Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
İNŞA MÜSABİQƏSİ
“Dünyanı inkişaf etdir, təkmilləşdir və xilas et”

British Council təşkilatı Dünya Bankı ilə birgə əməkdaşlıq çərçivəsində inşa müsabiqəsini elan edir. Lahiyənin məqsədi müxtəlif təbəqələr arasında ekolojı problemlər haqqında  məlumatlılığı gücləndirmək, İqtisadi İnkişaf, İslahatlar və İnkişaf məsələlərini ünvanlandırmaq və gəncləri gələcək inkişaf naminə daha fəal olmağa həvəsləndirməkdir.

Ətraf mühitlə bağlı problemlər hal-hazırda ictimaiyyətin diqqətini daha çox çəkir və bütün dünyada bu barədə siyasi fəaliyyətin artmasını tələb edir.

İqlim dəyişir. Bu dəyişiklik dəniz səviyyəsinə, bioloji müxtəlifliyə, həmçinin insanların sosial və iqtisadi fəaliyyətinin bir sıra aspektlərinə təsir edir. Bu baxımdan iqlim dəyişikliyi qərarverici strukturlar və bütün dünya ictimaiyyətindən təcili diqqət tələb edir.

Təqdim olunacaq inşalar bu mövzuları əhatə etməlidir:

  • "Dünyanın gələcəyi - İqtisadi Inkişaf Ətraf Mühitə Qarşı
  • "Bu günkü dünyanın üç ən mühüm problemi"
  • "Qlobal düşün, lokal fəaliyyət göstər – gənclərin ətraf mühitin/iqlimin qorunmasında iştirakı"

MÜSABIQƏDƏ KİMLƏR İŞTİRAK EDƏ BİLƏRLƏR?

Inşa müsabiqəsində 16-25 yaş arası, tələbə olub-olmamasından asılı olmayaraq bütün şəxslər iştirak edə bilərlər.

MÜKAFATLAR

  • Birinci yer - Noutbuk
  • İkinci yer - Poket PC (Cib kompyuteri
  • Üçüncü yer - iPod
  • Uyğun olan qalib Dünya Bankının Bakı ofisində bir aylıq təcrübə keçmək imkanını alacaq

İNŞALARI NECƏ TƏQDİM ETMƏLİ?

İnşa müsabiqəsi üçün inşalarınızı yalnız internet vasitəsilə təqdim edə bilərsiniz.

İnşalar aşağıda göstərilən elektron ünvana göndərilməlidir: competition@britishcouncil.az

QAYDALAR

  • İnşalar yalnız 23 mart 2008-ci il tarixinədək qəbul olunacaqdır.
  • Hər bir iştirakçı yuxarıda göstərilmiş 3 mövzudan yalnız birinə uyğun inşa təqdim edə bilər.
  • İştirakçılar 16-25 yaş arası olmalıdırlar.
  • İnşalar 2000 sözdən çox olmamalı və ingilis, rus, yaxud Azərbaycan dilində yazılmalıdır.
  • Bütün inşalar orijinal olmalıdır. Əvvəllər çap olunmuş materiallar qəbul olunmayacaqdır. Plagiat cəhdləri avtomatik şəkildə müsabiqədən kənarlaşdırılma ilə nəticələnəcəkdir. Nəzərə alın ki, hər bir inşanın plagiat olub-olmaması xüsusi proqram vasitəsilə yoxlanacaqdır
  • British Council və Dünya Bankı qaliblərin inşalarını çap etmək yaxud ictimaiyyətə çatdırmaq hüququnu saxlayır.
  • Münsiflər heyətinin qərarı yekun qərar hesab olunur və bu qərara yenidən baxıla bilməz.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud