Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Teachers at INSETT seminar, image © Gulshan Huseynova/British Council (Azerbaijan)
Teach with us
Baxın görün müəllimlər layihəmiz barədə nə deyir və təlim vərdişlərini seminarlarımızda inkişaf etdirməklə hansı faydalar əldə ediblər.
DAHA ƏTRAFLI

Looking for English language materials and teaching programmes? Find out how we can help you and check out our collection of online teaching resources.

MÜƏLLİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ
İngilis Dilinin İntensiv Təlimi Layihəsi

Layihənin məqsədləri müasir təlim metodlarını təqdim etməklə ingilis dilinin tədrisinin təkmilləşdirilməsi və British Council-ın 2003- 2009 illərdə hazırladığı trener şəbəkəsinin gücləndirilməsi.

Layihənin tarixi

2008-ci ilin aprelində Təhsil Nazirliyi Azərbaycanda orta məktəblərdə ingilis dilinin tədrisi sahəsində mövcud olan problemləri təyin etmək və bu sahədə uğurlu təcrübəsi olan bir sıra Avropa və Asiya ölkələrinin təcrübəsi haqda məlumat toplamaq üçün British Council- a müraciət etmişdir.

İngilis dilinin tədrisi sahəsində mövcud olan problemlər şərti olaraq 4 qrupa bölündü:

  • Tədris planında ingilis dilinin tədrisinə ayrilan saatlarin sayının az olması
  • Proqram və dərsliklərin müasir tələbləri ödəməməsi, dərsliklərin sagirdyönümlü olmaması, məzmunun şagirdlərin yaş xüsusiyyətlərinə uyğun gəlməməsi.
  • Tədris metodikasının səmərəli olmaması
  • İngilis dilini tədris edən müəllimlərin lazımi bacarıqlara malik olmaması

Azərbaycan müəllimlərinin ingilis dili dərslərini daha maraqlı və müasir etmələri üçün British Council Təhsil Nazirliyi ilə birgə, müəllimlər üçün yeni və dinamik İngilis Dili Təlim kursu hazırlayıb. Bakının 7 pilot dövlət məktəbində Müəllimlər üçün keçirilən ən müasir İngilis Dili Təlim kursunu Təhsil Nazirliyi maliyyələşdirib. Yeni olan bu təşəbbüs müasir təlim metodlarını təqdim etməklə Bakının ən aparıcı 55 ingilis dili müəlliminin təkmilləşdirilməsini həyata keçirilib.

Proqramın ilk fazada Təhsil Nazirliyinin Azərbaycanda ingilis dilinin tədrisinin təkmiləşdirilməsi və müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq üçün strateji addımının bir hissəsidir.

Bir həftəlik təlim kursunun başa çatması və sertifikatların təqdimatı mərasimi 11 iyul 2008-ci il tarixində Park İnn mehmanxanasının Dan Ulduzu zalında və 18 İyul 2008 il tarixində Təhsil Nazirliyinin zalında keçirilib. Tədbirdə 7-11 iyul 2008-ci il tarixlərində keçirilən seminarda iştirak etmiş 7 pilot məktəbinin 55 ingilis dili müəlliminə Təhsil Naziri cənab Misir Mərdanov və British Council-ın Azərbaycandakı direktoru Nikol lə Os de Lalüvye tərəfindən sertifikatlar təqdim olunub.

Nəticələr

  • Vərdişlərin (oxu, yazı, danışma, dinləmə) möhkəmləndirilməsinə əsaslanan təlim modeli
  • Sinfin idarə edilməsi və dərsin effektiv planlaşdırılması
  • Yeni təlim metodları əsasında təkmilləşdirilmiş 55 müəllim
  • Yeddi pilot məktəbi 2008 – ci ilin sentyabrında yeni təlim metodlarından faydalanır
  • Təlim modeli digər orta məktəbləri də əhatə etmək iqtidarındadır

Programın ikinci fazasında yeddi pilot məktəbdən seçilmiş müəllimlər 2009-cu il aprel ayının 27- dən may ayının 1- dək Bakıda keçirilən təlim kursunda iştirak etdi. Təlim 23 saylı məktəbdə, Təhsil Nazirliyi və British Council-ın birgə əməkdaşlığı  ilə təşkil edildi.

Sessiyalar tarazlaşdırılmış nəzəriyyə və təcrübədən ibarət olmuşdur və hər günün sonunda müəllimlər qruplarda keçirdikləri mikro-təlimlərdə yeni təlim yanaşmalarını sınaqdan keçirmişlər. Təlimin əhatə etdiyi mövzular aşağıdakılar olmuşdur:    

•İbtidai siniflərdə şagirdlərin xüsusiyyətləri

•Mahnıların tədrisi

•Sinifdə bilik səviyyəsi müxtəlif olan şagirdlərin təlimi

•Dərsdə hekayələrin tədrisi

•Yanıltmac və qafiyələrin tədrisi

•Müxtəlif öyrənmə üsullarının tədrisi

•Dərslərdə tamaşa oyunları üsullarından istifadə etmək

•Tədris və öyrənmənin effektiv üsulları

•Sinfin idarəedilməsi

Təhsil sahəsində müəyyən təcrübəyə malik olan peşəkar müəllimlərdən ibarət bu qrup hər mövzunu böyük maraq və həyəcanla qarşıladı. Onlar həvəslə ibtidai sinif şagirdlərinin təlimi məsələlərini cütlərlə və qrup şəklində müzakirə edib, bir sıra sinifdaxili problemlərin real və praktiki həll yollarını təklif etdilər. Mikro-təlimlər hazırlayan zaman müəllimlər möhtəşəm yaradıcılıq qabiliyyəti nümayiş etdirdilər. Bu mikro-təlimləri müşahidə edən həmkarları sonda öz həmkarlarına dəyərli rəylər vermişlər.

Təlimin son günündə Təhsil Naziri cənab Misir Mərdanov təlimin müvəffəqiyyətlə bitməsi ilə əlaqədar müəllimləri təbrik etdi və onlara sertifikatlar təqdim etdi.

Ümid edilir ki, təlimdə iştirak edən müəllimlər əldə etdiyi bütün yeni ideyalardan yararlanacaq və onları siniflərdə tətbiq edəcək. Bununla onlar həm öz şagirdlərinin, həm də Azərbaycanda ingilis dilinin tədrisinin inkişafına kömək edəcəklər. Təhsil Nazirliyi ilə birlikdə layihənin qarşıda gələn beş ildə necə planlaşdırılmasını müzakirə etmək üçün məsələhətləşmələr keçırilməsi də nəzərdə tutulmuşdur.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud