Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Dr Laurie Bristow and 2005 Chevening scholar Gulara Guliyeva, image © British Council (Azerbaijan)
Experience UK
Görün sizin kimi insanların arzularını reallaşdırıb Britaniyada təhsil almaları və peşə fəaliyyətində irəli getmələrinə necə kömək etmişik.
DAHA ƏTRAFLI
BRİTANİYADA TƏHSİL ALIN
ÇİVNİNQ TƏQAÜDLƏRİ
CON SMİT TƏQAÜDÜ
İngilis dilini Britaniyada öyrənin
İqtisadiyyat Məktəbində Təqaüdlər
TEZ-TEZ SORUŞULAN SUALLAR
Sualınız var? Ətraflı məlumat üçün bizim Çivninq FAQ bölməsini nəzərdən keçirin.

ÇİVNİNQ VEB-SAYTI
TƏQAÜDÇÜLƏR ŞƏBƏKƏSİNƏ QOŞULUN
Britaniya Çivninq təqaüdçüsüsünüz? Xəbəriniz varmı ki, xüsusi olaraq sizin üçün hazırlanmış, ancaq üzvlərin daxil ola bildiyi sayta girişinizin var?

FCO ÇİVNİNQ TƏQAÜDLƏRİ
Magistr dərəcəsi üçün təhsilinizi maliyyələşdirəcək mükafat

Artıq seçdiyiniz peşədə kifayət qədər təcrübəyə maliksiniz? Təhsilinizi Britaniyada davam etdirmək üçün maliyyə köməyi istərdiniz? Elə isə Britaniya Çivninq Təqaüdü sizə uyğun gələr.

ÇİVNİNQ TƏQAÜDÜ NƏDİR?

Britaniya Çivninq Təqaüdləri xarici tələbəlrə Birləşmiş Krallıqda təhsil alma imkanı vermək üçün təsis olunmuş mötəbər mükafatlardır. Bu təqaüdlər Britaniya Xarici və Krallıq işləri İdarəsi (FCO) tərəfindən maliyyələşdirilir. Onlar, Azərbaycan daxil olmaqla, 150-dən çox ölkədə təqdim olunur və bütün dünyada gələcək liderlər, idarəçi və mütəxəssilərə Birləşmiş Krallıqla yaxından tanış olmaq və ölkələrinə fayda verə biləcək peşə səviyyəsinə yiyələnmək imkanı verir.

Təqaüdlərin əksəriyyətində bir illik Magistr kursu və ya ona ekvivalent bir kurs nəzərdə tutulur. 3 aydan 6 aya qədər davam edən qısa məzuniyyət kursları üçün də maliyyə yardımı verilə bilər. Azərbaycanda 1993-cü ildən bəri Britaniya Çivninq Təqaüdləri proqramı çərçivəsində Birləşmiş Krallıqda 50-dən artıq təqaüdçü təhsil alıb. Hazırki tədris ilində Azərbaycandan daha üç nəfər təqaüdçü Birləşmiş Krallıqda təhsil alır.

SİZ MÜRACİƏT EDƏ BİLƏRSİNİZMİ?

Çivninq təqaüd proqramına ali təhsilli (bakalavr), ən azı 3 il öz sahəsində iş təcrübəsi olan, uzun müddət ərzində Azərbaycandan və ya keçmiş Sovet İttifaqından kənarda təhsil almayan/yaşamayan və yaxşı ingilis dili biliyi olan şəxslər müraciət edə bilərlər. Aşağıda göstərilən sahələrdə tələbələrlə xüsusi olaraq maraqlanırıq:

Beynəlxalq əlaqələr
İnsan haqları
Beynəlxalq təhlükəsizlik
Beynəlxalq hüquq
İqtisadiyyat
Ətraf mühit və iqlim mühafizəsi
Münaqişələrin həlli
İdarəçilik elmləri
Dövlət idarəetməsi
QHT idarəetməsi

NECƏ MÜRACİƏT ETMƏLİ?

2010-2011-ci tədris ili üçün ərizə formalarını buradan yükləyə bilərsiniz. Müraciət etmək üçün son tarix 26 noyabr 2009-cı il, saat 17:00-a qədərdir. Öyrənəcəyiniz kurs peşəkar fəaliyyətinizin təşkilini inkişaf etdirməklə bilavasitə bağlı olmalıdır. Öz ərizənizdə təklifinizin, seçiləcəyiniz təqdirdə, Azərbaycana qayıtdıqdan sonra karyeranızın inkişafına necə kömək edəcəyini, gələcək planlarınızı və liderlik potensialınızı əks etdirməlisiniz.

Əgər ərizəniz yüksək səviyyədə yazılıbsa və yaxşı düşünülmüş təklif irəli sürürsə, müsahibə olunacaqsınız və əgər müvəffəq olsanız, İngilis Dilindən Qiymətləndirmə Testinə dəvət olunacaqsınız. Seçmə komitəsi sizin Çivninq proqramına namizəd kimi qəbul olunub olunmamanız barədə son qərarı verir. Peşəsində artıq öz yerini tutmuş namizədlərə üstünlük verilir.

Daha geniş məlumatı Çivninq veb-saytında tapa bilərsiniz. Əgər bir sualınız varsa, xahiş edirik, bizə müraciət etməkdən çəkinməyin.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud