Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Three students at the Skills@Work Challenge, image © Dena Barmas
SKILLS@WORK
SKILLS@WORK YARIŞI
BEYNƏLXALQ SKILLS@WORK YARIŞI
Skills@work VİDEO-FİLMİNƏ BAXIN

Əmək bazarının ehtiyacları və peşə təhsili sistemi vasitəsi ilə əldə edilən bacarıqlar arasında boşluğu aradan qaldırmağın əhəmiyyətini barədə məlumat alın. Bu vacib mövzu varədə nə düşündüyünüzü bizə bildirin və ya birbaşa YouTube-da video-film barədə rəyinizi bildirin.



Bizim tərəfdaş
Junior Achievement Azerbaijan

Tədbirin tərəfdaşı
Microsoft

SKILLS@WORK YARIŞI
Gələcək nəsil Avropasını qurmaq üçün birgə səy göstərək

British Council öz tərəfdaşı Junior Achievement (JA) Azərbaycan təşkilatı ilə birlikdə Skills@Work Challenge yarışının milli finalını 27 yanvar 2009-cu il, Grand Hotel Europe mehmanxanasında keçirdi.

Tədbir saat 10.00-da, Bakı zalında başladı və irəli sürülmüş biznes probleminə ən yaxşı həlli təklif etmək üçün bir-biri ilə yarışacaq 100 şagirdlə təmsil olunan 11 peşə-texniki məktəbini bir araya gətirdi.

Skills@Work (skilz-ət-vörk – İş üçün bacarıqlar) bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on səkkiz ölkəni əhatə edən bir layihədir. British Council və JA Young Enterprise tərəfindən birgə təşəbbüs kimi həyata keçirilən Skills@Work Challenge gəncləri öz bacarıqlarından işgüzar və innovativ formada istifadə etməyə həvəsləndirməklə, son nəticədə onların işə düzəlmək imkanlarını və sahibkarlıq qabiliyyətlərini artıracaq milli və beynəlxalq yarışdır. Builki yarış eyni zamanda Cənub-Şərqi Avropanın doqquz ölkəsi və Britaniyada keçirildi.

Azərbaycanda yarış 2008-ci ilini oktyabrından başlanmış, seçimlərdə Bakı, Sumqayıt, Gəncə, Quba, Mingəçevir və Lənkərandan olan 300-dən çox şagirdin sahibkarlıq və komandada işləmə bacarıqları sınaqdan keçirilmişdir. 27 yanvar keçiriən Finala yüksəlmiş 20 komanda burada biznes ideyalarını işləyib hazırladı və öz həllərini münsiflərə təqdim etdi. Biznes nümayəndələrindən ibarət münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, yeniliyi və komandanın təqdimat bacarığına əsaslanaraq qiymətləndirdi. British Council Azərbaycanda Skills@Work Challenge yarışının keçirilməsinə sponsor yardımı etdiyinə görə Microsoft şirkətinə minnətdarlığını bildirir.

Ən çox xal toplamış altı komanda böyük finalda "Oturaq işin insan orqanizminə mənfi təsirini azaltmaq üçün hansı məhsulu ixtira edərdiniz?" mövzusunda öz ideyalarını təqdim etdilər və münsiflər heyəti qalib komandaları seçdi:

  1. Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 'JAZZeri' komandası
  2. Quba Peşə Liseyi, ‘Citizen’ komandası
  3. Azərbaycan Dövlət Dəmir Yolu Liseyi, ‘SOONG’ komandası

Birinci yerin sahibləri - Mehran İsmayılzadə, Səttar Orucov, Cavid Orucov , Nicat Abdullayev və Arzuman Allahverdiyev 12 mart 2009-cu ildə Bolqarıstan, Sofiyada keçiriləcək regional Skills@Work Challenge yarışında iştirak etmək imkanı əldə etdi.



“skills@work” layihəsi “İş üçün bacarıqlar” proqramının bir hissəsidir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud