“British Council” məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi təlim proqramının davamını elan edir. Bu təlim proqramı PAŞA Bankın partnyorluğu və Thomson Foundation təşkilatının dəstəyi ilə “British Council” tərəfindən həyata keçiriləcəkdir.
Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) professional bilik və səriştənin artırılmasında kömək etməkdir. İştirakçılar Bakıda keşiriləcək təlimlərdə və 2013-cü ildə Böyük Britaniyanın London və Kardif şəhərlərində tədris səfərində edəcəklər.
Paytaxt Bakıdan olan jurnalistlərlə yanaşı bölgələrdən olan media işçilərini də bu layihəyə qatılmağa dəvət edirik.
Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:
 |
 |
 |
Məqalə yazma tərzləri |
 |
 |
 |
Oçerklərin yazılması |
 |
 |
 |
Reportajların hazırlanması |
 |
 |
 |
Xəbərlərin yazılması |
 |
 |
 |
Müsahibə alma texnikası və praktikası |
Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:
-İqtisadiyyat jurnalistikası
-Biznes jurnalistikası
-Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılması
-
Seçiləcək iştirakçılardan tələb olunanlar:
•Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
•Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
•Bütün təlim kurslarında iştirak edə bilməli
a)3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla)
b)Təlim məqsədilə Böyük Britaniyaya 4-5 günlük səfər
Qeyd: İştirakçıların bütün təlim kurslarında iştirak etməsi zəruridir!
Marağı olan şəxslər ərizə formasını yükləməlidirlər. Doldurulmuş ərizə formasını, CV ilə birgə 2012-ci il 15 iyun tarixindən gec olmayaraq enquiries@britishcouncil.az elektron poçt ünvanına göndərməlidirlər.
Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.
Əlavə məlumat üçün Programlar üzrə menecer Dilarə İbrahimova ilə əlaqə saxlayın. Telefon nömrələri 497 15 93 və ya 497 20 13.
British Council bərabər imkanlar siyasətinin tərəfdarıdır və müxtəlifliyi təbliğ edir.
|