"Çivninq" (Chevening) sözü Birləşmiş Krallıqda mötəbər təqaüd anlayışının sinonimidir Britaniya Çivninq Təqaüdü proqramı 1983-cu ildə təsisi olunmuş, sonra Xarici və Krallıq İşləri İdarəsinin Təqaüd və Mükafatlar Proqramı (Foreign and Commonwealth Office Scholarships and Awards Scheme - FCOSAS) adı altında tınınmışdır. Proqramın adı 1994-cü ildə Daqlas Hörd, o vaxtkı Xarici və Krallıq İdarəsi işləri üzrə Dövlət Katibinin şəxsi göstərişi ilə dəyişdirilmişdir. O, təqaüdün adını Xarici İşlər nazirinin Kentdə rəsmi yay evi olan Çivninq Hausun adına dəyişməyi qərara almışdır. Çivninq Haus 1615-1630-cu illərdə tikilmişdir, gözəl kitabxana, dəyərli rəsm əsərləri, mebel və qobelenlər kolleksiyasına malikdir. Bütün bunlar Evin əvvəlki sahibləri, Stənhoup ailəsi tərəfindən xalqa hədiyyə olunmuşdur. |