Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Gultakin Hajiyeva and Kate Bennett
QADINLARA SƏS HÜQUQU
«QADINLARA SƏS HÜQUQU» NƏDİR?
BİZİM İLK QADINLAR KONFRANSI
QADIN LİDERLİYİ TƏLİMLƏRİ
BƏRABƏR FÜRSƏTLƏR KOMİSSİYASI
Bərabər Fürsətlər Komissiyası (EOC - The Equal Opportunities Commission) qrant yardımları ilə maliyyələşdirilən müstəqil bir orqandır. Onun sponsoru Ticarət və Sənaye Departamentində Qadınlar və Bərabərlik Şöbəsidir. Ən son xəbərlər, tədbir, məsləhət və ekspert rəylərini oxuyun.
BİZİM İLK KONFRANS
Qadınlar: cəmiyyət və siyasət konfransı

10-12 mart 2003-cü il tarixləri arasında ilk konfansımız olan "Qadınlar: cəmiyyət və siyasət" konfansını təşkil etmişdik.

Konfransa hazırlıq zamanı "ilk dəfə" baş verən bir çox şeylər oldu – ilk dəfə idi ki, bizə əməkdaşlıq təklif edən yerli qeyri-hökumət təşkilatı (QHT) ilə əlaqə qurmuşduq, ilk dəfə idi ki, özümüz Azərbaycanda idarəçilik tədbiri təşkil etmişdik və ilk dəfə idi ki, bu mövzuya həsr olunmuş bir konfrans yerli mətbuatda belə geniş işıqlandırılmışdı.

British Council"Lider qadınlar" QHT-si tərəfindən birgə təşkil olunmuş konfransın özü maraqsız və darıxdırıcı təbir olmaqdan çox uzaq idi. Tam əksinə: burada həm müxalifət, həm də iqtidar nümayəndələri təmsil olunduğundan, sədr tərəfindən bacarıqla idarə olunan parlaq debat və müzakirələr keçdi.

Təəssüf ki, Azərbaycanda qadınların siyasi və ictimai həyatda iştirakı Sovet İttifaqı dağılıqdan sonra davamlı olaraq azalmışdır. Hələ o vaxtlar Dövlət Şurasının 40%-i qadınlar idi, indi isə bu göstərici parlamentdə 11%-ə enmişdir. Məqsəd iki ilə gələn seçkilərdə 20%-dir. Qanunvericilik hər iki cinsin hüquqlarının tam bərabər olmasını nəzərdə tutsa da, həqiqətdə bir çox qadınlar gündəlik həyatda tabeçilikdə olmağa davam edirlər, səbəblərdən bəziləri maliyyə asılılığı və cəmiyyətin ənənələridir.

Həm Britaniya, həm də Azərbaycandan olan məruzəçilər asılı olmadan razılaşdılar ki, Birləşmiş Krallıq bu sferada böyük inkişafa nail olmuş ölkəyə gözəl misaldır və bölüşmək üçün nəhəng təcrübəyə malikdir. Kristin Çəpmən (Uels Milli Şurasının üzvü), Keyt Benet (Uels Bərabər Fürsətlər Komissiyasının müdiri) və Məri-Ən Stefenson (Foset Cəmiyyətinin keçmiş müdiri) tərəfindən verilən məlumat və ideyalar çox qiymətli olub fəal debatlara yol açdı.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud