Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Skills@work Challenge 2010
skills@work challenge 2009
BEYNƏLXALQ SKILLS@WORK YARIŞI
2010 SKILLS@WORK YARIŞI
Gələcək nəsil Avropasını qurmaq üçün birgə səy göstərək

27-28 yanvar 2010-cu il tarixlərində British Council öz tərəfdaşı Junior Achievement Azərbaycan təşkilatı ilə birlikdə Skills@Work Challenge yarışının milli finalını keçirmişdir. Tədbirin əsas partnyoru Azercell Telekom MMC və digər partnyoru Microsoft şikətidir.

Bu tədbirdə 7 texniki-peşə məktəbindən 100 şagirddən ibarət 20 komanda bir araya gətirilmişdir. Iki gün keçirilən yarışmada komanda oyunlarda iştirak edən şagirdlər qruplara bölünərək qarşıya qoyulan məsələyə dair biznes planları üzərində işləyərək öz layihələrini təqdim etmişlər. Biznes nümayəndələrindən ibarət münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, yeniliyi və komandanın təqdimat bacarığına əsaslanaraq qiymətləndirdi. Ən çox xal toplamış altı komanda böyük finalda “Mobil texnologiyadan istifadə edərək (kompüter, əl telefonu və s.), müasir təhsil sistemi üçün yeni əmtəə və  ya xdmət təklif edin” mövzusunda öz ideyalarını təqdim etdilər və münsiflər heyəti qalib komandaları seçdi. Bülbül adına Orta İxtisas Musiqi məktəbi-nin “Pozitron” komandası qalib hesab edilmişdir. Birinci yerin sahibləri 21-25 aprel 2010-cu il tarixində Belqradda (Serbiya) keçiriləcək regional “Skills@Work Challenge” yarışında iştirak edəcəkdir.

British Council Azərbaycanda Skills@Work Challenge yarışının keçirilməsində əsas partnyor dəstəyinə görə Azercell Telecom MMC şirkətinə və partnyor Microsoft şirkətinə minnətdarlığını bildirir.

Skills@Work (skilz-ət-vörk – İş üçün bacarıqlar) bütün Cənub-Şərqi Avropa ərazisi və Böyük Britaniyada peşə təhsili və təlimi sektorunda beynəlmiləlçiliyi dəstəkləyən, on səkkiz ölkəni əhatə edən bir layihədir.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.

 Positive About Disabled People