Bu test ingilis dili ünsiyyət vasitəsi kimi istifadə olunan yerlərdə təhsil almaq və ya işləmək istəyənlərin ingilis dili hazırlığını qiymətləndirmək üçün tərtib olunmuşdur.
Ali ixtisas təhsili kurslarında, həmçinin mühacirət xidmətində ingilis dilindən qəbul şərti kimi geniş istifadə olunur.
Testin iki modulu var: Akademik və Ümumi. Qeydiyyatdan keçməzdən əvvəl sizə lazım olan birini seçin. Bütün namizədlərin Dinləmə, Oxuma, Yazma və Danışıq qabiliyyəti yoxlanır.
Biz testi ayda bir dəfə, ofisimizdə keçiririk. Dəqiq tarixləri Qeydiyyat və Ödəniş səhifəsində tapa bilərsiniz. İmtahan tarixindən iki həftə sonra Test Hesabat Formaları hazır olur. İELTS imtahan nəticələrinizi həm də İELTS həm də ONLAYN yoxlaya bilərsiniz.
Testin nəticələri iki il müddətində etibarlı sayılır. İki ildən əvvəl alınmış Test Hesabat Forması, ancaq namizədin ingilis dili təcrübəsini aktiv şəkildə artırdığına sübutlar gətirdiyi halda, indiki səviyyənin göstəricisi kimi qəbul oluna bilər.
|