Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Man in suite. Photo: Tim Hall
BİZ NƏ EDİRİK


Akademik və professional imtahanlar üçün aşağıdakı imtahan xidmətlərini təşkil edirik:

İmtahan kağızlarının qəbulu və mühafizəsi
İmtahan şurası üçün ödənişlərin toplanıb ötürülməsi (tələb olunarsa)
Namizədlərə imtahan yeri və vaxtının bildirilməsi
İmtahan yerinin təşkili
İmtahana nəzarət
İmtahandan əvvəl və sonra imtahan şurasının nizamnaməsinə uyğun əməliyyatların həyata keçirilməsi
İmtahan vərəqələrinin imtahan şuralarına çatdırılması
Namizədlərə nəticə barədə xəbər verilməsi (tələb olunarsa)

İNGİLİS DİLİ İMTAHANLARI
BİZƏ ELƏ BU GÜN MÜRACİƏT EDİN
AKADEMİK VƏ PROFESSİONAL İMTAHANLAR
Azərbaycanda professional Britaniya imtahanları

Sizə Birləşmiş Krallığın qabaqcıl professional institutlarının imtahanlarından keçməkdə kömək edə bilərik.

Bu fürsətdən istifadə etmək üçün Britaniyadakı institutlarla birbaşa əlaqə yaradıb, qeydiyyatdan keçməlisiniz. Sonra isə biz imtahanınızı Azərbaycanda təşkil edəcəyik. Keçən illərdə əməkdaşlıq etdiyimiz təhkilatların veb-saytlarında qeydiyyat, tədris proqramları və digər faydalı məlumatları nəzərdən keçirin:

CIMA - The Chartered Institute of Management Accountants
CIMA əsas diqqəti tələbələrin ixtisasını artırmaq, üzvləri və işgüzar adamları dəstəkləmək və ümumi maraqları qorumağa yönəldir. 155 ölkədə 77000-dən artıq tələbə və 59000 üzvünü təmsil edir. CIMA-nın özünəməxsusluğu menecment işləri üzrə ixtisaslaşmasıdır və o, bütün dünyada biznes üçün maliyyə ixtisası sahəsində tanınır.
ACCA - Association of Chartered Certified Accountants
ACCA-nın şöhrəti mühasibat və maliyyə sahəsində az qala 100 il verdiyi yüksək ixtisasa əsaslanır. Onun qədim ənənələri gənc və dinamik üzvlərinə arxalanan müasir düşüncə tərzi ilə tamamlanır.
CIPS - The Chartered Institute of Purchasing and Supply
CIPS alış və təminat zənciri sahəsində mütəxəssisləri təmsil edən beynəlxalq tədris və ixtisaslaşma birliyidir. Avropada bu tipli təşkilatlardan ən böyüyü və bütün dünyada bu sahəyə aid mərkəzi məlumat nöqtəsidir.
RGU - Robert Gordon University
Robert Qordon Universiteti Aberdində (Şotlandiya) yerləşir. Bu təqribən 10000 tələbəsi və 1400 əməkdaşı olan dövlət universitetidir və müxtəlif kurslar, Magistr/Doktor proqramları təklif edir.
CIE -Cambridge International Examinations

CIE 150-dən artıq ölkədə bir sıra qiymətləndirmə xidmətləri göstərir. Bu xidmətlər 30 dil, müüxtəlif elmlər, riyaziyyat, humanitar sahələr, incəsənət və işlə bağlı əsas bacarıqlar daxil olmaqla bir çox mövzuları əhatə edir.

IFM - Institute of Financial Management
IMF ilə MBA dərəcəsi üçün təhsil almaq həqiqi beynəlxalq təcrübədir. IMF-nin dünyanını yüzdən çox ölkəsindən tələbələri, həm Birləşmiş Krallıq, həm də Honq Konq, Sinqapur və Yamaykada mərkəzi var.
IFS - Institute of Financial Services
IFS Birləşmiş Bankirlər İnstitutunun (CIB) rəsmi əmtəə nişanıdır. Davamlı Professional İnkişaf proqramı professional və şəxsi inkişafınız üçün bünövrə təşkil edərək, cari və gələcək ehtiyaclarınıza uyğun şəkildə irəliləməyinizə kömək edir.
AIMR - Association for Investment Management and Research
AIMR-in məqsədi öz üzvlərinə investisiya meneceri və analitiklərinin təlimi və imtahan olunması sahəsində qlobal lider kimi xidmət etmək və peşəkar davranış standartlarını yüksək səviyyədə saxlamaqdır. AIMR-in fəaliyyəti bütün dünyanı əhatə edir.
Edexcel International
Hər il 2 milyondan artıq insan bütün dünyada işgüzar adamlar və ali təhsil müəssisələri tərəfindən hörmət olunan Edexcel dərəcəsi üçün təhsil alır. İnanılmış standartlar təmin etməklə qiyabi və akademik təhsildə nailiyyətlərinizi stimullaşdırır və qiymətləndirir.
Edinburgh Business School
Edinburq Biznes Məktəbi 10 ildən çoxdur ki təsis olunub və artıq 150 ölkədən 6500 məzun yetişdirib. Hal-hazırda MBA proqramı üzrə təhsil alan 9000 tələbəsi var.
The Open University
Açıq Universitet (Open University) 200000-dən çox tələbə və müştərisi ilə Britaniyanın ən böyük universitetidir. Onun kursları dünyanın ən yaxşı distant təhsil materiallarından hesab edilir və yeniliklərinə görə mütəmadi olaraq mükafatlandırılır.
Loughborough University
Lafbara (Loughborough) Universiteti qabaqcıl təhsil və tədris mərkəzidir. Məzunlarının işlə təmin olunmasına görə davamlı olaraq ən yaxşı universitetlər sırasında adı çəkilir. Dərəcə almaq üçün proqramları peşəkar təşkilat və müəssisələr tərəfindən yüksək qiymətləndirilir.
University of London
London Universiteti Birləşmiş Krallıqda ən qədim, ən böyük və ən zəngin universitetlərdən biridir. Universitet daxilində gedən fəaliyyətlərin növləri və əhatəsi ona özünəməxsus xarakter və çox fərqli keyfiyyətlər verir.
LCCI - London Chamber of Commerce and Industry Examination Board
LCCI İmtahan Şurasının bisneslə bağlı inanılmış və sayılan peşə dərəcəsi vermək üzrə 100 ildən artıq təcrübəsi var. Dünyanın 86 ölkəsində 8000-dən artıq mərkəzi olmaqla, verdiyi dərəcələr bütün dünyada iş adamları, peşəkar birliklər və universitetlər tərəfindən tanınır.
Henley Management College
Henli (Henley) dünyanın qabaqcıl biznes məktəblərindən biridir. Burada ən son benəlxalq menecment bilikləri və ən yeni multimedia texnologiyalarını birləşdirən yüksək keyfiyyətli menecmentin inkişafı proqramları təklif olunur.
The University of Warwick
Uorik (Warwick) Universiteti davamlı olaraq Birləşmiş Krallığın ən yaxşı on universiteti arasında yer tutur. 1965-ci ildə təməli qoyulmuşdur, tədris və tədqiqatda səviyyəsi həm ölkə, həm də xaricdə ən yaxşılarla müqayisə olunur.
The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud