İngilis dilini öyrənmək və yaxud İngilis dilinizi yaxşılaşdırmaq istəyirsininz? İngilis dili imtahanından keçmək fikriniz var? Biz sizə İngilis dilinin tədrisi sahəsində göstərdiyimiz növbəti xidmətlər vasitəsilə kömək edə bilərik:
Bu dərslərdə siz İngilis dilini ən son kommunikativ metodologiya əsasında öyrənəcəksininz. Siz həm danışıq, dinləmə, oxuma və yazma qabiliyyətinizi yaxşılaşdıracaq, həm də qrammatik bilikləriniz və söz ehtiyatınızı inkişaf etdirəcəksiniz. Bizim Yeni başlayandan tutmuş İngiliscə doğma dili kimi danışana qədər hər səviyyədə kurslarımız var:
| |
|
|
| Səviyyə 0 |
Starter |
1 kurs |
| Səviyyə 1 |
Elementary |
3 kurs |
| Səviyyə 2 |
Pre-Intermediate |
3 kurs |
| Səviyyə 3 |
Intermediate |
3 kurs |
| Səviyyə 4 |
Upper-Intermediate |
3 kurs |
| Səviyyə 5 |
Post-Intermediate |
4 kurs, Kembric imtahanına hazırlıq da daxil olmaqla |
| Səviyyə 6 |
Advanced |
4 kurs, Kembric i mtahanına hazırlıq da daxil olmaqla |
| Səviyyə 7 |
Post-Advanced |
4 kurs, Kembric imtahanına hazırlıq da daxil olmaqla |
Kurslar adi və intensiv (tezləşdirilmiş) olur. Adi kurs 9 həftə davam edir. Dərslər həftədə 2 dəfə, 1 saat 40 dəqiqə ərzində keçirilir. Sizə həmçinin 9 həftəlik Şənbə kursları təklif edirik. Bu kurslarda dərslər həftədə bir dəfə 3 saat 15 dəqiqə ərzində keçirilir. İntensiv kurslar 5 həftə davam edir. Dərslər həftədə 3 dəfə, 2 saat 10 dəqiqə ərzində keçirilir. Həm adi, həm də intensiv kurs ümumilikdə 30 saat davam edir. 7 yaşından 16 yaşına kimi tələbələr üçün kursun qiyməti 205.00 AZN, 16 yaşından yuxarı tələbələr üçün isə -225.00 AZN təşkil edir. Bu qiymətə kurs kitabları, eləcə də kitabxanadan istifadə daxildir (ingilis dilində audio, video kasetlər, kitab və jurnallar, o cümlədən internet).
Bu qruplar xüsusi olaraq 16 yaşa qədər uşaqlar üçün təşkil olunur və Böyüklər (11-16 yaş) və Kiçiklərə (7-10 yaş) bölünür. İngilis dilini öyrənməkdən əlavə uşaqlar Britaniya və Britaniya mədəniyyəti haqqında ətraflı məlumat əldə edəcəklər. Dərs zamanı real həyat vəziyyətlərini əks etdirən tapşırıqlar tələbələrin dil bacarığını və xarici dildə özünə inamını artırır.
Bu kurslar sizi Cambridge ESOL (English for Speakers of Other Languages - Digər dildə danışanlar üçün İngilis dili) imtahanlarına: FCE (First Certificate in English), CAE (Certificate in Advanced English), və CPE (Certificate of Proficiency in English) hazırlayır. Sizi imtahanların formatı ilə tanış etmək və imtahan tapşırıqları üzərində çalışdırmaqla yanaşı, bu dərslər sizin ümumi dil biliklərinizi artırmaq məqsədi daşıyır.
|