Kino və Televiziya Şöbəmizin məqsədi əsasən televiziya sənayesindən daha zəif yayım sisteminə malik kino sahəsində Britaniyadan yeni əsərlər üçün beynəlxalq tamaşaçı kütləsini genişləndirməkdir.
Birləşmiş Krallığın kino sənayesinin inkişafına cavabdeh olan "UK Film Council" gördükləri iş barədə məlumat verir. Saytda həm də təhsil və film istehsalı üçün maliyyə yardımları barədə məlumat var.
Bizim Britfilms veb-saytına Britaniya filmlərinin illüstrasiyalı verilənlər bazası, bütün dünyada kino və video festivallarının cədvəli, film axtarış səhifəsi və Britaniyada təhsil və çəkiliş barədə məsləhətlər daxildir.
Namizəd və qaliblər daxil olmaqla Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (British Academy of Film and Television Arts - BAFTA) illik mötəbər kino mükafatı barədə məlumat. Saytda həm də BAFTA-nın digər təltif mərasimləri, kino və televiziyanın təbliği sahəsində gördüyü işlər barədə məlumat ala bilərsiniz.
Filmlər barədə məlumat üçün Britaniya Kino İnstitutunun (British Film Institute - BFI) saytına baxın: Birləşmiş Krallıqda göstərilən filmlərin siyahısı, filmlərlə bağlı faktlar, rejissorlar üçün məsləhət, film arxivi, təhsil yenilikləri və BFI-nin aylıq kino jurnalı "Sight and Sound”-un onlayn variantı.
Kino, televiziya və media sahəsində qabaqcıl beynəlxalq peşəkar tədris mərkəzi olan Birləşmiş Krallıq Milli Kino və Televiziya Məktəbi bir sıra ixtisaslar üzrə əyani və qısamüddətli kurslar təklif edir.