Şirkət kursu eyni şirkət və ya təşkilatdan olan, oxşar dil səviyyəsnə malik tələbələr qrupu üçün təşkil olunur. Nəticədə müəllim şirkətinizin tələblərinə cavab verən kursu tərtib etmə imkanı əldə edir.
Dərslər sizinlə razılaşdırılmış müddətdə, razılaşdırılmış vaxtlar, məsələn, həftədə iki dəfə, səhərlər, keçirilir. Biz tələbələrin bilik səviyyəsini bütün dünyada Tədris Mərkəzlərimizdə istifadə olunan yerləşdirmə və kurs səviyyə testləri sitemi vasitəsilə qiymətləndirir və nəzarət edirik. Beləliklə, müştərilərimiz əməkdaşlarının irəliləyişi və qoyduqları vəsaitin faydası barədə məlumat əldə edir. Təlim proqramına qəbul olan hər yeni tələbə 30-60 dəqiqəlik yerləşdirmə testi və müllimlərimizdən biri ilə müsahibədən keçir. Sonra tələbənin ingiliscə yazma və danışma dərəcəsi ümumiləşdirilərək onun ingilis dili səviyyəsinə uyğun gələn kursa yerləşdirilməsini təmin edir. Təlim proqramı boyunca tələbələr müəllim tərəfindən, yazılı ev tapşırıqları daxil olmaqla, davamlı yoxlamalar və hər modulu bitirdikdə test vasitəsilə qiymətləndirilir. Kursu müvəffəqiyyətlə başa vuran tələbələr sertifikatla təltif olunur. Şirkətlərə razılaşdırılmış zaman aralıqlarında (adətən hər 30 saat dərsdən sonra) tələbələrin dəvamiyyəti və irəlləyişi barrədə ümumi məlumat və hər tələbə barədə ətraflı qeydlər daşıyan geniş məruzələr göndərilir. |