|
“Fəal Vətəndaşlar” British Council-ın mədəniyyətlərarası dialoq və qlobal vətəndaşlıq sahəsində fəaliyyət göstərən proqramıdır. Layihə həm yerli, həm də beynəlxalq səviyyədə insanların inkişafı naminə digərləri ilə əməkdaşlıq etmək işinə məsuliyyətlə yanaşaraq və nəyə qadir olduqlarını tanıyaraq digərləri ilə əməkdaşlıq etməyi nəzərdə tutur.
Azərbaycanda proqram artıq ikinici il fəaliyyət göstərir və cari ildə də Azərbaycanın şəhər və rayonlarının inkişafında fəal rol oynayan 18-35 yaşlı gəncləri cəlb edəcəkdir. Biz ilkin olaraq gənc icmalarla işləyərək və yerli ehtiyacları nəzərə alaraq 20 təlimçiyə təlimlər keçirməyi və həmin təlimçilərin bu təlim modellərindən istifadə edərək öz təşkilat və ya olduqları icmalarda kaskad təlimlər keçirəcəyini planlaşdırırıq. Proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənir. Proqramın əsas tərəfdaşı Ümidli Gələcək Gənclər Təşkilatıdır.
Təlimlərdən sonra Fəal Vətəndaşlar layihəsinin təlimçiləri öz təşkilat və ya olduqları icmalarında digər iştirakçılara təlimlər keçməlidirlər. Təlimlər iştirakçıları mədəniyyətlərarası dialoq mövzusunda layihə dizaynı, hazırlanması və icrası üzrə istiqamətləndirəcək. Layihənin digər mərhələlərində sosial fəaliyyət layihələri, beynəlxalq mübadilələr və şəbəkələşmələr imkanı olacaqdır.
|