Dəyişikliklər Naminə Teatr layihəmizin əsas məqsədi cəmiyyətdə seçkilər və demokratiya barədə təsəvvürün artırılması və Azərbaycan vətəndaşlarının siyasi proseslərdə tam və aktiv iştirakının dəstəklənməsi idi.
Layihənin iştirakçıları - aktyorlar universitet tələbələri idi. Onlar öz universitet həyatlarından səhnələri nümayiş etdirir və tamaşadakı hadisələr seçkilərdən əvvəlki dövrdə cərəyan edirdi. “İmtahan” adlı tamaşa 2005-ci ilin oktyabr ayı boyunca Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəranda keçirildi. O, gənclər, QHT-lər, biznes təşkilatları və dövlət müəssisələrinin nümayəndələri üçün nəzərdə tutulmuşdur.
|
|
|
| Bakı |
7 oktyabr, saat 17:00 11 oktyabr, saat 17:00 12 oktyabr, saat 17:00 |
Xəzər Universitetinin Dünya teatrı Bakı Dövlət Universiteti Qərb Universiteti |
| Sumgayıt |
14 oktyabr, saat 17:00 |
Kimyaçılar Sarayı |
| Lənkəran |
17 oktyabr, saat 17:00 |
Lənkəran Dram Teatrı |
| Gəncə |
22 oktyabr, saat 17:00 |
Gəncə Dram Teatrı |
| Mingəçevir |
23 oktyabr, saat 17:00 |
Mingəçevir Dram Teatrı |
Tamaşa zamanı Forum teatr texnikasından istifadə olunmuşdur. Tamaşa yekunlaşdıqdan sonra (bir dəst oyun kartındakı kimi heç bir qrupa aidiyyatı olmayan) “Coker” tamaşaçıları baş qəhrəmanın yerində olduqları halda, onun etdiyi müxtəlif seçimlər haqqında düşünməyə sövq edən bir vasitəçi kimi çıxış edir. Tamaşa yenidən əvvəlki kimi göstərilir, ancaq tamaşa vaxtı “tamaşaçı-aktyorlar” (fəal tamaşaçılar) baş qəhrəmanın fərqli bir strategiya seçə biləcəyini hesab etdikdə tamaşanı dayandıra bilir və özlərinin fikirləşdikləri tərzdə baş qəhrəmanın yerinə keçib oynaya bilirlər.
Layihədə ilk addım olaraq forum teatr mütəxəssisi Kərin Çapmən Bakıya səfər etmiş və 14-16 fevral 2005-ci il tarixlərində yerli teatrlardan gənc aktyorlar, Beynəlxalq Hüquq və Politologiya fakültələrinin tələbələri, beynəlxalq və yerli QHT nümayəndələri və digər maraqlanan şəxslər üçün yaradıcı seminarlar keçirmişdir. Seminarlar ərzində Kərin aktiv teatr üsullarını istifadə edərək iştirakçılara forum teatr texnikası, onun necə işləməsi və Azərbaycanda necə həyata keçirilə biləcəyi barədə məlumat verdi.
Layihənin növbəti addımı 16-25 may 2005-ci il tarixlərində Azərbaycan komandasının Gürcüstana səfəri oldu. Müstəqil teatr rejissoru Tərlan Rəsulov, ssenarist İradə Gözəlova və Qərb Universitetinin Politologiya fakültəsinin tələbəsi Qurban Bünyadovdan ibarət olan bu komanda Kərin Çapmənın keçirdiyi növbəti seminarlarda iştirak ediblər. Seminarlar ərzində onlar Gürcüstanın teatr komandası ilə birlikdə işləyərək təcrübə mübadiləsi aparmaq imkanı əldə etdilər.
peşəkar aktrisa, teatr təşkilatçısı və seminarların aparıcısıdır. 1981-ci ildə o, teatrlar arasında beynəlxalq təcrübə mübadiləsi və yeni meydana gəlmiş ifa üsulları işləyən tərəfdaşları ilə birlikdə Somersetdə yerləşən GOG teatr grupunun əsasını qoyub. Bu illər ərzində o, Birləşmiş Krallıq, Kanada, ABŞ, Qərbi Afrika, Rusiya, Gürcüstan və Pakistan kimi ölkələrdə fəaliyyət göstərib. Son 12 il ərzində Kərin Tbilisidə yerləşən Gürcüstanın Rustaveli Teatrı ilə sıx əməkdaşləq edir.
Forum Teatr Auqusto Boalın kəşf etdiyi teatr strukturudur ki, burada müəyyən problematik situasiya təqdim edilir və sonar ifa olunur. Teatrın bu növü tamaşaçıları öz problemləri barədə danışmağa və bu problemlərin həllində yeni, alternativ və daha humanist yollar axtarmağa həvəsləndirilir. Tamaşaçılar səhnədəki qəhrəmanların əvəzinə göstərilən problemlərə yeni həll üsulları ilə yanaşaraq tamaşada içtirak edirlər. Forum Teatr texnikası bizim digər, Həbsxanada Forum Teatrı layihəmizdə də istifadə olunur.
|