|
|
 |
 |
IELTS haqqInda tez-tez verilən suallar |
 |
 |
 |
 |
 |
IELTS - International English Language Testing System |
 |
 |
 |
IELTS ingilis dilinin ünsiyyət vasitəsi kimi istifadə olunduğu yerlərdə təhsil almaq və ya işləmək istəyənlərin dil səviyyəsini yoxlamaq üçün tərtib olunmuş testdir. Test dinləmə, oxuma, yazma və danışıq qabiliyyəti bacarıqlarını yoxlayan 4 hissədən ibarətdir.
IELTS imtahanının iki modulu var: General (Ümumi) və Academic (Akademik).
İmmiqrasiya etmək və ya xarici ölkələrdə işləmək istəyən şəxslər General moduldan, xaricdə təhsil almaq istəyən şəxslər isə Academik moduldan imtahan verirlər. İmtahan verməzdən əvvəl müraciət etdiyiniz ölkə və ya inistitutun sizdən hansı modulu tələb etdiyini dəqiqləşdirməyi məsləhət görürük. Düzgün modulun seçilməsinə Siz cavabdehsiniz.
|
 |
 |
 |
IELTS imtahanI kimlər üçün nəzərdə tutulub? |
 |
 |
•Birləşmiş Krallıq, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiyada və digər xarici ölkələrdə təhsil almaq üçün ərizə verən tələbələr;
•Ingilis dilinin əsas ünsiyyət vasitəsi kimi istifadə olunduğu ölkələrdə işləməyi planlaşdıran şəxslər;
•Kanada, Avstraliya və ya Yeni Zelandiyaya immiqrasiya etməyə hazırlaşan şəxslər
|
 |
 |
 |
Mən IELTS-dən nəyə görə imtahan verməliyəm? |
 |
 |
İELTS sizin ingilis dilindən müxtəlif kontekstlərdə istifadə etmə bacarığınızı yoxlayır və təsdiqləyir. Bir çox ölkələrdə kollec və universitetlərə daxil olmaq üçün ilkin tələb imtahanda yaxşı bal (adətən 6 və ya daha çox) bal toplamaqdır. İmmiqrasiya idarələrində isə 4-7 arası bal tələb olunur. |
 |
 |
 |
IELTS ilə TOEFL arasIndakI fərq nədən ibarətdir? |
 |
 |
Dil bacarıqlarını yoxlayan hər iki imtahan şəxsin dinləmə, oxuma, yazma, və danışıq qabiliyyətini müəyyən edir. İmtahanın təşkil olunması, idarə edilməsi, və test nəticələrinin elan edilməsi kimi bütün sahələrdə IELTS daha etibarlıdır. Bununla belə TOEFL və IELTS məzmunlarına görə bir-birlərindən fərqlənirlər. IELTS ilə ingilis dili bacarıqlarını yoxlayan digər imtahan balları arasında rəsmi bir müqayisə yoxdur. Məsləhət görürük ki, ingilis dili bacarığınızı tələb edən təşkilatla sizdən hansı imtahanın və neçə balın tələb olunduğunu dəqiqləşdirəsiniz. Əksər hallarda, Birləşmiş Krallıq, Avstraliya, Kanada, Yeni Zelandiya və ABŞ universitetləri və ya peşəkar təşkilatlar müəyyən bir bal şərti ilə IELTS sertifikatı və ya Kembric ESOL imtahanlarının sertifikatını tələb edirlər.
IELTS imtahanının nəticəsi bütün dünyada 6000 təhsil müəssisəsi, işə götürən təşkilatlar, peşəkar orqanlar və immiqrasiya idarələri tərəfindən namizədlərin ingilis dili bacarığını təsdiqləyən sənəd kimi qəbul olunur. Bura Birləşmiş Krallıq, ABŞ, Avstraliya, Kanada, Yeni Zelandiya və bir sıra digər ölkələr də daxildir.
Daha ətraflı məlumat üçün IELTS in the USA internet səhifəsinə müraciət edə bilərsiniz .
|
 |
 |
 |
IELTS -in nəticələri neçə müddətdən sonra məlum olur? IELTS imtahanı verdiyim halda imtahan nəticələri nə qədər müddətə etibarlI sayılır? |
 |
 |
Siz sertikatınızı (TRF) imtahan verdikdən 13 gün sonra əldə edə bilərsiniz. İmtahan nəticələrinizi həmçinin internet səhifəmizdən də öyrənə bilərsiniz. IELTS nəticəsinin etibarlı sayılma müddəti müraciət etdiyiniz inistitut və ya təşkilatın onu hansı müddətə qədər yararlı hesab etməyindən asılıdır. Amma bir qayda olaraq, iki il müddətində etibarlı sayılan IELTS sertifikatı (TRF) namizədin ingilis dili təcrübəsini aktiv şəkildə artırdığını sübut edən sənədlər təqdim etdiyi halda indiki səviyyənin göstəricisi kimi də qəbul oluna bilər.
Nəzərinizə çatdıraq ki, iki ildən artıq vaxtı keçmiş sertifikatlar (TRF) çap edilmir.
|
 |
 |
 |
Birləşmiş KrallIqda Universitetdə oxumaq haqqInda düşünürəm. Bunun üçün IELTS imtahanI verməliyəm? Bütün universitetlər IELTS ballarInI qəbul edir? |
 |
 |
Daxil olmaq istəyiniz universitet IELTS imtahanı tələb etdiyini bildiribsə, bu halda siz IELTS -dən imtahan verməlisiniz. Əgər universitet IELTS nəticəsini qəbul edirsə, bu halda siz IELTS dən imtahan verə bilərsiniz.
Xarici ölkələrdə yerləşən universitetlər müəyyən IELTS nəticəsi tələb edir ki, bu da tələbənin dildən sərbəst şəkildə istifadə etdiyini göstərir. Universitet tələbədən IELTS imtahanı tələb etdiyi halda, biz təbələrə akademik modulda imtahan verməklərini məsləhət görürük. Nəzərinizə çatdıraq ki, bir çox universitetlər onlara müraciət edən tələbələrdən IELTS academic modulu tələb edirlər. Univeristetlərin əksəriyyəti IELTS nəticələrini qəbul edir. Bununla belə, bəzi univeristetlər ingils dili bacarığını yoxlayan digər testlər də tələb edə bilər (buna misal olaraq FCE, CAE, CPE və ya BEC göstərmək olar). Buna görə də öncədən universitetin tələbini dəqiqləşdirməyi sizə tövsiyə edirik.
|
 |
 |
 |
IELTS Academic və General modul arasIndakI fərq nədən ibarətdir? |
 |
 |
Academik modul adətən ali təhsilini davam etdirmək istəyən şəxslərə məsləhət görülür. Əgər siz digər məsələlərlə (təlim, iş, immiqrasiya) əlaqədar Avstraliya, Kanada, Yeni Zelandiya və digər ölkələrə getməyi planlaşdırırsınızsa General moduldan imtahan verməyi məsləhət görürük.
İmtahan verməzdən əvvəl müraciət etdiyiniz ölkə və ya inistitutun sizdən hansı modulu tələb etdiyini dəqiqləşdirməyi məsləhət görürük. Düzgün modulun seçilməsinə Siz cavabdehsiniz.
|
 |
 |
 |
İmtahan müddəti nə qədərdir? İmtahan hansI formatda olur? Bu çox -variantlI test yoxsa danIşIq və dinləmədən ibarətdir? |
 |
 |
IELTS imtahanı dinləmə, oxu, yazı və danışıq testlərindən ibarətdir.
Sizə imtahan zamanı:
dinləmə üçün 30 dəqiqə (+10 dəqiqə cavabları cavab kağızına köçürməyə),
Oxu üçün 60 dəqiqə,
Yazı üçün 60 dəqiqə
Danışıq üçün 11-14 dəqiqə vaxt veriləcək.
Namizələrdən adətən imtahan verəcəkləri günü imtahan üçün ayırmaqları xahiş olunur. Namizədlər imtahanın oxu, yazı, və dinləmə bölmələrini qrup halında verdikdən sonra danışıq testi üçün ayrı-ayrılıqda vaxt təyin edilir. Məlumatınız olsun ki, danışıq testi IELTS imtahanın keçirildiyi tarixdən 7 gün əvvəl və ya sonra da təyin oluna bilər.
İmtahan sona çatana qədər namizədlərə imtahan zalını tərk etməyə icazə verilmir.
|
 |
 |
 |
IELTS imatahanInI verdikdən sonra sertifikat alacağam? IELTS testi xaricdə nə dərəcədə tanInIr? |
 |
 |
Bəli, siz imtahandan sonra sertifikat alacaqsız. Sertifikatda adınız, doğum tarixiniz, şəkliniz, imtahan verdiyiniz tarix, topladığınız bal və test mərkəzi kimi məlumatlar qeyd olunur. IELTS dünyada tanınır və qəbul olunur. Bu imtahan Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya, Kanada və həmçinin ABŞ da bir çox universitetlərə qəbul imtahanı kimi istifadə olunur. IELTS –dən həmçinin immiqrasiya və ya professional fəaliyyətə başlamaq məqsədilə də istifadə olnur. IELTS -in beynəlxalq aləmdə tanınması barədə daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa IELTS -in internet səhifəsinə daxil olun. |
 |
 |
 |
Mən IELTS imtahanInda nə qədər müddət fasilə ilə iştirak edə bilərəm? |
 |
 |
IELTS imtahanı qeydiyyatından hansı müddətdən bir keçməklə bağlı heç bir qadağa və ya məhdudiyyətlər yoxdur. |
 |
 |
 |
Mən imtahana necə hazIrlaşa bilərəm? |
 |
 |
Siz rəsmi IELTS hazırlıq materiallarını British Council ofisindən əldə edə bilərsiniz. Materiallara bir kitab və CD daxildir və qiyməti 25 AZN-dir. Ödəniş bank köçürməsi vasitəsilə ödənilməlidir. Sorğunuz barədə zəhmət olmasa email göndərməyiniz xahiş olunur.
Online qeydiyyatdan keçmiş namizədlər Road to IELTS hazırlıq materiallarını pulsuz əldə edirlər. Fərdi hazırlıq materialları qəbul etmək üçün zəhmət olmasa email ünvanınızı və IELTS qeydiyyat nömrəsini qeyd edin. Qeyd: IELTS testinə qeydiyyatınız təsdiqləmədiyi halda “Road to IELTS” –dən istifadə edə bilməzsiniz.
|
 |
 |
 |
İmtahan üçün qeydiyyatdan necə keçe bilərəm? İmtahan qiyməti nə qədərdir? |
 |
 |
Imtahana qeydiyyatdan keçmək çox asandır. Burada qeydiyyat və qiymətlər haqqında ətraflı məlumat ala bilərsiniz. |
 |
 |
 |
ImtahanIn keçirilmə tarixini necə dəyişib və ya ləğv edə bilərəm? Bunun üçün hansI qaydalar var? |
 |
 |
Siz enquiries@britishcouncil.az email ünvanına email yazmaqla imtahan tarixini, vaxtını dəyişə və ya ləğv edə bilərsiz. Əgər qeydiyyatınızı imtahan günündən 5 həftə əvvəl ləğv etsəniz, bu zaman test üçün ödənilmiş məbləğin 85% -i sizə qaytarılacaq. İmtahan ləğvinin səbəbini təsdiqləyən bir sübutunuz olmadığı halda onu 5 həftə ərzində və ya daha az müddətdə ləğv etmək istəsəniz, bu halda sizə heç bir ödəniş edilməyəcək. Pulunuzu geri almaq üçün siz münasib səbəbi təsdiqləyən sənəd də əlavə olunmaqla “Refund Form”-u təqdim etməlisiniz. Qəbul olunan sənədlərə aşağıdakılar aiddir: ixtisaslı həkimdən alınmış arayış, ölüm şəhadətnaməsi, polis raportu və ya ordudan çağırış vərəqəsi. Bütün yuxarıda sadalananlar imtahan tarixinin 5 günü ərzində imtahan mərkəzinə təqdim olunmalıdır. |
 |
 |
 |
Imtahana nə gətirməliyəm? |
 |
 |
Sizdən imtahana yalnız qeydiyyatdan keçdiyiniz sənədi (passport/şəxsiyyət vəsiqəsi) gətirməyiniz xahiş olunur. Sizə imtahanda qələm, karandaş, pozan, qələm yonan və su veriləcək. İmtahan zamanı əşyalarınız imtahan otağına buraxılmadığına görə, özünüzlə hər hansısa dəyərli bir əşya gətirməyi sizə məsləhət görmürük.
Qeydlər götürmək istədiyiniz halda, bunun üçün sizə hər bölmədən qabaq paylanılacaq olan iş dəftərindən istifadə edə bilərsiniz. Əlavə kağızdan istifadə etmək qadağandır.
|
 |
 |
 |
Gecikdiyim halda imtahana buraxIlIram? |
 |
 |
IELTS imtahanı bütün mərkəzlərdə saat 09:00 da dinləmə bölməsilə başlayır. Əgər birinci mərhələyə gecikmişsinizsə, siz oxu bölməsi başlayana qədər imtahan zalına buraxılmayacaqsız və sonradan imtahanın qalan bölmələrini davam etdirə bilərsiniz. Əgər imtahan mərkəzində sizə yenidən dinləmə imtahanı keçirmək imkanı olarsa bu bölmə sizin üçün təşkil olunacaq, lakin bu mümkün olmaya da bilər. |
 |
 |
 |
İmtahan nəticələrimi telefon, email və ya faks vasitəsilə öyrənə bilərəmmi? |
 |
 |
IELTS imtahan nəticələrinə aid çox ciddi qaydalar var. Nəticələr heç vaxt telefon, email və ya faksla açıqlanmır. Nəticələrinizi qeydiyyat məlumatınızı daxil etməklə internet vasitəsilə öyrənə bilərsiniz. İmtahan nəticələrinizin sizə həmçinin sms vasitəsilə göndərilməsini də xahiş edə bilərsiniz, lakin bunun üçün, siz öncədən xüsusi bir formanı doldurmalı və imzalamalısınız. |
 |
 |
 |
İmtahan nəticələrimi daha tez öyrənə bilərəm? |
 |
 |
Biz imtahan nəticələrini 13 gündən daha az müddətdə açıqlamırıq. |
 |
 |
 |
Mənim sertifikatImI mənim əvəzimə başqasI götürə bilərmi? |
 |
 |
Əgər nəticələrinizi özünüz götürə bilmirsinizsə, bunun üçün sizdən nəticələrinizi götürəcək adamın adını və şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edərək ielts@britishcouncil.az email ünvanına göndərməyiniz xahiş olunur. Məsul şəxs sizin sertifikatı götürməyə gələn zaman passport və ya şəxsiyyət vəsiqəsini özü ilə gətirməlidir. |
 |
 |
 |
Mən neçə sertifikat əldə edə bilərəm? |
 |
 |
Namizədlərə sertifikatın yalnız bir nüsxəsi verilir. Əlavə original sertifikatlar inistutlara və digər şirkətlərə birbaşa olaraq göndərilə bilər. Əgər sertifkatı qəbul edəcək təşkilat imtahan qeydiyyat ərizənizdə qeyd olunmayıbsa, o zaman siz əlavə sertifikat və göndəriş xidmətinin pulunu ödəməlisiniz. Sertifikatı qəbul edən təşkilatı imtahana qeydiyyat ərizənizdə qeyd etdiyiniz halda, yalnız göndəriş xidmətinin pulunu ödəyəcəksiniz. Qəbul edən institutların namizədin sertifikat nömrəsinə sahib olmaqla onun imtahan nəticəsini internet vasitəsilə də öyrənmək imkanları var.
|
 |
 |
 |
İmtahan qeydiyyat ərizəsində qeyd olunmuş təşkilatlara sertifkatIm dərhal imtahandan sonra göndərilir? |
 |
 |
Əgər imtahan qeydiyyat ərizəsində siz müəyyən institut və ya təşkilatları qeyd etminizsə imtahan nəticələri açıqlandıqdan sonra mütləq bizə müraciət edib istəyiniz təsdiqləyin. Nəticələr açıqlandıqdan sonra bizə müraciət etməsəniz sertifikatınız heç bir yere göndərilmir.
|
 |
 |
 |
Imtahanda etdiyim səhvləri görmək imkanI verilir? |
 |
 |
Namizədin cavabları və namizədlər tərəfindən hazırlanmış digər sənədlər imtahanın bir hissəsi kimi Kembric Universitetinin mülkiyyəti sayılır və namizədlərə, məktəblərə və idarədici mərkəzlərə heç bir halda verilmir. |
 |
 |
 |
Xüsusi ehtiyaclarI olan namizədlərə köməklik təmin edirsiniz? |
 |
 |
British Council və Kembric Universiteti xüsusi ehtiyaclı (məs: eşitmə, danışıq problemləri, disleksiya və.s) namizədlərə onlar üçün xüsusi hazırlıqlar görməklə kömək edir. Eyni imtahan proseduru hər bir namizəd üçün əlilliyinin təbiəti və dərəcəsinə uyğun olaraq fərqli tətbiq olunur.
Xüsusi hazırlıq tələb edən namizədlərdən ehtiyacları barədə imtahan tarixindən 6 həftə əvvəl email ünvanımıza aidiyyatı tibbi arayış göndərməklə bizi məlumatlandırmaları xahiş olunur.
|
 |
 |
 |
IELTS imtahanI və eləcə də digər xidmətlər barədə rəy və şikayətimi necə ifadə edə bilərəm? |
 |
 |
Sizə daha yaxşı xidmət göstərmək məqsədilə imtahanın şərtləri barədə rəy/şikayətlər yazılı formada imtahan günü və ya imtahan günündən sonra 5 gün ərzində verilməlidir. Imtahan nəticələri bəlli olduqdan sonra imtahanın keçirilməsi barədə olan şikayətlərə baxılmayacaq.
Əgər siz hansısa bir fikir bildirmək və ya sizə edilmiş xidmət barədə şikayət etmək istəyirsinizsə, bunu ielts@britishcouncil.az ünvanına email yaza və ya onlayn daxil edə bilərsiniz.
|
 |
|
 |