Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Forum theatre in prison project participants, image © Gulara Alakbarova/British Council (Azerbaijan)
İNKİŞAF NAMİNƏ İNCƏSƏNƏT
HƏBSXANADA FORUM TEATR
DƏYİŞİKLİKLƏR NAMİNƏ TEATR
Forum Teatr
“QİZ” TEATR QRUPU

Dünyada tanınmış və mükafatlara layiq görülmüş bu teatr qrupu barədə daha geniş oxuyun.
İnteraktiv tamaşa və dram məşğələləri vasitəsilə “Qiz” iştirakçılara öz hərəkətlərini götür-qoy edərək dəyişmə imkanlarını aramaq fürsəti vermək məqsədini güdür.



Tamaşaya hazırlıq günləri özümüzü elə bil ki azad hiss edirdik! Bütün bunlar üçün darıxacağıq...
İştirakçı

Bu tamaşada aktyorların hamısı məhbusdur. Tamaşa və ümumiyyətlə layihə onlara ancaq səhnədə də olsa özlərini azad hiss etmək imkanı verdi. Onlar azadlığın dərinliklərinə atılırlar!
"Naş Vek" qəzeti, 25 may 2005

HƏBSXANADA FORUM TEATR
Teatr tamaşaları vasitəsilə məhbuslara yardım

“Həbsxanada Forum Teatr” Azərbaycanda qadın məhbusların teatra cəlb olunmasını nəzərdə tutan layihəmizdir.
Layihənin əsas məqsədi bir qrup qadın məhbusla işləyib, teatr, dram və başqa aktiv üsulları istifadə edərək qadınların həbsxana təcrübələri, azadliğa çıxmaqla bağlı qorxu və ümidləri, onların həbs olunmasının ailə və yaxınlarına təsiri, həm cəmiyyət, həm də məhbusların vəzifə və ehtiyaclarını araşdırıb, qadınların azadlıqa cıxdıqdan sonra cəmiyyətə efektiv reinteqrasiyasına imkanlar yaratmaqdır.

Bu məqsədlə biz, Britaniyadan həbsxanalarda işləyən “Qiz” teatr gurpunun nümayəndələrini dəvət etmişdik. 11-19 mart tarixlərində Əndi Uotson, Şarlot DrüSalli Bruks Xətai rayonu, 4 saylı qadın coloniyasında 15 məhbusla məşqlər keçirmişlər. Layihənin kulminasiyası kimi son gün məhbuslar tərəfindən yaradılmış və səhnələşdirilmiş tamaşa göstərildi.

Tamaşa qadınların öz həyat təcrübələrinə, azadliğa çıxmaqla bağlı qorxu və ümidlərinə və həbsxana həyatlarına həsr olunmuşdur. Tamaşanın baş qəhramanı – Nargilə, demək olar ki, bütün qadınları əks etdirirdi. Tamaşa başqa məhbuslardan, həbsxana işçilərindən, hökümət və qeyri-hökumət təşkilarları, səfirlik və media nümayəndələrindən ibarət olan auditoriyaya təqdim olundu.

“Qiz” nümayəndələri məhbuslarla iş təcrübələrini gələcəkdə layihənin rəhbərliyini öz üzərinə götürəcək “Yuğ” teatrı nümayəndələri Gümrah ÖmərKamran Yunis ilə bölüşdülər.

BU LAYİHƏ NECƏ BAŞLADI
“Həbsxanada Forum Teatrı” layihəsi Britaniyalı sənətçələrin 2004-cü ilin sentyabr ayında Azərbaycana hazırlıq səfəri nəticəində mümkun olmuşdur. Bu səfər zamanı “Qiz” nümayəndələri Ədliyyə Nazirliyi və “Yuğ” teatrının əməkdaşlığı ilə bir sıra görüşlərdə iştirak edib, qadın məhbuslarla məşğələlər keçirərək Azərbaycanda belə tədbirlərin təşkilinin əsas istiqamətlərini təyin etmişdilər.
Bu layihə Britaniya SəfirliyiƏdliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir.

“QİZ” TEATR QRUPU
“Qiz” teatr qrupu fəal dram texnikalarını Məhkəmə Ədliyyə Sistemində tətbiq edən ixtisaslaşmış teatr mütəxəssislərindən ibarət bir qrupdur. Bu beynəlxalq səviyyədə tanınmış truppa teatrdan cinayətkarlar, şübhəli şəxslər və digər təhlükəli və təcrid olunmuş qrupların reabilitasiya və stimullaşdırılmasında bir vasitə kimi istifadə edir və inkişaf etdirir. 1987-ci ildən “Qiz” teatrı 150-dən çox cəzaçəkmə müəssisəsində, 42-dən çox sınama müddəti çəkənlərlə və 14 müxtəlif gənc cinayətkar qrupla işləmişdir.  

“YUĞ” TEATRI
“Yuğ” 1989-cu ildə Mədəniyyət Nazirliyi və Həsən Turabovun dəstəyi ilə Vaqif İbrahimoğlu tərəfindən yaradılmış, 1992-ci ildə dövlət statusunu qazanmışdır. O vaxtdan bəri “Yuğ” teatrı Türkiyə (Türksoy), İran (Fəcr), Qırğızıstan, Rusiya, Gürcüstan və digər ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak etmiş və mükafatlar qazanmışdır. “Yuğ” teatrının əsas strategiyası ənənəvi teatr formaları ilə yanaşı müasir beynəlxalg təcrübəni istifadə etməkdir.

“Yeni Dalğa” müstəqil prodüsser mərkəzi “Metamarfoz” adlı tammetrajlı sənədli film yaratmag məqsədiylə məşqləri və tamaşanı lentə alıb. Bu film beynəlxalq kino festivallarında iştirak etmək üçün nəzərdə tutulur.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud