Sadə mətn  Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
Woman and man students. Photo: Araz Yusubov
KORPORATİV KURSLARIMIZ
BİZ ŞİRKƏTİNİZƏ NƏ TƏKLİF EDİRİK?
HANSI ÜSTÜNLÜKLƏRİ ƏLDƏ EDƏCƏKSİNİZ?
BU SİZƏ NEÇƏYƏ BAŞA GƏLƏCƏK?
ÜMUMİ KURSLARIMIZ
BİZƏ ELƏ BU GÜN MÜRACİƏT EDİN
KORPORATİV KURSLARIMIZ
Biz şirkətinizə nə təklif edirik?

Biz təşkilatınızın ehtiyaclarına uyğun şəkildə tərtib olunmuş Ümumi İngilis dili, Biznes İngilis dili, Texniki İngilis dili, beynəlxalq imtahanlara hazırlıq və xüsusi bacarıq kursları təklif edirik.

Tövsiyyə etdiyimiz kursun tipi yerləşdirmə testinin nəticələri və ehtiyaclarınızın analizinə əsaslanır. Müştərilərimizin rahatlığı üçnü dərslər ya şirkətin binasında, ya da ofisimizdə aparıla bilər.

İXTİSASLAŞMIŞ TƏLİM PROQRAMLARI

İxtisaslaşmış təlim proqramlarımız özündə spesifik iş sektorunda çalışan işçilərin texniki ehtiyaclarına uyğun ixtisaslaşmış leksikonla bizim Ümumi İngilis dili kursundan dil qabiliyyəti, qrammatika və söz ehtiyatını birləşdirir. Təlim proqramından əvvəl tələbatlar araşdırılır və kursun proqramı tərtib olunur. Bütün proses boyu proqramın işgüzar tələbləri ödəməsinə əmin olmaq üçün müştəri ilə məsləhətləşmələr aparılır.

SƏNAYE VƏ İŞ YERİ ÜÇÜN TEXNİKİ İNGİLİS DİLİ

Biz energetika, sənaye və xidmət sektorunun bütün səviyyələrində çalışan işçilərin texniki və professional tələblərinə uyğun gələn ixtisaslaşmış ingilis dili tədrisi xidmətləri təklif edirik. Kurslarımızda sənaye daxilində ayrı-ayrı ixtisaslara, məsələn:
maşınqayırma
ekologiya
sağlamlıq və təhlükəsizlik
nəqliyyat və daşınma
təchizat
təminat şəbəkəsinin idarə olunması

və ayrı-ayrı bacarıqlara xüsusi diqqət yetirilir, məsələn:
məruzələrin yazılması
texniki vəsaitin hazırlanması və istifadəsi
sənəd və formaların doldurulması
fövqəladə hadisə barədə məruzə
fövqəladə vəziyyətdə qaydalara riayət

Bu kursları təşkil etmək üçün hazırladığımız materiallardan ibarət hərtərəfli verilənlər bankınndan istifadə edirik. Dərslər zamanı tələbələrin öz sahələrində istifadə olunan terminologiya ilə lazımi səviyyədə tanış olmasını təmin edir və iş fəaliyyəti zamanı böyük ehtimalla rastlaşacaqları həyati misalları önə çəkirik.

BİZNES İNGİLİS DİLİ

Kommersiya mühitində çalışan işçilərə uyğun bacarıqları inkişaf etdirmək üçün milli və beynəlxalq agentliklərlə işləmişik.

İngilis qrammatikası və leksikasının əsas elementlərini əhatə etməklə yanaşı, oxuma, yazma, dinləmə və danışma bacarıqları biznes kontekstində inkişaf etdirilir. Bu kursların əsas elementi ümumi biznes qabiliyyətlərinin inkişaf etdirilməsidir. Aşağı səviyyələrdə bu bacarıqlar İngiliscə telefon danışıqları və məruzə yazma kimi sahələri əhatə edir. Daha yüksək səviyyədə isə təqdimat, müştəri xidməti, komanda təşkili və qiymətləndirmə kimi sahələrdə bacarıq ikişaf etdirilir.

Bu təlim proqramı bir-iki günlük intensiv seminarlar və ya daha ənənəvi kurslar şəklində aparıla bilər. Belə əsnəklik müştərilərimizin əsas işçi personalı uzun müddətə təlim üçün azad etməkdə çətinliyi ola biləcəyini nəzərdə tutur.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud