- Yaş həddi 25 - 35 yaş arası
- Ali təhsil üzrə diplom
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi
- Uzun müddət ərzində Azərbaycandan kənarda təhsil almayan/yaşamayan namizədlər
- Yaxşı ingilis dili biliyi
2007-2008-ci tədris ili üçün ərizə formalarını buradan yükləyə bilərsiniz. Müraciət etmək üçün son tarix 15 yanvar 2007-ci il, saat 18:00-a qədərdir. Öyrənəcəyiniz kurs peşəkar fəaliyyətinizin təşkilini inkişaf etdirməklə bilavasitə bağlı olmalıdır. Öz ərizənizdə təklifinizin, seçiləcəyiniz təqdirdə, Azərbaycana qayıtdıqdan sonra karyeranızın inkişafına necə kömək edəcəyini, gələcək planlarınızı və liderlik potensialınızı əks etdirməlisiniz.
Əgər ərizəniz yüksək səviyyədə yazılıbsa və yaxşı düşünülmüş təklif irəli sürürsə, müsahibəyə və İngilis Dilindən Qiymətləndirmə Testinə (İELTS) dəvət olunacaqsınız. Seçmə komitəsi sizin BP proqramına namizəd kimi qəbul olunub olunmamanız barədə son qərarı verir. Peşəsində artıq öz yerini tutmuş namizədlərə üstünlük verilir.
Qeyd: British Council Bakı ofisinin Bazar ertəsi dekabr ayının 25-dən, Çərşənbə axşamı yanvar ayının 2-nədək bağlı olacagını nəzərə almağınızı xahiş edirik.
Bİz namizədlərə ərizələri son tarixdən xeyli əvvəl təqdim etməyi tövsiyyə edirik.
Hər hansı bir sualınız olarsa, bizə müraciət etməkdən çəkinməyin.
|