FİA Fondu təhlükəsizlik və insanların sağlamlığı, insan həyatının qorunması və ətraf mühitin mühafizəsini təlqin etmək məqsədilə Böyük Britaniyada qeydiyyatdan keçmiş xeyriyyə cəmiyyətidir. Fondun əsas işi yol təhlükəsizliyini yaxşılaşdırmaq – sürücüləri, sərnişinləri, piyadaları və digər yol istifadəçilərini qorumaq yönümündədir.
FIA Fondu 2007-ci il Con Smit Təqaüd Proqramının bir hissəsi kimi Azərbaycandan bir nəfər namizədin təqaüdünə sponsorluq edir. Proqramda yol təhlükəsizliyi yönümündə qanunlar işləyib hazırlamağa və həyata keçirməyə və Azərbaycanda yaxşı idarəetməni təbliğ etməyə marağı olanlar iştirak edə bilərlər.
Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə 2020-ci ilə qədər bütün dünyada hər il 2.4 milyon nəfərədək adam yol nəqliyyat hadisələrində həlak olacaq; bu ölüm hadisələrinin 10-dan 9-u inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrin payına düşür ki, bu da həmin ölkələrdə ölümün sayına görə nəqliyyat hadisələrini 2-ci dəhşətli “epidemiyaya” çevirir.
Azərbaycan Respublikası BMT-in Avropa İqtisadi Kommissiyasının üzvüdür və həmin Komissiyanın yol təhlükəsizlik konvensiyalarına əsasən nəqliyyat qanunlarının həyata keçirilməsini yaxşılaşdırmaq və gücləndirmək öhdəliyini götürmüşdür. Azərbaycan qlobal yol təhlükəsizliyinin təcili yaxşılaşdırılmasına çağıran 2005-ci il BMT qətnaməsinin sponsorlarlndan biri olmuşdur. 2004-cü ildə Azərbaycan Respublikasında yol nəqliyyat hadisələri nəticəsində 718 nəfər həlak olub və çoxlu sayda xəsarət alan olmuşdur. Nəqliyyat hadisələri nəticəsində həlak olanların sayı əvvəlki illə müqayisədə 11.8% artmışdır. Halbuki Qərbi Avropada və MDB-də ölüm halları azalmışdır. Azərbaycan hökuməti yol hadisələri nəticəsində yaranan sosial və iqtisadi tələfatı azaltmaq üçün fəal olaraq ən effektiv yolları axtarır.
Yol təhlükəsizliyi və yaxşı idarəetmə bir-biri ilə sıx bağlıdır. Xırda korrupsiyadan azad olmaq şərtilə yol nəqliyyat qaydalarının həyata keçirilməsi yol nəqliyyat hadisələri nəticəsində ölüm və xəsarət hallarını azaltmaq üçün effektiv strategiyaların əsas hissəsini təşkil edir. Bu, uyğun qanunlar və xüsusilə də polis tərəfindən qanunun effektiv həyata keçirilməsini tələb edir. Əgər insanlar qanunverici orqanlara inam və etibarla yanaşarlarsa onların təhlükəsizlik üçün nəqliyyat qaydalarının yaradılmasını qəbul etmələrinə (bəzən insanlar buna şəxsi azadlığın məhdudlaşdırılması kimi yanaşırlar) və qanuni polis müdaxiləsinə daha tolerant yanaşmalarına ümid artır.
Birləşmiş Krallıq dünyada yol təhlükəsizlik hesabatlarına görə ən yaxşı nəticəyə və yerli qanunverici orqanlara, polis, tədqiqat laboratoriyaları və yol təhlükəsizlik təşkilatları sahəsində böyük səriştəyə malikdir. Müvəffəqiyyət qazanan namizədin bu təqaüd proqramı çərçivəsində səfərlər etməsi və yuxarıda sadalanan tərəflərlə birgə işləyərək bu təcrübədən öyrənməsi nəzərdə tutulur. FİA Fondu bu təlimlərdən sonra iştirakçını dünyada yol təhlükəsizliyi üzrə mütəxəssislərin geniş şəbəkəsinə tanıtmaq vasitəsilə bu işi daha da genişləndirmək niyyətindədir. İştirakçının bu təlimlərdən sonra geri qayıtdıqda öyrəndiklərini həyata keçirməsində şəbəkələşmənin rolu böyükdür.
Seçim prosesi Con Smit Xatirə Fondu və British Council tərəfindən 2007-ci il Con Smit Təqaüd Proqramına seçimin bir hissəsi kimi aparılacaqdır. Namizədlərin Con Smit Təqaüdünün ümumi şərtlərinə uyğun olması tələb olunur. Bu şərtlər aşağıdakılardır:
- 25 – 35 yaş arası;
- İELTS 6, yaxud daha yüksək səviyyədə ingilis dili biliyi;
- Siyasət, hökumət və ya yerli idarəçilikdə, QHT sektorunda, hüquq, jurnalistika, yaxud vətəndaş cəmiyyətinin digər sahələrində və siyasi idarəetmədə çalışmaq;
- Namizədlərin öz karyeralarında uğur qazana bilmək üçün imkanları olmalı və yaxşı idarəetmə və demokratik reformlar yönümündə işlərini davam etdirmək üçün Azərbaycanda qalmaq arzuları olmalıdır
- İctimai çıxışlarda özünə əmin olmalı və ünsiyyət yaratmağa həvəsli olmalı;
- Ümumi kompyuter savadı – xüsusən də elektron poçtdan istifadə bacarığı tələb olunur.
Bunlardan əlavə, FİA Fondu/Con Smit Təqaüd Proqramında uğur qazanmaq üçün aşağıdakı bilik və bacarıqlar da tələb olunur:
Təbliğ etmə bacarığıYaxşı təbliğ etmə bacarığı, ictimaiyyət və siyasət xadimləri ilə ünsiyyət qurmaq bacarığı bu Təqaüd Proqramı üçün vacibdir. Lazımi nəticələri əldə edə bilmək arzusu mühümdür. Proqram iştirakçılarının bu bacarıqlarla bağlı hər hansı ixtisaslaşmış təlim keçmələri nəzərdə tutulur.
Hüquqi islahatlar və yaxşı idarəetmə sahəsində maraq və yaxud təcrübənin olmasıHüquq sahəsində təhsilin və ya hüquqi reformların, yaxud yaxşı idarəetmənin təbliği sahəsində iş təcrübəsinin olması da vacibdir.
Yol təhlükəsizliyi məsələləri yönümündə təcrübə və marağın olması Bu proqramda qalib gəlmək üçün mütləq nəqliyyat və yaxud yol təhlükəsizliyi üzrə mütəxəssis olmaq vacib deyil. Lakin yol təhlükəsizliyinin təbliğində maraq nümayiş etdirmək, bu sahədə qayda-qanunların qərəzsiz həyata keçirilməsinin vacibliyini başa düşmək, qanunların reformunda nəyə ehtiyacın olması barədə təsəvvürün olması və bu sahədə müsbət dəyişikliklər etmək üçün aydın motivasiyanın olması vacibdir.
Müxtəlif tərəflərlə - hökumət, polis, yol istifadəçiləri və QHT-lərlə işləyə bilmək bacarığı Namizədlər müxtəlif tərəflərlə və qruplarla işləyərək yol təhlükəsizliyinə nail olmaq üçün yaxşı idarəetməni və qanunun aliliyini təbliğ edən proqram işləyib hazırlaya bilməlidirlər. Siyasətçilər, hökumət orqanları, polis, icma qrupları, təhsil orqanları və QHT-lərlə iş təcrübəsinin olması da əhəmiyyətlidir.
Bu sahədə işi davam etdirməyi öhdəsinə götürmək Proqramda qalib gələcək namizədin proqram sona çatdıqdan sonra Azərbaycana qayıtdıqda bu sahədə işini davam etdirmək arzusu olmalıdır və bu yeni təqaüd proqramının vacibliyini və verdiyi nəticələri qiymətləndirə bilmək üçün Con Smit Təqaüd Proqramının direktoru ilə əlaqə saxlamalıdır.
Bu il üçün Con Smit/FIA Fondu Təqaüd Proqramına ərizə qəbulu artıq başa çatmışdır.
Azərbaycan üzrə 2007-ci il Con Smit/FIA Fondu Təqaüd Proqramının qalibi:
Fariz İsmayılzadə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində Diplomatik Akademiyanın Təlim Proqramları üzrə Direktoru; Amerika Məzunlar Birliyinin Sədri
Əgər bir sualınız varsa, xahiş edirik, bizə müraciət etməkdən çəkinməyin.
|