Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Third prize winners at the International Skills@Work Challenge, image © British Council
SKILLS@WORK
SKILLS@WORK YARIŞI
BEYNƏLXALQ SKILLS@WORK YARIŞI
BEYNƏLXALQ YARIŞDAN FOTO-ŞƏKİLLƏR

Regional Skills@Work Challenge yarışında çəkilmiş fotoşəkilləri nəzərdən keçirin, Birləşmiş Krallıq və digər doqquz ölkədən olan peşə məktəbi şagirdlərinin həyəcanına şahid olun.



Tədbirin sponsoru
Microsoft

BEYNƏLXALQ SKILLS@WORK YARIŞI
Gələcək nəsil Avropasını qurmaq üçün birgə səy göstərək

10 müxtəlif ölkədən 56 şagird 11-13 mart 2009-cu il tarixləri Sofiya, Bolqarıstanda Skills@Work Challenge yarışının beynəlxalq finalında bir araya gəldi.

Azərbaycanda Skills@Work Challenge yarışının milli finalı Microsoft şirkətinin sponsorluğu ilə 27 yanvar 2009-cu il keçirildi. Birinci yerin sahibləri - Mehran İsmayılzadə, Səttar Orucov, Cavid Orucov, Nicat Abdullayev və Arzuman Allahverdiyev 12 mart 2009-cu ildə Bolqarıstan, Sofiyada keçiriləcək regional Skills@Work Challenge yarışında iştirak etmək imkanı əldə etdi.

Azərbaycan, Bolqarıstan, Ermənistan, Gürcüstan, İsrail, Makedoniya, Rumıniya, Serbiya, Türkiyə və Birləşmiş Krallıqda keçirilmiş milli yarışlarda 1500-dən çox şagird iştirak etmişdir. Bu yarışların qalibləri beynəlxalq finalda iştirak etmək üçün Sofiyaya səfər etdilər. Lakin Sofiyada hər şey dəyişdi, şagirdlər müxtəlif ölkələrin təmsilçilərindən inarət yeni beynəlmiləl komandalar təşkil etdilər.

Tədbirin sponsoru Microsoft ilk Skills@Work beynəlxalq yarışının mövzusu kimi e-Höküməti – elektron hökuməti seçmişdi. Ortaya qoyulmuş problemə cavab olaraq biznes-layihələr hazırlayan gənclər vətəndaş cəmiyyəti və effektiv bir hökumətin elektron vasitələrlə öz vətəndaşlarına göstərə biləcəyi xidmətlər barədə öz görüşlərini nümayiş etdirdilər.

QALİBLƏRİ SALAMLAYAQ
Şagirdlər beş saat ərzində işlədilər. Münsiflər heyəti innovativ, effektiv və həyata keçirilə bilən həllərə daha yüksək qiymət verdi. Bundan əlavə, münsiflər Power Point prezentasiyası formasında mümkün olduğu qədər inandırıcı şəkildə təqdim ediləcək biznes strategiyalarının hazırlanmasını tələb etməklə komandaları daha çox sınağa çəkdilər. Gənc təqdimatçıların öz fikirlərini çatdırmaq üçün nümayiş etdirdikləri bacarıqlar bütün tamaşaçıları heyran qoydu. Dörd komanda öz gözəl ideya və təqdimatlarına görə münsiflər heyətinin mükafatlarını qazandı.

Xüsusi mükafat qrupda ən yaxşı ünsiyyət, birgə işləmə bacarığı nümyiş etdirdiyinə görə Səttar Orucovun 11 nömrəli komandasına verildi. Onlar gün boyu təhlükəsizliyi təmin edərək spirtli içkilərin istifadəsi nəticəsində meydana gələn yol qəzaları və digər xoşagəlməz hadisələri azaltmaq məqsədi daşıyan yol və gecə klublarına elektron nəzarət sistemi təqdim etdilər. Bu komandada Azərbaycan, İsrail, Rumıniya və Britaniyadan olan şagirdlər bir araya gəlmişdi.

Sponsor AstraZeneca tərəfindən təqdim edilmiş üçüncü mükafat Arzuman Allahverdiyevin iştirak etdiyi Komanda 12-yə, vətəndaşıarın səsvermə, vergi ödəməsi, bank işləri və digər maliyyə əməliyyarları zamanı istifadə etmələri üçün şəxsi məlumatlara çıxışı təmin edən xüsusi cihazların dövriyyəyə buraxılması təklifinə görə verildi. Bu cihaz barmaq izlərinin tanınması texnologiyası və istifadəçilərin vizual identifikasiyası vasitəsi ilə qorunacaqdı. Komandanın digər üç gənc ixtiraçısı İsrail, Makedoniya və Britaniyadan idi.

Tədbirin əsas sponsoru Microsoft tərəfindən təqdim edilmiş ikinci mükafat Microsoft məmulatlarına pulsuz yükləmə üçün əlavə ediləcək, eyni zamanda qeydiyyatdan keçmiş istifadəçilərə gəlir gətirəcək elektron sənəd köçürmə proqramını təqdim etmiş komandaya verildi. İstifadəçi kimi qeydiyyatdan keçmə zamanı şəxsi məlumatlar və istifadə qaydaları və şərtləri ilə razılaşması nəzərdə tutulmuşdur.

Nəhayət, Skills@Work Challenge yarışının beynəlxalq finalında birinci mükafatı – işgüzar bacarıqları daha da inkişaf etdirmək üçün Birləşmiş Krallığa British Council tərəfindən təşkil olunmuş səfəri Bolqarıstan, İsrail, Rumıniya, Serbiya və Britaniyadan olan gənclərdən ibarət 2 nömrəli komanda qazandı. Onlar internet və mobil rabitə şəbəkələri daxilində səsverməni təmin edən, səsvermədə fəal iştirak etmək istəyən xüsusi ehtiyacları və ya hərəkət məhdudiyyəti olan insanları, ictimai vəzifəli şəxsləri, azyaşlı uşaqları olan valideynləri nəzərə alan səsvermə sistemi təqdim etdilər. Komandanın dediyinə görə bu sistem hökumətlərə seçki siyahılarından asan istifadə imkanı verəcək, birbaşa xərclərə qənaət edəcək və nəqliyyat, kağızın işlənməsini azaltmaqla ətraf mühitlə uyğunluq baxımından mövcud səsvermə sistemindən daha əlverişli olacaq, həmçinin seçicilərin sayını artıracaq və nəticələri müşahidə etmək üçün daha şəffaf sistem olacaq.



“skills@work” layihəsi “İş üçün bacarıqlar” proqramının bir hissəsidir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud