Bizim Musiqi veb-saytımız sizə Birləşmiş Krallığın hərəkətli və yenilikçi musiqi səhnəsi, o cümlədən musiqi təhsili barədə faktlar, musiqi xəbərləri, Britaniyada ənənəvi və dünya musiqisi barədə məlumat verir.
Bizim həftəlik beynəlxalq radio şou. Təqribən 30 milyon dinləyicisi olan bu iki saatlıq proqram Birləşmiş Krallıqdan ən yaxşı yeni və populyar musiqi və musiqiçiləri təqdim edir.
Populyar həftəlik Britaniya rok jurnalının on-layn variantı hər cür musiqi xəbərləri, icmal, dedi-qodu, şəkillər, yarışlar, video, radio və diskoqrafiyaların mənbəyidir.
Artıq on beş ildir ki, Birləşmiş Krallıqda cazsevərlərə informasiya verən xeyriyyə cəmiyyəti "Jazz Services"-in saytı cazın təbliği və inkişafına həsr olunub.
"Gramophone" jurnalının veb-saytı klassik musiqi dünyasından xəbər, yenilik və yarışlar təqdim edir. Saytda həmçinin dünyada ən geniş klassik musiqi diskləri və icmallarının arxivi var.
BBC Dünya Xidməti bütün dünya gəncləri arasında ən yaxşı musiqi ifaçısını müəyyən etmək üçün müsabiqə elan edir. “Növbəti böyük addım” adlandırılan bu müsabiqə istənilən musiqi janrında öz mahnılarını ifa edən 18 yaş və bundan kiçik solo, eləcə də qrup ifaçıları üçün açıqdır. Daha geniş məlumat alın...