Şöhrət Laboratoriyası nədir?
Şöhrət Laboratoriyası elmi kommunikasiya üzrə ən yeni istedadı axtarıb tapan milli istedad yarışmasıdır.
İlk dəfə Böyük Britaniyanın Çeltenham Elm Festivalı tərəfindən yaradılan yarışmanın məqsədi elmi sinif otağı çərçivəsindən çıxarıb əyləncəyə çevirmək, eləcə də elm və texnologiyaya böyük həvəsi olan gəncləri öz maraqlarını ictimaiyyətlə bölüşməyə ruhlandırmaqdır.
Şöhrət Laboratoriyasının məqsədi nədir?
Şöhrət Laboratoriyasının məqsədi gənc alimlərə dəstək verməkdir ki, onlar da öz növbələrində geniş kütləni XI əsrin elmi nəaliyyətləri ilə maraqlandıra və əyləndirə bilsinlər. Biz televiziya vasitəsilə elmə aidiyyatı olmayan, tamaşaçı kütləsinə öz yaradıcı ideyalarını çatdıra bilən və təqdim etmə bacarığı olan Azərbaycan elminin yeni simalarının axtarışındayıq.
Mənim seçilməyə hüququm varmı?
Seçimdə sizə münsiflər heyətini elmi cəhətdən dəqiq, əyləncəli, orijinal və həmçinin elmə aidiyyatı olmayan dinləyicilərə ünvanlanan çıxış ilə valeh etməyə üç dəqiqə veriləcək. Siz 18-35 yaş arası olmalı və elm sahəsində işləməlisiniz. Bura həm şəxsi, həm də ictimai sahədə işləyən, eləcə də texniki mütəxəssislər, elm, texnika, mühəndis və yaxud riyaziyyat sahələrində çalışan şəxslər daxildir. Müsabiqənin məqsədi elm ilə məşğul olan şəxslərə danışıq qabiliyyətlərini inkişaf etdirmək imkanları yaratmaqdır.
Müsabiqəyə necə daxil ola bilərəm?
05 mart 2008-ci il tarixinə kimi qeydiyyat formasını doldurub beautiful.science@britishcouncil.azelektron ünvanımıza göndərin.
Qeydiyyat formasını və seçilmə şərtlərini yükləyin
Müsabiqədə nə baş verəcək?
- 18 mart 2008-ci il tarixində keçiriləcək yarımfinalda münsiflər heyətini valeh etmək üçün sizə maksimum 3 dəqiqə veriləcək. Onları geniş dinləyici kütləsinin anlaya biləcək həyacanlandırıcı və mövzuya aid olan çıxışlar maraqlandırır.
- Minimum köməkçi vasitələrdən istifadəyə icazə verilir, lakin vaxtın seçilməsinə ya da köməkçinin iştirakına icazə verilmir.
- Power Point proqramının istifadəsinə icazə verilmir.
- Təqdimat auditoriya qarşısında ediləcək.
- Münsiflər heyəti hər təqdimatdan sonra sizə suallar verə biləcək və sizin çıxışınız barəsində fikirlərini bildirəcəklər.
- Seçim mərhələsinin nəticəsində 10 nəfər finalçı sonuncu mərhələdə iştirak etməyə dəvət olunacaq. 10 aprel 2008-ci il tarixində keçiriləcək finalda sizdən müasir elmi mövzuda və əvvəlki çıxışınızdan fərqli olan 5 dəqiqəlik təqdimat etməyiniz istəniləcək. Münsiflər heyəti təqdimat barəsində sual verəcək və fikirlərini bildirəcəklər. Tamaşaçılar da seçim prosesinə cəlb ediləcək.
Münsiflər heyəti kimlərdir?
Elm dünyasının dörd aparıcı alimi və media nümayəndəsi yarımfinalda və finalda iştirak edəcək. Biz müsabiqəyə yaxın günlərdə onların adlarını açıqlayacağıq.
Mən nə qazanıram?
- 30 nəfər müsabiqədə iştirak etdiyi üçün British Council-dan sertifikat və Bank Standard-dan GƏNCKART alacaq
- 10 finalist Bank Standard-dan MP3 pleyer və British Council-dan Master-Klas qazanacaq
- Münsiflər heyəti tərəfindən seçilən finalist British Council adından Böyük Britaniyanın Çeltenham Elm Festivalında iştirak edəcək. O həmçinin Bank Standard-dan noutbuk qazanacaq.
- Finalistdən sonrakı iki nəfər Bank Standard-dan rəqəmsal video kamera alacaq
- Bundan başqa, finalda Bank Standard tərəfindən xüsusi auditoriya mükafatı, rəqəmsal foto kamera, olacaq
Əgər Şöhrət Laboratoriyası ilə maqarlanırsınızsa qeydiyyatdan indi keçin ki, ən yeni məlumatları və çıxışları qaçırmayasınız.
| Əməkdaşımız |
|
Media Dəstəyi |
|
Sponsor |
|
|
|
|
|
|