Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
İNKİŞAF NAMİNƏ İNCƏSƏNƏT
HƏBSXANADA FORUM TEATR
DƏYİŞİKLİKLƏR NAMİNƏ TEATR
Forum Teatr
FORUM TEATR LAYİHƏSİ
Başqalarından fərqli bir teatr

Layihənin əsas məqsədi ictimaiyyətin gender barədə təsəvvürünün artırılması və cəmiyyətdə mövcüd olan gender problemlərinin işıqlandırılması idi.

Tamaşa SlavyanMədəniyyət və İncəsənət Universitetlərinin tələbələri, eləcə də Yuğ teatrından olan peşəkar aktyorlardan ibarət olan qrup tərəfindən, o cümlədən rejissor Tərlan Rəsulzadə və Forum Teatr üzrə Britaniyalı mütəxəssis Kərin Çəpmənın rəhbərliyi altında səhnələşdirildi. “Çıxış” adlı tamaşa Bakı, Gəncə, MingəçevirLənkəranda da nümayiş olundu.

Tamaşa zamanı Forum teatr texnikasından istifadə olunub, yəni tamaşa yekunlaşdıqdan sonra (bir dəst oyun kartındakı kimi heç bir qrupa aidiyyatı olmayan) “Coker” tamaşaçıları baş qəhrəmanın yerində olduqları halda, onun etdiyi müxtəlif seçimlər haqqında düşünməyə sövq edən bir vasitəçi kimi çıxış etdi. Tamaşa yenidən əvvəlki kimi göstərildi, ancaq tamaşa vaxtı “tamaşaçı-aktyorlar” (fəal tamaşaçılar) baş qəhrəmanın fərqli bir strategiya seçə biləcəyini hesab etdikdə tamaşanı dayandırıb özlərinin fikirləşdikləri tərzdə baş qəhrəmanın yerinə keçib oynadılar.

Tamaşa 11, 14, 15 noyabr Bakıda, 18 noyabr Lənkəranda, 23 noyabr Mingəçevirdə və 24, 25 noyabr Gəncədə göstərildi. Bu tamaşalarda Azərbaycandan gender ilə bağlı fikrilərini bildirmək üçün 2500-ə yaxın bir sıra universitet tələbəsi, QHT təmsilciləri, eləcə də gender məsələlərilə, konfliktlərə həll yolları tapmaqla və sosyal problemlər ilə maraqlanan yerli və beynəlxalq təşkilatlar bir araya gəldilər.

Layihə 2005-ci ilin oktyabr ayinda uğurla keçirilən “Dəyişikliklər Naminə Teatr” layihəsinin davami kimi həyata keçirilir. Bizim forum teatr layihələrimiz haqqında daha ətraflı məlumatı saytımızın “İnkişaf Naminə İncəsənət” bölməsində tapa bilərsiniz.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud