Böyük məmnuniyyətlə yeni təşəbbüsümüz olan “Azərbaycanda Bələdiyyələrə və Yerli Əhaliyə Texniki Yardım” layihəmizi təqdim edirik.
Layihənin əsas məqsədi vergi və maliyyə hesabatlarında şəffaflığa nail olmaq üçün yerli səviyyədə inzibati islahatlara yardım etməkdir. Bu layihə çərçivəsində Lökbatan və Əli-Bayramlıda olan iki pilot şəhər bələdiyyəsinə peşəkar təlim programı nəzərdə tutulur. Buraya fəaliyyətin planlaşdırılması, büdcənin təşkili, vətəndaşlarla işin qurulması kimi məsələlərin izahı daxildir. Layihə həmçinin Yerli İcra Hakimiyyəti numayəndələrinin də təlimlərə cəlb olunmasını nəzərdə tutur.
Biz bu layihəni 2005-ci il, iyun ayının axırları IFES təşkilati ilə əməkdaşlıqda başlamışıq və layihə 2006-cı ilin mart ayınadək davam edəcək. Bizim digər tərəfdaşımız olan, Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi Böyük Britaniyalı məsləhətçinin keçirdiyi təlimlərində və bələdiyyə nümayəndələri üçün keçiriləcək təlimlərdə əməkdaşlıq edir.
Layihə dörd mərhələdə keçirilir: Birinci mərhələ - “Qiymətləndirmə və təlimçilərin təlimi”, IFES və Ədliyyə Nazirliyindən olan təlimatçılar tərəfindən həyata keçirildi. Layihənin ikinci mərhələsi - “Əhali ilə iş və səfərbərlik”, seçilmiş bələdiyyələr üçün əhali ilə iş planının və təlim materialların hazirlanması, həmçinin potensial partnyorların təyin olunmasına və hər bələdiyyədə iş qrupların yaradılmasına həsr olunmuşdur. Üçüncü mərhələ zamanı təlim kursları bələdiyyə və yerli icma fəaliyyətləri ilə parallel olaraq həyata keçirilmişdir. Və dördüncü “İcma layihələrinin son qiymətləndirilməsi və onlara dəstək” adlı mərhələ kiçik icma layihələrinə mikro-qrantların paylaşdırılması və monitorinqi, həmçinin layihə nəticələrinin qiymətləndirilməsini əhatə edir.
|