Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
İNGİLİS DİLİ İMTAHANLARI
IELTS İNGİLİS DİLİ TESTİ
Cambridge General English
Cambridge Business English
QEYDİYYAT VƏ ÖDƏNİŞ
İELTS haqqInda tez-tez verilən suallar
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
İNGİLİS DİLİ İMTAHANLARI
Qeydiyyat və ödəniş barədə məlumat

İmtahan/Sertifikat 2012-ci ildə tarixlər Qeydiyyatdan
keçmək üçün
son tarix
Qiymət
IELTS 21 yanvar
09 fevral
25 fevral(AC)
17 mart(AC)
31 mart
12 aprel
21 aprel
12 may
26 may
09 iyun
30 iyun
12 iyul
21 iyul
04 avqust
25 avqust
01 sentyabr
22 sentyabr
13 oktyabr
27 oktyabr
08 noyabr
17 noyabr
01 dekabr
08 dekabr
09 dekabr
29 dekabr
13 yanvar

03 fevral
17 fevral
29 fevral
09 mart
29 mart
13 aprel
27 aprel
18 may
30 may
08 iyun
22 iyun
13 iyul
20 iyul
10 avqust
31 avqust
14 sentyabr
26 sentyabr
05 oktyabr
19 oktyabr
26 oktyabr




150 AZN (2012-ci il, aprelin 1-dək)

KET (Key English Test)
17 mart
7 iyun
17 noyabr
10 fevral
2 may
12 oktyabr
60 AZN
TKT (Teaching Knowledge Test) 28 aprel


5 mart 60 AZN

IELTS

Biz IELTS imtahanını hər ay iki dəfə keçiririk. Qeydiyyat müddəti imtahan gününə 6 həftə qalmış başa çatır.

Bu tarixdən sonra da qeydiyyat mümkündür, lakin bu halda imtahan verən şəxslər bizimlə əlaqə saxlamalıdırlar. Qeydiyyat müddətindən sonra qeydiyyat etmək istəyən şəxslər üçün imtahan qiyməti 170 AZN olacaqdır.

Qeydiyyatdan burada keçə bilərsiniz

  1. İmtahan verəcəyiniz ayı, şəhəri (Landmark) və modulu seçin. Sonra “Find” düyməsinə basın.
  2. Uyğun tarixi seçib “Apply” düyməsinə basın.
  3. Zəhmət olmasa IELTS qaydaları ilə tanış olun. Sonra “I have read and agree to the above Terms and Conditions” işarələyib “Continue” düyməsinə basın.
  4. Bütün məlumatları dəqiq qeyd edin və “Continue” düyməsinə basın.
  5. Məlumatların dəqiqliyini yoxlayın, ödəniş qaydaları ilə tanış olun və “Apply now” düyməsinə basın.
  6. Ərizə formasını çap etmək üçün “Print this page” düyməsinə basın.
  7. Siz dərhal qeydiyyatınız ilə əlaqədar email alacaqsınız.
  8. Zəhmət olmasa çap etdiyiniz  ərizə formasının altında imza atıb digər sənədlərlə birlikdə (pasportun və ya şəxsiyyət vəsiqəsinin (yalnız yerli iştirakçılar) nüsxəsi, ağ fonda 3x4 1 ədəd şəkil və ödəniş tapşırığı) ielts@britishcouncil.az elektron ünvanına göndərin. Eynəkli şəkillər qəbul olunmur. Zəhmət olmasa göndərdiyiniz email-ın ölçüsünü 2 MB -dan artıq olmamasına əmin olun
  9. Biz əgər 5 gün ərzində sizin ödəniş tapşırığınızı alsaq sizin qeydiyyat təsdiqlənəcək və siz bununla bağlı email alacaqsınız.
  10. Əgər siz 5 gün ərzində ödəməni həyata keçirməsəniz o zaman siz qeydiyyatınızın ləğv olunması barədə email alacaqsınız.
  11. Nəzərinizə çatdıraq ki, qeydiyyat imtahan tarixinə 6 həftə qalmış bitir.

Gec qeydiyyat

  1. Qeydiyyatdan keçmək istədiyiniz tarixdə boş yerlərin mövcud olması barədə təsdiq almaq üçün ielts@britishcouncil.az elektron ünvanına müraciət edin
  2. Təsdiq aldıqdan sonra gec qeydiyyat üçün Ərizə formasını yükləyib, çap edib doldurmalısınız
  3. Zəhmət olmasa  ərizə formasını imzalayıb  digər sənədlərlə birlikdə (pasportun və ya şəxsiyyət vəsiqəsinin (yalnız yerli iştirakçılar) nüsxəsi, ağ fonda 3x4 1 ədəd şəkil ) ielts@britishcouncil.az elektron ünvanına göndərin. Eynəkli şəkillər qəbul olunmur. Zəhmət olmasa göndərdiyiniz email-ın ölçüsünü 2 MB -dan artıq olmamasına əmin olun
  4. Cavab olaraq bizdən ödəniş üçün bank hesabını alacaqsınız
  5. Odənişin 3 gün ərzində hesaba köçürülməsini və bankdan aldığınız qəbzin ielts@britishcouncil.az elektron ünvanına göndərilməsini xahiş edirik; sonra sizin qeydiyyat təsdiqlənəcək və siz bununla bağlı email alacaqsınız.
  6. Əgər siz 3 gün ərzində ödəməni həyata keçirməsəniz o zaman siz qeydiyyatınızın ləğv olunması barədə email alacaqsınız.

QEYD:  Biz yalnız bank vasitəsi ilə keçirilən ödənişləri qəbul edirik. Xahiş edirik imtahanda iştirak edəcək şəxsin adını, IELTS sözünüimtahanın keçiriləcək tarixini bank ödəniş blankının Ödənişin təyinatı hissəsində qeyd edin (məs: N. Məmmədov, IELTS, 26.06.10).

Xahiş edirik nəzərə alın:

  • IELTS imtahanı 16 yaşından kiçik olanlar üçün nəzərdə tutulmayıb, lakin istək üzərinə onların üçün imtahan təşkil oluna bilər. Bu halda bizimlə əlaqə saxıayın.
  • İmtahan otağına şəxsiyyət vəsiqəsi və ya pasportdan başqa hec bir şey gətirməyə icazə verilmir. Siz imtahan zamanı lazım olacaq hər bir ləvazimatla təmin olunacaqsınız.
  • Danışıq testi (speaking) imtahan tarixindən 1 həftə əvvəl və ya sonra həyata keçirilə bilər. Buna görə də öz vaxtınızı hesablayın və imtahana gələrkən şəxsiyyət vəsiqəsi və ya pasportunuzu gətirməyi unutmayın. Şəxsiyyət vəsiqəsi və ya pasport olmadan intervyu otağına daxil olmağınıza icazə verilməyəcək. Həmçinin intervyunun dəyişdirə bilməyəcəyini nəzərinizə catdırırıq. İmtahana xaricdən gələn namizədlər üçün intervyu imtahan günü keçirələcək.

ÖDƏNİŞİN QAYTARILMASI

  • İmtahan gününə ən azı 5 həftə qalmış qeydiyyatınızı ləğv etsəniz  Sizə ödədiyiniz məbləğin 85%-i qaytarılacaq.
  • Əgər Siz imtahana 5 həftədən az qalmış müddətdə qeydiyyatınızı ləğv etsəniz Sizə ödədiyiniz məbləğdən pul qaytarılmayacaq. Həmçinin Siz qeydiyyatdan imtina etməyinizin səbəbini izah etməlisiniz. Belə olduqda Siz Request for Refund Form (aşağıda mövcuddur) təqdim etməlisiniz və imtina etməyinizin səbəbini bu sənədə əlavə etməlisiniz. Qəbul edilən sənədlər ixtisaslı həkim terapevt tərəfindən təqdim olunmuş tibbi arayış, ölüm haqqında şəhadətnamə, və ya hərbi qulluğu təsdiq edən sənəd. Bütün yuxarıda göstərilən sənədlər imtahan mərkəzinə imtahandan 5 gün əvvəl təqdim edilməlidir.

TEST TARİXİNİN DƏYİŞDİRİLMƏSİ

Siz testin tarixini, yalnız seçdiyiniz test sessiyasından 5 həftə öncə Request for Transfer Form (aşağıda mövcuddur) təqdim etməklə dəyişdirə bilərsiniz. Doldurulmuş ərizə Test üçün Ödəniş qəbzi ilə birgə IELTS Administratoruna göndərilməli və ya ofisimizə təhvil verilməlidir.

Bir iştirakçı imtahan gününü 1 dəfədən artıq başqa tarixə keçirərsə 20 AZN köçürmə haqqı British Council hesabına köçürməlidir

NƏTİCƏLƏRİNİZİ NECƏ ÖYRƏNƏ BİLƏRSİNİZ?

İştirakçılar 13 gün sonra Test Report Form -u (imtahan nəticələrini) əldə edəcək. Hər bir iştirakçı Test Report Form- un (TRF)  yalnız bir nüsxəsini əldə edə bilər.

İmtahan nəticələri həmçinin  www.britishcouncil.az  internet səhifəsində imtahandan 13 gün sonra görə bilərsiz.

Siz nəticələrinizi kandidat nömrəniz, doğum tarixi və şəxsiyyətinizi təsdiq edən sənədin seriya nömrəsini yığmaqla yoxlaya bilərsiniz.

IELTS nəticələri telefon,  fax və ya e-mail-lə verə bilməz. Test Report Form-un original nüsxəsi bir neçə təşkilata göndərilə bilər. Bunun üçün aşağıdakı qaydalara əməl etmək lazımdır.

Test Report Form-u necə göndərmək olar ?

Əgər siz Test Report Form-u Azərbaycan daxilində müəyyən təşkilata göndərmək istəyirsinizsə bir nüsxə üçün 15 AZN ödəməlisiniz.

Əgər siz TRF-i xaricə göndərmək istəyirsinizsə aşağıda göstərilən müvafiq kuryer haqqını British Council-ın bank hesabına köçürüb, bankdan sizə təqdim olunan çıxarışı skan  edib ielts@britishcouncil.az e-maillə göndərməlisiniz.

Avropa ölkələri : 45AZN

Orta Şərq/ Amerika : 55AZN (İran, ABŞ ,Kanada)

Cənub yarımkürəsi  : 65 AZN (Avstraliya ,Yeni Zellandiya)

Sonra Additional TRF (əlavə nəticə forması) formanı doldurub ad ,soyad, atanızın adı, imtahan tarixi və ödəniş qəbzini  ielts@britishcouncil.az emailinə göndərin.

Nəzərə alın əgər siz ödəniş etmədən formanı doldursanız sizin xahişiniz nəzərə alınmayacaq.

Sizin əlavə sifariş etdiyiniz TRF  göstərilən yerə 2 iş günü ərzində göndəriləcək.

Təşkilatlar sizin nəticənizi həmçinin online IELTS verification service, vasitəsilə TRF-in nömrəsini yığmaqla öyrənə bilərlər.

NƏTİCƏLƏRİNİZ SİZİ QANE ETMƏDİYİ HALDA NƏTİCƏLƏRİN YENİDƏN YOXLANILMASI XİDMƏTİNDƏN İSTİFADƏ EDƏ BİLƏRSİNİZ:

Nəticəniz sizi qane etmədiyi halda nəticələrin yenidən yoxlanılması xidmətindən istifadə edə bilərsiniz.Bu imtahan tarixindən 6 həftə ərzində yerinə yetirilməlidir. Siz istədiyiniz modulu yenidən yoxlaya bilərsiniz. EOR (Enquiry on Result ) forması  doldurulmalı, British Council hesabına 110 AZN köçürülməli və bu sənədlər skan olunub ielts@britishcouncil.az email-ə göndərilməlidir. Sizdə olan original TRF ofisə qaytarılmalıdır. Əgər hər hansı bir imtahan nəticəniz dəyişərsə,110 AZN sizə qaytarılacaq. Daha geniş məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Cambridge General English İMTAHANLARI

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun.

Cambridge Business English İMTAHANLARI

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun

Cambridge TKT İMTAHANLARI

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun.

Cambridge ICFE İMTAHANLARI

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun və qaydalarla tanış olun

Əlavə məlumat üçün bizə müraciət edə bilərsiniz.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

 Positive About Disabled People