Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Azerbaijan woman sprint Champion - Setina Alyona, image © Dena Barmas / British Council (Azerbaijan)
Experience UK
Görün sizin kimi insanların arzularını reallaşdırıb Britaniyada təhsil almaları və peşə fəaliyyətində irəli getmələrinə necə kömək etmişik.
DAHA ƏTRAFLI
BRİTANİYADA TƏHSİL ALIN
ÇİVNİNQ TƏQAÜDLƏRİ
CON SMİT TƏQAÜDÜ
İngilis dilini Britaniyada öyrənin
İqtisadiyyat Məktəbində Təqaüdlər
İDMAN İDARƏÇİLİYİ ÜZRƏ ÇİVNİNQ TƏQAÜDÜ
Magistr dərəcəsi üçün təhsilinizi maliyyələşdirəcək mükafat

Artıq seçdiyiniz peşədə kifayət qədər təcrübəyə maliksiniz? Təhsilinizi Britaniyada davam etdirmək üçün maliyyə köməyi istərdiniz? Elə isə Britaniya Çivninq Təqaüdü sizə uyğun gələr.

İDMAN İDARƏÇİLİTYİ ÜZRƏ ÇİVNİNQ TƏQAÜDÜ NƏDİR?

Britaniya Çivninq Təqaüdləri xarici tələbəlrə Birləşmiş Krallıqda təhsil alma imkanı vermək üçün təsis olunmuş mötəbər mükafatlardır. Bu təqaüdlər Britaniya Xarici və Krallıq işləri İdarəsi (FCO) tərəfindən maliyyələşdirilir. Onlar, Azərbaycan daxil olmaqla, 150-dən çox ölkədə təqdim olunur və bütün dünyada gələcək liderlər, idarəçi və mütəxəssilərə Birləşmiş Krallıqla yaxından tanış olmaq və ölkələrinə fayda verə biləcək peşə səviyyəsinə yiyələnmək imkanı verir.

İdman İdarəçiliyi üzrə Çivninq Təqaüdü ilk dəfə olaraq “Beynəlxalq İdman Həyəcanı” proqramı çərçivəsində təqdim olunur. “Beynəlxalq İdman Həyəcanı” proqramı London Olimpiya Oyunları Təşkilat Komitəsi (LOCOG) tərəfindən Beynəlxalq Olimpiya Komitəsinin Sinqapur sessiyasında verilmiş vədi – “dünya gəncləri bir araya gətirib Olimpiya Oyunlarının stimullaşdırıcı gücü vasitəsilə onları birləşdirərək idmanla məşğul olmağa ruhlandırmaq” vədini yerinə yetirmək üçün tərtib edilmiş yeni proqramdır. Proqram dünyanın müxtəlif, xüsusən də inkişaf etməkdə olan ölkələrində yaşayan aztəminatlı ailələrdən olan milyonlarla uşaq və gənclərin həyatını idmanın gücü vasitəsilə inkişaf etdirmək məqsədi daşıyır.

SİZ MÜRACİƏT EDƏ BİLƏRSİNİZMİ?

Çivninq təqaüd proqramına ali təhsilli (bakalavr), ən azı 3 il öz sahəsində iş təcrübəsi olan, uzun müddət ərzində Azərbaycandan və ya keçmiş Sovet İttifaqından kənarda təhsil almayan/yaşamayan və yaxşı ingilis dili biliyi olan şəxslər müraciət edə bilərlər.

NECƏ MÜRACİƏT ETMƏLİ?

2009-2010-ci tədris ili üçün ərizə formalarını buradan yükləyə bilərsiniz. Müraciət etmək üçün son tarix 16 mart 2009-cı il, saat 17:00-a qədərdir. Doldurulmuş ərizə tələb olunan bütün sənədlərlə birgə British Council ofisinə təqdim edilməlidir:

Daha geniş məlumatı Çivninq veb-saytında tapa bilərsiniz. Əgər bir sualınız varsa, xahiş edirik, bizə müraciət etməkdən çəkinməyin.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud