ekspert münsiflərə təqdim edəsiniz və yalnız ən yaxşılar növbəti mərhələyə keçəcəklər. Çıxışlar elmi cəhətdən dəqiq, əyləncəli və orijinal təqdim edilməli və həmçinin dəqiq elmlərlə əlaqəsi olmayan auditoriyaya ünvanlanmalıdır.

Şöhrət Laboratoriyası müsabiqəsi 2009-cu ilin aprel ayında keçirilmişdir. Cənub - Şərqi Avropanın 9 ölkəsində qalib gələn 9 şəxs Böyük Britaniyada Çeltenhəm Elm Festivalında iştirak edəcək.

Azərbaycanda bu layihə Qafqaz Universiteti ilə birgə və Azercell-in dəstəyi ilə həyata keçirilmişdir. İctimai televiziya layihəyə media dəstəyi göstərmişdir.

Our Partner           Media Partner           Our Sponsor 
Qafqaz University 

    

  

 
          
Azercell 
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud