Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
TƏQAÜD İMKANI
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi

Dünyanın social elmlər üzrə aparıcı institutu olan London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi 2008-ci ildə başlayacaq 11 yeni təhsil proqramını açıq elan edir. Bura Menecment üzrə ikiillik Magistr proqramı, Maliyyə üzrə birillik Magistr proqramı və Kolumbiya Universiteti ilə birgə həyata keçirilən Beynəlxalq və Dünya Tarixi üzrə ikiqat dərəcə proqramı daxildir. Bu proqramlar və Məktəbin 140 müxtəlif təhsil proqramı haqqında bütün detalları, habelə sənədlərin qəbul qaydası haqqında məlumatı London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin səhifəsindən əldə edə bilərsiniz.

Məktəb Azərbaycandan olan tələblərə geniş təqaüdlər paketi təklif edir. Bura aşağıdakılar daxildir:

  • Maykl Pikok Xeyriyyə Fondunun stipendiyaları – dəyəri təxminən £15,000. Sənədlərin qəbulu üçün son tarix: 2 May 2008-ci il.
  • London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi-nin doktorluq stipendiyaları – dəyəri £13,000 üstəgəl təhsil haqları. Sənədlərin qəbulu üçün son tarix: 8 Fevral 2008-ci il.
  • Doyçe Bank tərəfindən dəstəklənən Lord Darendorf stipendiyaları – dəyəri £17,352, Menecment və Risklərin Tənzimlənməsi ixtisası üzrə Magistr proqramında, Maliyyə və İqtisadiyyat üzrə Magistr proqramı, yaxud da Maliyyə üzrə Magistr proqramında oxuyan tələbələr üçün. Sənədlərin qəbulu üçün son tarix - 23 May 2008-ci il.

Məktəbin geniş maliyyə dəstəyi, tələblər və sənəd qəbulu ilə bağlı məsləhətlər Məktəbin Maliyyə Dəstəyi səhifəsində detallı şəkildə qeyd olunmuşdur.

Məktəbin ilə bağlı daha ətraflı məlumat üçün London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi səhifəsinə daxil olun və ya stu.rec@lse.ac.uk ünvanına yazın. Bu zaman məktubun başlıq hissəsində “BCAZAD” yazın.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud