“Café Scientifique” (Kafe Syantifik) aktual və hamını düşündürən elmi məsələləri müzakirə etmək üçün özünəməxsus bir forumdur. Burada əsasən peşəkar alim olmayan insanların ümumi mühazirədən fərqli olaraq daha açıq, qeyri-formal və anlaşıqlı şəkildə aparılan debatlarda iştirak etmək imkanı yaranır.
“Café Scientifique” tədbirlərində elm, texnologiya və cəmiyyətlə bağlı geniş çeşiddə bir sıra məsələlər araşdırılır. Tədbirlərdə dəvət olunmuş iştirakçılardan başqa müzakirə olunan mövzuda marağı olan hər kəs iştirak edə bilər və bunun üçün heç bir elmi təcrübə tələb olunmur. Formal mühazirədən fərqli olaraq, qeyri-formal kafe/bar şəraiti müxtilif təcrübə və ixtisasa malik insanları müzakirələrə cəlb etmək imkanı verir.
22 Noyabr 2006-cı il tarixində Azərbaycanda İqlimin Dəyişilməsinə həsr olunan 3-cü Cafe Scientific (Elmi Kafe) layihəsi baş tutdu. Azərbaycandan 20 iştirakçı Türkiyə və Britaniya əməkdaşları ilə birgə İqlimin Dəyişilməsi Problemləri yönümündə biznesin cəlb olunmanın təcrübələri, perspektivləri və imkanlarını müzakirə etdilər. Britaniyadan Milli Meşə Təşkilatının Baş İcraçısı, Kliv Keybl çıxış edirdi.
Bizim ikinci tədbirimiz 17 fevral 2006-cı il tarixində Azərbaycandan universitet, KİV və məktəblərindən 25 iştirakçını Bolqarıstandan olan tərəf müqabilləri ilə video-konfrans görüşündə bir araya gətirdi. Bu dəfə görüşün mövzusu “Robotlar“ idi. Mövzu daxilində “Robotlar və cəmiyyət”, “Robotların praktik tətbiqi”, “Süni intellekt”, “Kiborqlar” kimi bir neçə istiqamət müzakirə olundu.
Birləşmiş Krallıqdan məruzəçi Ridinq Universitetində (Reading) kibernetika professoru olan Kevin Uorik (Kevin Warwick) idi. Professor süni intellekt, idarəetmə, robototexnika və bio-tibbi mühəndislik sahəsində tədqiqatlar aparır. Sessiya zamanı o, süni intellekt üzrə öz tədqiqatlarını əks etdirən müxtəlif olduqca maraqlı video filmlər nümayiş etdirdi.
Azərbaycanda ilk müzakirə “İqlim dəyişmələrinin qarşısının alınmasına biznesin cəlb olunması perspektivləri, imkan və təcrübələri” mövzusuna həsr olunmuşdur. Azərbaycandan biznes, QHT, universitet və məktəbləri təmsil edən 30 iştirakçı 16 dekabr 2005-ci il tarixində Birləşmiş Krallıq və Türkiyədən olan tərəf müqabilləri ilə video-konferensiya görüşündə bir araya gəlmişdilər.
Bu tədbir bizim 16-21 dekabr 2005-ci il tarixləri davam edən Britaniya Elm Haftəsinin bir hissəsi idi. Bundan başqa bu həftə ərzində İkinci Milli Robotlar Yarlışı və britaniyalı müəllim tərəfindən fizika və astronomiya üzrə açıq dərslər keçirilmişdir.
|