Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Leadership training - participants and trainers, image © British Council (Azerbaijan)
QADINLARA SƏS HÜQUQU
«QADINLARA SƏS HÜQUQU» NƏDİR?
BİZİM İLK QADINLAR KONFRANSI
QADIN LİDERLİYİ TƏLİMLƏRİ
Active Learning Centre
«Əktiv Löninq Sentr» 1994-cü ildə hüquq və demokratiyanı möhkəmləndirməklə yoxsulluq və sosial təcrid olunma ilə mübarizə aparmaq üçün qeydiyyatdan keçmiş xeyriyyə təşkilatıdır.
LİDERLİK TƏLİMLƏRİ
Qadın Liderliyi təlim proqramı

2004 ildə 10-16 mart tarixlərində Qadınlara səs hüququ təşəbbüsümüz çərçivəsində «Qadın liderliyi» təlim proqramını keçirmişik.

Layihənin əsas məqsədi siyasətdə və içtimai həyatdə fəal olan qadınları dəstəkləmək və onların fəaliiyət gostərdikləri sahələrdə daha da aktiv olmalarına təkan verməkdir.  Məqsədimizə çatmaq və layihəni daha da yüksək səviyyədə təşkil etmək üçün Böyük Britaniyadan treyner dəvət olunmuş və 10 müxtəlif bölgədən, fərqli içtimayi və siyasi təşkilatları təmsil edən 40 nəfər potensial gənc qadına treyninq kurslar keçmişdir.

Proqramın yekun məqsədi qadın hüquqları sahəsində beynəlxalq standartlar barədə biliyin artırılması və qadınların siyasətdə iştirak etməsi üçün lazimi bilik və bacarıqların verilməsi idi. Bu da aşağıdakı tədbirlərdən təşkil olunmuşdur:

Lider Qadınlar cəmiyyətinin təşkil etdiyi fikirlərin inlişafına və ehtiyacların qiymətləndirilməsinə yönəldilmiş səfər - 2004 ilin fevral ayında «Active Learning Centre»dən proqramın məsləhətçilərinin gəlməsi
«Active Learning Centre» tərəfindən təlim materiallarının və proqramın hazırlanması
İki 3-günlük 20 qadın üçün keçirilmiş kursda ümumilikdə 40 qadın iştirak etmişdir. Bu kurs «Active Learning Centre»dən Keyt Filips və Lider Qadınlar gəmiyyətindən Məlahət HəsənovaTamam Cəfərova tərəfindən həyata keçirilmişdir
Seçilmiş iştirakçılar üçün Treynerlərin treyninqi
Proqram daxilində hazırlanmış materiallardan istifadə etməklə bir sıra treyninq tədbirlərinin keçirilməsi.

Treninqdə «İctimaiyyətdə öz profilinizin yaradılması», «Qadınlara qarşı hər cür Formada Diskriminasiyanın Ləğvi barədə Konvensiya (CEDAW)», «Seçilmiş namizədlərin rolu», «Qadınları bir-birinə dəstək verməyə inandırmaq», «Sorğunun keçirilməsi», «Seçki kampaniyası proqramının tərtib olunması», «İctimaiyyət qarşısında çıxış etmək», «Lobbiçilik» və sairə kimi mövzulara baxılmışdır.

On nəfər treyninq iştirakçısı əlavə «treynerlərin treyninqi» kurslarına seçilərək kurslardan götürdüklərini rayonlarda keçiriləcək sonrakı treyninqlərdə tətbiq edirlər. «Treynerlərin treyninqi» sessiyasının əsəs mövzuları aşağıdakılar idi:

İştirakçılara yaxşı icma təlimçisinin keyfiyyətlərini tanımaqda köməklik
qadınları ictimai həyata hazırlamaq üçün təlim proqramı tərtibi
təhsil məqsədlərini müəyyənləşdirməkdə iştirakçılara köməklik
təhsil vəzifələri və üsularını uyğunlaşdırılması
qrup işi üzrə məşğələri necə tərtib etməli
qısa rol oyunlarının hazırlamasında iştirakçılara kömək
təlimin kurslarını tərtib və təqdim etməkdə kömək

«Lider Qadınlar» QHT-si gənç və liderlik potensialına malik olan qadınlardan ibarət məlumat bazasını yaratmaq və onları dövlət orqanlarında dəstəkləməyi öz üzərinə götürmüşdü.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud