Birinci mərhələdə qazandılmış müvəffəqiyyətdən sonra Azərbaycan və Britaniya məktəbliləri arasında əlaqələr yaradan uğurlu elmi layihəmiz - “Robotlar Missiyası” tam sürətlə davam edir.
Layihənin ikinci mərhələsində Azərbaycandan səkkiz və Britaniyadan dörd məktəb, 96 şagird və 12 müəllim iştirak edir. 25 sentyabr 2005-ci ildə Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Şəki, Ağdaş, Quba və Əli Bayramlıdan olan müəllimlər robotların istifadəsi və proqramlaçdırılması üzrə təlim-məşğələmizdə iştirak etdilər. Bundan sonra təşkil olunmuş səkkiz komanda bizim on-layn forumlar vasitəsi ilə britaniyalı yoldaşları ilə əlaqə quraraq 2005-ci ilin mövzusu “Okean odisseyası” (Ocean Odyssey) üzərində işləyib.
20 dekabr 2005-ci il yerli komandalar İkinci Milli Robotlar Yarışmasında görüşdü. Açılış mərasimi saat 10.00, ABU Arena İdman zalında keçirildi.
Yarışmanın birinci hissəsində şagirdlər okeanların sağlamlığı, biomüxtəlifliyi və məhsuldarlığı ilə əlaqədar müxtəlif problemlərə aid tədqiqatlarını təqdim etdi. İkinci hissədə isə əsas robot yarışları başladı. Komandalar iki-iki görüşdü: bu zaman robotlar 2½ dəqiqə ərzində yarışma masası üzərində sualtı qayığı suya endirmək, nasos stansiyasını mühafizə etmək, boru xəttini təmir etmək, delfini suya buraxmaq və karqo qəzasının nəticələrini təmizləmək kimi tapşırıqları yerinə yetirməklə mümkün qədər çox xal toplamalı idi.
Ən çox xal toplamış dörd komanda yarım-finala vəsiqə qazandı və burada onlar Final uğrunda mübarizə aparadılar. 2005-ci ildə Çempion Kubokundan başqa ən yaxşı təqdimat və ən yaxşı robot dizaynına görə iki əlavə mükafat da nəzərdə tutulmuşdu.
Ən çox xal toplamış dörd komanda, “Robo-sapiens” (Bakı-Heyl), “Robosoft Reloaded” (Sumqayıt-Kallinqton), “Robocart” (Şəki-Teymarsayd) və “Albatross” (Ağdaş-Ayvibridc) yarım-finala vəsiqə qazandı və burada onlar Final uğrunda mübarizə apardılar. “Albatross” Finalda “Robocart”la unudulmaz görüşdən sonra Çempion Kubokunu qazandı. Ən yaxşı təqdimata görə mükafat “Robo-sapiens”, ən yaxşı robot dizaynına görə mükafat isə “Robosoft Reloaded” komandasına verildi.
İkinci Milli Robotlar Yarışı bizim 16-21 dekabr 2005-ci il tarixləri davam edən Britaniya Elm Haftəsinin bir hissəsi idi. Bundan başqa bu həftə ərzində bizim ilk “Café Scientifique” video-konferensiya görüşü və britaniyalı müəllim tərəfindən fizika və astronomiya üzrə açıq dərslər təşkil olunmuşdu. 19 və 21 dekabr tarixləri Xəzər Enerji Mərkəzində tərəfdaş məktəblərdən biri olan Kallinqton İctimai Kollecinin müəllimi Mayk Qrokot (Mike Grocott) 200-ə yaxın azərbaycanlı şagird və müəllim üçün “Günəş bir ulduz kimi”, “Ulduz və qalaktikalar”, “Raketlər”, “Günəş sistemi” və bu kimi mövzularda məşğələlər keçirdi.
Nəhayət, qalib “Albatross” komandasından olan dörd azərbaycanlı şagird Lafbra (Loughborough) Universiteti Henri Ford Kollecində 21 yanvar 2006-cı ildə keçirilən FIRST Lego Liqasının Britaniya Finalında yarışmaq üçün Birləşmiş Krallığa səfər etdi. Ayvibridc İctimai Kollecindən olan komanda yoldaşları ilə birlikdə onlar iştirak edən 25 britaniyalı komanda arasında inanılmaz beşinci yeri qazandılar. Komanda həmçinin robot və əlavələrin dizaynına görə Münsiflərin Ford İnnovasiya Mükafatına layiq görüldü. Bundan başqa onlar yüksək əzmkarlıq, texniki düşüncə, təqdimat və komanda ruhuna görə Münsiflərin Xüsusi Mükafatını qazandılar.
|