|
“skills@work” (skilz-ət-vörk) bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on doqquz ölkəni əhatə edən bir layihədir. “skills@work” layihəsi “İş üçün bacarıqlar” proqramının bir hissəsidir. Layihənin faydaları:
- İqtisadi artımı və qlobal rəqabətə davamlı Avropanı dəstəkləyən peşə bacarıqlarının inkişaf etdirilməsi
- Məşğulluq probleminin həllində Cənub-Şərqi Avropa dövlətlərinin hökumətlərinə yardım etmək üçün peşəkar şəbəkələr və uzunmüddətli əlaqələr
- Birləşmiş Krallığı Cənub-Şərqi Avropa dövlətlərində sahibkarlıq, innovasiya və məşğulluq sahəsində dəstək verən tərəfdaş kimi təqdim etmək
- British Council-ın Avropaya baxışı – “gələcək nəsil Avropasını qurmaq üçün birgə səy göstərək” görüşünü dəstəkləmək
- Peşə bacarıqlarının inkişafına işəgötürənləri cəlb edərək sənayenin ehtiyacları ilə təhsil və təlimin vəziyyətinin uyğulaşdırılmaqla uzunmüddətli sistem çətinliklərini aradan qaldırmaq
- Peşə bacarıqları haqqında daha yüksək və müsbət təssəvvür yaratmaq
- Gənclərin məşğulluqla bağlı qlobal bazara müvafiq, ümumi bacarıqlara yiyələnməsi
- Sahibkarlıq və innovasiya mədəniyyətinə töhfə vermək
- Sistem islahatları ilə bağlı Avropanın məqsədlərini dəstəkləmək və inkişaf etdirmək
- Strateji qərarlar verən insanları, işəgötürənləri və sənaye liderlərini bir araya gətirmək üçün şərait yaratmaqla
- Kurrikulum və keyfiyyətə zəmanətin inkişaf etdirilməsi, müsbət təcrübə və yeniliklərin mübadiləsi sahələrində birgə işləmək üçün Britaniya və Cənub-Şərqi Avropa kollecləri arasında əməkdaşlıq əlaqələri qurmaqla
- Gəncləri öz bacarıqlarından işgüzar və innovativ formada istifadə etməyə həvəsləndirməklə, son nəticədə onların işə düzəlmək imkanlarını və sahibkarlıq qabillyyətlərini artıracaq Skills@Work Challenge müsabiqələri keçirməklə
Layihə barədə daha geniş məlumat almaq və Azərbaycandakı ən son yenilikləri öyrənmək üçün Könül Əhmədova ilə əlaqə saxlayın.
|