Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
İNFORMASİYA MƏRKƏZİ
BİZ SİZƏ NƏ TƏKLİF EDİRİK?
Online Catalogue
BİZİM ELEKTRON RESURSLAR
BİZİM VİDEO-KOLLEKSİYA
ƏDƏBİ TƏDBİRLƏRİMİZ
NECƏ ÜZV OLA BİLƏRSİNİZ?
BİZİM ONLAYN FORUMDA İŞTİRAK EDİN
Burada kitab, videofilm və digər resurslarımızı bir-birinizlə müzakirə edə, təklif və məsləhətlər verib suallarınıza cavab tapa bilərsiniz.
AXTARDIĞINIZI BURADA TAPIN
On-layn kataloqumuz sizə İnformasiya Mərkəzimizdə olan hər cür resursları (kitablar, DVD-lar, CD-lar və s.) axtarmaq imkanı verir.
İNFORMASİYA MƏRKƏZİ
Biz sizə nə təklif edirik?

2500-dən artıq kitab, 650-dən artıq videofilm və DVD, populyar qəzet, jurnal və məcmuələr, Birləşmiş Krallıqdan canlı televiziya xəbərləri və İnternetə azad çıxış.

MÜASİR BRİTANİYAYA AÇILAN QAPINIZ
Azərbaycanda bizim İnformasiya Mərkəzi Birləşmiş Krallıqda müasir həyatın hər bir sahəsi barədə geniş məlumat ala biləcəyiniz yeganə yerdir:

Müasir Britaniyaya dair kitablar: səyahət, həyat tərzi, moda, incəsənət, televiziya, cari məsələlər
İngilis dilini öyrənmək və öyrətməyə dair kitablar: İngilis dili dərslikləri audio/CD/video kasetlərlə birgə, Biznes İngilis dili, Səhiyyə, Səyahət materialları, IELTS, TOEFL, FCE, CAE, CPE və BEC imtahanlarına hazırlaşmaq üçün materiallar, müəllimlər üçün  resurs kitabları və digər tədris materialları, müxtəlif səviyyələrə uyğun sadələşdirilmiş kitablar (audio kasetlə birgə)
Müasir Britaniya bədii ədəbiyyatı
Biznes və Menecmentə dair kitablar: Karyera inkişafı, müsahibə alma, qərar vermə və problem həll etmə, təchizat bacarığı ,təsir etmə, danışıqlar aparmaq qabiliyyəti, yazı yazma bacarığı və s.
Britaniya qəzet və jurnalları - ciddi mətbuat - "The Times", "New Statesman", "Economist", "New Scientist", və əyləncəli jurnallar da daxil olmaqla - "Glamour", "Hello", "OK Magazine" və s.
BBC World Service televiziya kanalını canlı olaraq seyr etmək imkanı

Daim yenilənən video/DVD kolleksiyamız Britaniyanın böyük müvəffəqiyyət qazanmış filmləri, həmçinin sənədli film və tədris materiallarını əhatə edir.

Biz İnformasiya Mərkəzində gənclər və nisbətən yaşlı nəsil üçün oxu qrupları təşkil edirik. "Book Mania" layihəsi vasitəsilə bizim ədəbi tədbirlərimiz Bakı hüdudlarından da kənara çıxır. Bu layihə müasir Britaniya bədii ədəbiyyatını regionlarda tanıtmaq məqsədi güdür. İndi Sumqayıt, Lənkəran, Mingəçevir və Gəncədən olan oxucular kitablar barədə öz təəssüratlarını on-layn forumlarımızda bölüşə bilərlər.

ELEKTRON XİDMƏTLƏR
Biz öz üzvlərimizə eResurslar - lüğətlər, ensiklopediyalar, menecment üzrə təlimatlar, iqtisadiyyata, siyasətə, fəlsəfəyə aid kitablar, publisistik nəşrlər və s. istifadə etmək imkanı yaradırıq. İndi onlar istər evdən, iş yerindən, istərsə də bizim mərkəzdən internetə qoşulmuş hər-hansı bir komyüter vasitəsilə bu resurslara çıxış əldə edə bilərlər.

İnformasiya mərkəzimiz İnternetə çıxış üçün müasir kompüterlərlə təchiz olunub. Biz müasir Britaniya həyatının bütün sahələrini əks etdirən çoxlu sayda Britaniya vebsaytlarına pulsuz çıxış təklif edirik və həmçinin sizin üçün faydalı ola biləcək vebsaytların direktoriyasını hazırlamışıq.

Bütün bunlara əlavə olaraq biz ingilis dili üzrə lim proqramları (Network English, Young Learners, WIDA, WordBird və s.) vasitəsilə ingilis dilini öyrənmək üçün sizə əvəzolumaz imkan yaradırıq.

BU NADİR İMKANLARDAN İSTİFADƏ ETMƏK İSTƏRDİNİZ?
Bizə bu gün qoşulun, İnformasiya Mərkəzimizə üzv olun. Həm yeni gələnlər, həm də tələbələrimiz üçün hansı resursları istifadə etmələri barədə peşəkar məlumat və məsləhət verilir. Bu xidmətlərin sizə necə kömək edə biləcəyini öyrənmək üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud