Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
EU&me TV Debates, image © Kenan Mammadov/British Council (Azerbaijan)
CƏMİYYƏT VƏ İDARƏÇİLİK
AVROPA İTTİFAQI VƏ MƏN
Cəbun Şərqi Avropanın “Avropa İttifaqı və mən” Media Layihəsinin İkinci Hissəsi

Böyük məmnuniyyətlə “Avropa İttifaqı və mən” adlı regional layihəmizin ikinci mərhələsini təqdim edirik. Bu layihə beş ay ərzində on ölkədə həyata keçiriləcək – Böyük Britaniya, Azərbaycan, Yunanıstan, Kipr, Türkiyə, Bolqarıstan, Serbiya və Çernoqoriya, Makedoniya, Macarıstan, Ermənistan.

Avropa İttifaqı və mən” layihəsinin əsas məqsədi Böyük Britaniya və cənub-şərqi Avropanın on ölkəsindən olan gənclər arasında mədəniyyət və mentalitet məsələlərini tədqiq edərək daha geniş qarşılıqlı anlaşma yaratmaqdır. Bu layihə tarix, din, mədəniyyət, cins, etnik mənsubiyyət, yaş və “avropalı olmaq” kimi amillərin gənclərin mentalitetinə nə dərəcədə təsir etməsini araşdıracaq. Layihədə bir sıra müxtəlif fikirlər təqdim olunacaq, belə ki, layihədə iştirak edən ölkələr Avropa İttifaqına münasibətdə tam fərqli mövqelərdədirlər: Avropa İttifaqı üzvləri, son zamanlarda Avropa İttifaqına üzv olmuş ölkələr, Avropa İttifaqına qoşulmaqda olan ölkələr, Avropa İttifaqına qoşulacağı gözlənilən ölkələr, geniş Avropa kontekstində Avropa İttifaqı yönümlü ölkələr.

Avropa İttifaqı və mən” layihəsi video-film, video-konfrans, televiziya proqramları, debatlar və veb resursları kimi müxtəlif vasitələrdən istifadə edir. Hər iştirak edən ölkədə gənclərin baxış və anlayışları toplanıb, beş dəqiqəlik video klipə montaj ediləcək. Həmin klip on ölkənin hər birində nümayiş etdiriləcək. Bundan əlavə ölkə komandaları arasında bir sıra video-konfrans müzakirələri, ölkədaxili tele-debatlar və cənub-şərqi Avropa gəncləri və Avropa İttifaqından gənc rəsmiləri cəlb edən silsilə görüşlər keçiriləcək.  

British Council-ın ANS televiziyası ilə birgə təşkil etdiyi sərbəst debatlar formatında silsilə tele-verilişlər təqdim olunacaq. Gənclərin və dəvət olunmuş ekspertlərin iştirakı ilə keçirilən bu verilişlərdə “Bərabərlik nədir və siyasi proseslərlə əlaqəsi nədir”, “Avropa İttifaqının Vahid Bazarı mənim kimliyimə necə və nə şəkildə təsir edir”, “Ümumi, xarici & təhlükəsizlik sistemi”, “Əlaqə, mən və mənim kimliyim”, “Avro, Ekonomik və Maliyyə Birliyi (AEM) birliyi mənim kimliyimə necə və ne şəkildə təsir edir”, “Avropa İttifaqının böyüməsi və Avropanın gələcəyi” və başqa mövzular ətrafında müzakirələr aparılacaq.

İlk Avropa İttifaqı və mən adlı tele-debata 16 fevral 2007-ci il tarixində saat 18:15-də ANS televisiyasında baxa bilərsiniz.
Digər bölümlərinə hər cümə eyni saatda 16 Mart 2007-ci tarixinə kimi baxa bilərsiniz.

“Avropa İttifaqı və mən” tədbirlərində iştirak etmək üçün şərtlər:

  • Yaş qrupu – 20-25
  • İştirakçılar müəyyən mövzularda bərabərliyi əks etdirməlidirlər – reqionlar, kənd/şəhər, gender, etnik mənsubiyyət, cinsiyyət, əlillik, gəlir, həyat tərzi.
  • İngilis dilini bilmək birinci mərhələ üçün şərt deyil.
  • İştirakçılar öz arqumentlərində aydın və səhih olmalıdırlar, açıq fikirli olmaq vacib deyil.
  • İştirakçıların profilləri bütün ölkələr arasında razılaşdırılıb qruplar müəyyənləşdikdən sonra, videokonfrans üçün bir yerə uğurla toplanmaq mümükündür.
  • Hər bir ölkə iştirakçılarını istədiyi qaydada seçə bilər.
  • Müzakirələri müşahidə etmək məqsədilə yüksək səviyyəli qonaqlar dəvət olunmalıdır.
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud