İncəsənət sahəsinə yenilik gətirən işləri sizə təqdim etmək üçün peşəkar tərəfdaşlarımızla işləyirik. Festival, tamaşa və sərgilər tədris layihələri, sənətkarların dəvət olunması, məşğələ və seminarlarla müşayiət olunur. British Council Birləşmiş Krallığın bütün mədəniyyət və bölgələrindən müxtəliflik və yaradıcılığı təbliğ edir. Diqqəti sənətdə ən son söz olan layihələrə yönəltməklə, yerli tərəfdaşlarımıza Britaniya barədə təsəvvürü genişləndirmək və daim yeniləməkdə kömək edirik. |