Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
Students from Lankaran building their first robot, image © Ilgar Mustafayev
ROBOTLAR MİSSİYASI
TƏZƏ NƏLƏR BAŞ VERİR?
İKİNCİ MİLLİ ROBOTLAR YARIŞMASI
BY LAYİHƏ NECƏ BAŞLADI?
«ROBOTLAR MİSSİYASI» NƏDİR?
First LEGO League

Praktik və interaktiv robotlar proqramını idman ruhlu atmosferlə birləşdirən uşaqlar üçün beynəlxalq proqram. Hər il bütün dünyada FLL Internatıonal komandalarına yeni bir mövzu elan olunur. Komandalar Robot Yarışmasının müxtəlif missiyalarını yerinə yetirmək üçün öz robotlarını layihələşdirib quraşdırıraq proqramlaşdırır.




British Airways
bu tədbirə yardım göstərmişdir

ROBOTLAR MİSSİYASI
Yerli və Britaniya məktəbləri arasında əlaqə yaradan layihəmiz

Azərbaycanda ilk dəfə olaraq 2004-cü ilin aprel ayında biz təhsil sahəsində qabaqcıl və texnoloji cəhətdən mütərəqqi layihəmizi təqdim etdik. Bu, LEGO robotlarından istifadə edərək riyaziyyat, xarici dillər, dəqiq elmlər və dizayn texnologiyasi kimi fənləri inteqrasiya etməklə təhsil prosesinə kompleks yanaşmanı təqdim edən «Robotlar Missiyası»dır.

«ROBOTLAR MİSSİYASI» NƏDİR?
Lənkəran və Sumqayıt məktəblərindən 11-16 yaşlı tələbələr Birləşmiş Krallıqdan olan yaşıdları ilə birlikdə çoxmilli komandalar təşkil edərək 2004-2005-ci illər ərzində bir sıra robot missiyası çərçivəsində yarışdılar. Uşaqlar LEGO Təhsil Şöbəsindən robototexnika və proqramlaşdırmanı inteqrasiya edən tədris vasitəsi - «LEGO MindStorms for Schools»dan istifadə edirdilər. Bu məmulat tələbələrə riyaziyyat və dəqiq elmlər, kompüter və dizayn texnoloqiyası daxil olmaqla bir sıra fənləri öyrənmək üçün ideal praktik vasitədir.

Robotlar Missiyası zamanı iştirakçılar bu fənləri öyrənməyə daha həvəslə yanaşaraq, bununla bərabər analitik düşüncə tərzi, birgə işləmək bacarığı və problemləri həll etmə qabiliyyətlərini inkişaf etdirdilər. Onlar həmçinin layihə çərçivəsində buynəlxalq münəsibətlər qurub, elektron ünsiyyət vasitələri sahəsində təcrübə qazanaraq bacarıqlarını genişləndirmək imkanı əldə etdilər.

BU NECƏ İŞLƏYİR?
«LEGO MindStorm for Schools» məmulatı ilə LEGO «ağıllı kərpic»i - modelləri robotlara çevirərək onları idarə edən proqramlaşdırıla bilən RCX kərpicini təqdim etmişdir.

Müəllimlərindən göstərişlər aldıqdan sonra, tələbələr problemləri həll etmək üçün işə başlayır. Onlar RCX-i beyin kimi istifadə edərək xüsusi tapşırıqları yerinə yetirmək üçün robot quraşdırır, sonra isə ROBOLAB proqram təminatından istifadə edərək, robot üçün proqram yazıb onu infra-qırmızı şüalar vasitəsi ilə RCX-ə yükləyirlər.

Proqramlaşdırıldıqdan sonra robotlar tamamilə avtonom olub, müstəqil hərəkət edə bilirlər. Robotlar ətraf mühitlə əlaqədə olub sensorlar vasitəsiylə kənardan qəbul etdikləri siqnallar əsasında qərarlar qəbul edərək müxtəlif əməliyyatlar yerinə yetirir. İki RCX hətta öz infra-qırmızı gözləri vasitəsilə bir-biri ilə əlaqə yarada bilir. Şagirdlər hazırladıqları həllin nə dərəcədə uğurlu olduğunu sınaqdan keçirir, bundan sonra onlar öz robotlarının imkanlarını uyğun şəkildə dəyişdirə və yə optimallaşdıra bilərlər.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud