Onlayn İngilis dili testi həm əyləncədir, həmdə sizin bacarıqlarınız barədə sizə müəyyən bir məlumat verə bilər. LearnEnglish Central-dan interaktiv testdən keçə bilərsiniz.
Dinləmə-oxuma çalışmaları və müxtəlif testlər vasitəsilə, forum və müzakirə qruplarında başqaları ilə ünsiyyətdə olmaqla ingilis dilinizi yaxşılaşdırın.
Bizim məqalələrimiz, mütəxəssislər üçün ingilis dili daxil olmaqla, sizə işiniz üçün gərəkli olan xarici dili öyrənməkdə kömək olacaq. Fikirlərinizi bizimlə bölüşün.
LearnEnglish Central , bacarıq və mövzuya əsaslanan məşğələlər vasitəsi ilə, başda gənclər və yaşca böyük olan dil öyrənciləri olmaqla hər kəsə şən ingilis dili praktikasını təklif edir.
British Council tələbə və müəllimlər, eləcə də maraqlanan digər insanlar üçün Futbol üzrə Dünya Çempionatına aid oyunlar, məqalələr, hekayələr, və tədris planlarını təklif edir.
LearnEnglish şagirdlər və ingilis dili müəllimləri üçün bizim bütün web səhifələrimizə bir qapıdır - sadəcə bir web ünvanını yadda saxlamaq kifayətdir!
Bizim audio materiallarımızın vasitəsilə ingilis dilində dinləmə bacarıqlarınızı inkişaf etdirin. Bizdən hər kəs yararlana bilər- uşaqdan böyüyə, sadə səviyyədən yüksəyə qədər. Bu vəsaitlər pulsuzdur və əgər siz qeydiyyatdan keçsəniz biz onları sizə hər ay göndərə bilərik.
LearnEnglish Valideyn səhifəsi- ingilis dilini ikinci və ya xarici dil kimi öyrənən uşaqların valideynləri üçün nəzərdə tutulmuşdur. Bu səhifə lazımi məlumat və vəsaitlərlə zəngindir.
Xaricdə oxumaq və ya yaşamaq üçün İngilis dilinizi yaxşılaşdırmaq istəyirsiniz? Bir sıra tanınmış imtahan və testlərimizlə istədiyiniz səviyyəni əldə etməyinizə kömək edə bilərik.