Con Smit Xatirə Fondu sizi 2010-cu il üçün Con Smit Təqaüd proqramında iştirak etməyə dəvət edir. Ərizə qəbulu Con Smit Xatirə Fondu adından British Council tərəfindən həyata keçirilir.
Təqaüd Proqramına aşağıdakı ölkələr müraciət edə bilərlər: Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Ukrayna
Təqaüdün məqsədi Böyük Britaniyada keçiriləcək beş həftəlik proqramda yaxşı idarəçilik anlayışını möhkəmləndirmək və demokratik cəmiyyətdə çalışan təşkilatların işini göstərməkdir. İdeal namizədlər 25 – 40 yaşlı, siyasi sahədə, yerlı idarəetmədə, media və ya vətəndaş cəmiyyətində çalışan, demokratik dəyərləri və yaxşı idarəetməni inkişaf etdirməkdə marağı olan şəxslərdir.
İngilis dilində yaxşı yazı və danışıq vacibdir. Namizədlərdən son seçim prosesində IELTS imtahanı keçmələri tələb oluna bilər. Heç də bütün finalçılardan imtahanda iştirak etmək tələb olunmur. Belə ki, müsahibə komissiyası lazım bildiyi təqdirdə imtahan keçirmə hüququna malikdir. İmtahanın haqqı Con Smit Xatirə Fondu tərəfindən ödənilir.
Con Smit Təqaüd Proqramının başlıca məqsədləri aşağıdakılardır:
 |
 |
 |
Fikir mübadiləsi aparmaq, təlimlər keçirmək, demokratik təcrübə barədə məlumat vermək və dürüst idarəçiliyi təbliğ etmək məqsədilə vətəndaş cəmiyyəti və siyasət sahəsində gənc liderləri bir araya toplamaq |
 |
 |
 |
Yetkin demokratiyanın düzgün idarəçilik, qanunun aliliyi, insan haqları və sosial ədaləti dəstəkləyərək inkişaf etdirməsi, hakimiyyətdə demokratik istifadə və cavabdehliyi genişləndirməsi yolları barədə bilikləri dərinləşdirmək |
 |
 |
 |
İştirakçılar arasında həm ölkələri daxilində, həm də xaricində dialoq yaratmaq, gənc liderlərlə Birləşmiş Krallıqda bənzər sahələrdə fəaliyyət göstərən həmkarları arasında əlaqələr qurub dəstəkləmək. |
 |
 |
 |
Dürüst dövlət üçün çalışan gənclər arasında fəal şəbəkə yaratmaq |
Con Smit Təqaüd Proqramı aşağıdakı sahələri əhatə edir:
 |
 |
 |
Demokratiyada mötəbər idarəetmə |
 |
 |
 |
Vətəndaşlıq, qanun və hüquqlar |
 |
 |
 |
Vətəndaş cəmiyyəti və ictimai fikir |
 |
 |
 |
Hökumətdə, idarəetmədə, biznes və ictimai həyatda məsuliyyət |
 |
 |
 |
Beynəlxalq institutlar və əlaqələr |
Program 5 həftə, 2010-cu ilin İyun ayının 5-dən İyul ayının 9-a kimi davam edəcək və aşağıdakı qaydada təşkil etmişdir:
 |
 |
 |
Edinburqda – Şotlandiyada ilkin həftə |
 |
 |
 |
Demokratik hökumətdə siyasi proseslər barəsində iki həftəlik intensiv seminarlar. Seminarlar Şotlandiyada və Londonda keçirilir |
 |
 |
 |
İştirakçıların Böyük Britaniyada əldə etdikləri təcrübəni öz ölkələrinə qayıtdıqdan sonra necə tətbiq edə biləcəklərini göstərən “fərdi fəaliyyət planlarının” hazırlanması. Zəhmət olmasa http://www.johnsmithmemorialtrust.org/web/site/home/ActionPlans.asp veb səhifəsinə daxil olmaqla 2008-ci və 2009-cu illərin iştirakçılarının fəaliyyət planlarını nəzərdən keçirin. |
 |
 |
 |
Britaniyadan dəvət olunan qonaqlarla birgə hamının marağında olan məsələləri müzakirə etmək imkanı yaradan həftə sonu konfransı. Bu konfrans “Leadership Trust” tərəfindən maliyyələşdirilir, konfransın keçirildiyi məkan isə Ross-on-Wye, Herefordshire olacaq. |
 |
 |
 |
oQHT-lər, siyasət xadimləri, mərkəzi hökumət, yerli icra hakimiyyətləri yaxud mətbuat nümayəndələri də daxil olmaqla uyğun təşkilatlarla, və ya fərdi şəxslərlə hər bir iştirakçı üçün ayrıca uyğunlaşdırılmış təcrübə. Təcrübə üçün fərdi şəxslərin və təşkilatların tam siyahısını http://www.johnsmithmemorialtrust.org/web/site/Supporters/attachment_hosts.asp bilərsiniz. |
 |
 |
 |
Parlamentə və digər müəssisələrə səfərlər və toplanmış təcrübənin müzakirəsinə imkan verən Londonda keçiriləcək son həftə |
 |
 |
 |
oSonuncu həftədə iştirakçılar öz layihələrini Britaniya Ədliyyə Nazirliyinin, Con Smit Xatirə Fondunun və British Council-ın nümayəndələrinə təqdim edirlər. |
Təqaüdçülərin qayıtdıqdan sonra fərdi fəaliyyət planının hazırlamaları gözlənilir. 12 ay sonra proqram iştirakçıları Londonda konfransda bir araya yığılaraq fəaliyyətləri barədə məruzə edir və inkişaf müqayisə olunur – bunun təqaüdün bir hissəsi olduğunu nəzərə alaraq bütün təqaüdçülərin iştirakı vacib sayılır. Bütün bunlar 2011-ci ilin Təqaüd proqramı zamanı baş verəcək və 2010-cu ilin təqaüdçüləri 2011-ci ilin təqaüdçüləri ilə görüşəcək.
Şəbəkə
Təqaüdçünün evə döndükdən sonra yaratdığı əlaqələrin dəyəri, öyrəndiklərini həyata keçirməsi çox vacib məsələdir. Təqaüd bitdikdən sonra Con Smit təqaüdçüləri bütün dünyadan olan təqaüdçüləri bir araya toplayaraq birgə layihələrin və əməkdaşlıq forumunun həyata keçirilməsini təmin edən Məzunlar şəbəkəsinə qoşulurlar.
Seçim zamanı Con Smit Fondu öz ölkələrinin gələcək inkişafında iştirak etmək iqtidarında olan və buna səy göstərən gənc liderlərə üstünlük verir. Seçim aparılarkən siyasi liderlər, hökumətdə və ya yerli idarəçilikdə çalışan rəsmilər, jurnalistlər/media mütəxəssisləri, vətəndaş cəmiyyəti yaxud QHT-lərdə çalışan gənc liderlərdən ibarət iştirakçıların seçilməsinə üstünlük verilir. Seçimin digər şərtləri aşağıdakılardır:
 |
 |
 |
Bu proqram barədə təsəvvürün olması: Namizədlərin bu Proqramın nədən ibarət olması və iştirakçılardan nəyin gözlənilməsi barədə tam təsəvvürü olmalıdır. Biz, John Smith təqaüdü proqramı barədə məlumat əldə etməyi və John Smith Memorial Trust Facebook Group şəbəkəsinə daxil olmağı məsləhət görərdik |
 |
 |
 |
Yaş həddi: 25-40 yaş arası, bəzən müstəsna hal kimi bu yaş kateqoriyasından bir qədər kənara çıxılır |
 |
 |
 |
İngilis dili biliyi: IELTS səviyyəsində 6 və daha yüksək. Qeyd: Ərizə verərkən test nəticələrini təqdim etməyə ehtiyac yoxdur. IELTS testinindən keçmək bütün iştirakçılara şərh olunmur (Necə müraciət etməli? bölümünü oxuyun). |
 |
 |
 |
Təcrübə: Namizədlərin uyğun iş təcrübələri olmalıdır və bu proqrama müraciət edərkən işləməlidirlər. Qeyd: İşdən verilmiş bütün rəy məktubları yoxlanacaqdır |
 |
 |
 |
İxtisası: Namizədlər siyasət, mərkəzi hökumət, yerli hökumət, iqtisadi inkişaf, mətbuat, hüquq (xüsusən, insan haqları sahəsi) yaxud QHT sektorunda işləməlidirlər. |
 |
 |
 |
Hazırda, yaxud gələcəkdə liderlik bacarığına malik olmaq: Namizədlər öz karyeralarında uğur qazana bilmək üçün və cəmiyyətdə təsir göstərə bilmək üçün potensiala malik olmalıdırlar. |
 |
 |
 |
Siyasi/sosial inkişafda fəallıq: Namizədlər siyasətdə yaxud vətəndaş cəmiyyətində fəal iştirak etmələrini sübut etməlidirlər və əldə etdikləri uğurları göstərməlidirlər. |
 |
 |
 |
Aydın fikir formalaşması və həvəs: Namizədlərin öz ölkələrində idarəetmə sahəsində nələrin inkişafına ehtiyac olması barədə aydın fikir formalaşması olmalıdır. |
 |
 |
 |
Birləşmiş Krallıqda qazanacağı təcrübəni idarəetmə və demokratik inkişafı daha da yaxşılaşdırmaq üçün istifadə etmək istəyi: Onların idarəetməni daha da yaxşılaşdırmaq üçün qazanacaqları təcrübədən öz işlərində necə istifadə edəcəkləri barədə aydın təklifləri olmalıdır. |
 |
 |
 |
Komandada işləmək bacarığı: Müsabiqədə uğur qazanan namizədlər digər iştirakçılarla birgə işləyərək onların təcrübəsindən öyrənmək arzusu olan şəxslər olmalıdırlar. |
 |
 |
 |
Yaxşı təqdimat bacarığı: Namizədlər inamla danışa bilməli və öz ideyalarını aydın təqdim etməyi bacarmalıdırlar. |
 |
 |
 |
Kompüter biliyi: Ümumi kompüter savadı və elektron poçtdan istifadə bacarığı tələb olunur. |
Aşağıda bu proqrama uyğun namizədlərin sosial siyasi aktivliyini göstərə biləcək bir sıra punktlar göstərilmişdir:
 |
 |
 |
İnformasiyadan istifadə imkanını aktiv irəli çəkmək (insan haqları, hüquqi şərtlər, xidmət işi və ya hüquqlar barədə informasiya) |
 |
 |
 |
Media təşkilatlarının və ayrı-ayrı jurnalistlərin siyasi və sosial mövzuları aydın və qərəzsiz əhatə etmə bacarıqlarını artırmaq |
 |
 |
 |
Ədalətli və şəffaf seçki prosesinin inkişaf etdirilməsini genişləndirmək (siyasi partiya nümayəndələri, xüsusi ilə qadınların maraqlarının ifadə edənlər daxil olmaqla) |
 |
 |
 |
Siyasi partiyaların öz nümayəndələri və elektoratları ilə əlaqələrini genişləndirmələrini artırmaları |
 |
 |
 |
Parlament, assambleya şurası ilə hərtərəfli məsləhətləşmə aparmaq bacarığını möhkəmlətmək |
 |
 |
 |
İşdə və ictimai həyatın bütün sferalarında işə qəbulda bərabər imkanları irəli sürmək |
 |
 |
 |
Hüquq, iqtisadiyyat və ya maliyyə sektoru institutları arasında sərbəst bazar və azad ticarətin inkişaf etdirilməsi sahəsində məlumatlanmanı irəli çəkmək. |
 |
 |
 |
Yoxsul regionların iqtisadi inkişaflarının irəli sürülmə siyasətini formalaşdırmaq və ya buna köməklik göstərmək |
 |
 |
 |
Büdcə ilə bağlı hazırlamalara, statistik hesablamalara, vəsaitin bölüşdürülməsi ilə bağlı qaydalara öz töhfəsini vermək |
 |
 |
 |
xidmət sahələrini yaxşılaşdırmaqda hökumət rəhbərlərinə, siyasi nümayəndələrə və ya istehlakçı qruplarına dəstək olmaq |
 |
 |
 |
tarif strukturlara daha proqressiv və şəffaf olmaq üçün təsir göstərmək |
 |
 |
 |
ictimai sektorda islahatlara təsir etməklə effektliliyi artırmaq, işçilərdən daha yaxşı istifadə etmək və onları daha yaxşı qiymətləndirmək və ya ictimai və özəl sektorlarda əməkdaşlığı genişləndirmək |
 |
 |
 |
Beynəlxalq aləmdə tanınmış insan hüquq və normalarını əks etdirməklə qanunlara yenidən baxılması və ya mövcud qanunların təbliğ olunmasına təsir etmək |
 |
 |
 |
Polis orqanlarında və ya cəzaçəkmə müəssisələrində ictimai əsaslara, gender və gənclərə istiqamətlənən islahatları dəstəkləmək |
 |
 |
 |
Polis orqanlarında və hüquq sistemlərində olan korrupsiyaya qarşı təlimlər keçirilməsi və digər yollar |
 |
 |
 |
Hakimlər, magistrat üzvləri və hüquqşünasların təkmilləşdirilməsini və informasiya əldə etmə imkanlarını inkişaf etdirmək |
 |
 |
 |
Xüsusən də imkansız qrupların vəziyyətinə təsir göstərə biləcək məhkəmə işlərinin ədalətlə və qısa zamanda aparılması üçün rəsmi yaxud qeyri-rəsmi məhkəmə sistemlərinin bacarığını genişləndirmək |
 |
 |
 |
İctimai təhlükəsizlik və ətraf mühitlə əlaqəli islahatlara aktiv bağlı olmaq |
 |
 |
 |
Siyasi və idarəetmə institutlarının etnik, dini yaxud digər azlıqlarla bağlı məsələlərə münasibətlərinə təsir etmək |
 |
 |
 |
Hərbi orqanların effektliliyini, məsuliyyətliliyini, mülki əhaliyə olan münasibətini yaxşılaşdırmaq |
 |
 |
 |
Regionlar arasında və ya münaqişəli ərazilərdə sərhədlərin bərpa olunması və regionlar arasında əlaqələrin yaradılmasında əməkdaşlıq |
 |
 |
 |
Tədqiq etmək, vətəndaşlar ilə məsləhətləşmək və nəticələri hamıya elan etməklə korrupsiya halları ilə mübarizə yollarını müəyyən etmək |
 |
 |
 |
Siyasi, özəl və dövlət sektorunda institutlarda korrupsiya ilə mübarizə tədbirlərini təqdim etmək |
 |
 |
 |
Bütün dövlət orqanlarında şəffaflığı və məsuliyyəti irəli sürmək |
Sənədlərin qəbulu üçün son tarix 9 Noyabr 2009-cu ildir.
ƏRIZƏLƏR
Ərizə formasını aşağıda verilən linklərdən onlayn əldə edə bilərsiniz.
Ərizə forması
Ərizənin doldurulma qaydaları
Rəy forması
Ərizə formasına əlavə olaraq hər ərizəçi üçün 2 rəy - hazırkı iş yerinizdən və əlavə - tələb olunur. Əlavə rəy sizin əvvəlki iş yerinizdən, sizin bacarıq və təcrübəniz barədə məlumat verə biləcək iş yoldaşınız tərəfindən yazıla bilər. Zəhmət olmasa rəylərinizi göndərmək üçün 2010 JSFP Reference Form rəy formasından istifadə edin, çünki bu John Smith Memorial Trust tərəfindən qəbul olunan yeganə formadır.
İdealda rəylər ərizə forması ilə birgə göndərilməlidir. Lakin bu mümkün olmasa, iştirakçı seçildiyi halda ondan rəyləri təqdim etmək tələb olunacaq.
Universitet sənədləri
Ərizəçilər bütün universitet sənədlərinin (diplom və diploma əlavələr) orijinal və ya təsdiq olunmuş nüsxələrini təqdim etməlidirlər. Bütün sənədlər son qəbul tarixinə qədər təqdim olunmalıdır. Lakin bu mümkün olmasa, iştirakçı seçildiyi halda ondan sənədləri təqdim etmək tələb olunacaq.
IELTS
Müsahibədən keçmiş namizədlərin 2010-cu ilin yanvar ayının sonlarında IELTS ingilis dili imtahanı verməsi tələb oluna bilər. Adətən namizədlərin IELTS imtahanında minimum 6.0 bal toplaması lazımdır. IELTS imtahanı seçimin ən son mərhələsində tələb oluna bilər və yalnız a) müsahibəyə dəvət olunmuş namizədlər, yaxud da, b) müsahibə aparan heyət tərəfindən son siyahıya adı daxil olunan namizədlərə aiddir. Bütün namizədlərin bu testi verməsi tələb olunmasa da, müsahibə aparan heyət hər hansı namizədin test verməsini tələb edə bilər. İmtahanla bağlı xərclər Con Smit Xatirə Fondu tərəfindən ödənilir.
Nəzərə alın ki, IELTS testi John Smith Təqaüd Proqramı üçün seçim göstəricisi sayılmır.
IELTS testi üçün seçilmək John Smith Təqaüd Proqramında yer qazanmağa dəlalət etmir.
Həmçinin də, IELTS testindən azad olmada müsahibənin uğursuz olduğuna və yaxud da John Smith Təqaüd Proqramında yer qazanmağa dəlalət etmir.
Ərizə verməklə bağlı əlavə məlumatı British Council-ın Azərbaycandakı ofisindən əldə edə bilərsiniz
Landmark III
96 Nizami küçəsi
Tel +99412 4971593
Fax +99412 4989236
Email enquiries@britishcouncil.az
Seçimin son mərhələsi 2010-cu ilin fevral ayının ortalarında yekunlaşdırılacaqdır.
Con Smit Təqaüd Proqramı və Con Smit Xatirə Fondunun fəaliyyəti haqqında daha geniş məlumatı www.johnsmithmemorialtrust.org saytından əldə edə biləsiniz.
|