Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Urban Culture, design © tmagency
TY music
Billy Biznizz

Müasir Britaniya musiqi səhnəsində tanınmış qonaqlarımız barədə oxuyun. Onları daha yaxşı tanıyın, mükafatlar, rəylər və fotoşəkillərini nəzərdən keçirin və onların musiqisini dinləyin.



Azərbaycan hip-hop azarkeşləri Britaniyalı ifaçıları çox isti garşıladı. İlk musiqi sədalarını eşidən gənclər ruhlanıb əllərini yelləməyə başladılar. DJ Biznizz və MC TY-ın canlı ifası və ardınca gələn çıxışlar hip-hopsevərlər üçün əsl bayrama çevirildi
"CBN Extra" qəzeti, 15 fevral 2006

URBAN MƏDƏNİYYƏT

“Urban Culture” (“Urban Mədəniyyət”) adlı layihəmiz çərçivəsində bir sıra çox maraqlı tədbirlər keçirildi: foto-müsabiqə, seminarlar və layihənin kulminasiyası olan britaniyalı və azəri hip-hopçuların iştiraki ilə möhtəşəm hip-hop konserti.

FOTO-MÜSABİQƏ – KÖHNƏ TƏZƏ BAKI
“Köhnə Təzə Bakı” foto-müsabiqəsi 2006-cı il, 2-23 yanvar tarixləri arasında keçirilirdi və fotoşəkil çəkməklə maraqlanan hər bir kəs müsabiqədə iştirak edə bilərdi. Sadəcə olaraq Bakının urban sahələrini əks etdirən foto-şəkillər  bizə göndərilməli idi.
Müsabiqə qaliblərini təbrik edirik: Sitarə İbrahimova, Lalə Fətəliyeva, Cəmil Qasımov İnformasiya Mərkəzimizə illik üzvlük, Arbil BozŞamil Talıbov isə yarım illik üzvlük qazandılar.

SEMİNARLAR
30 yanvar - 2 fevral 2006-cı il tarixləri arasında Kelli Badc (Kelly Budge) gənc fotoqraflar, müstəqil video sənəti həvəskarları, İncəsənət Akademiyasının tələbələri, “Zamanın Qanadları” QHT-nın üzvləri və video sənəti ilə maraqlanan şəxslər üçün VJ (vizual jokey) seminarı keçirdi. Seminarın sonunda iştirakçılar Bakının unudulmuş yerləri haqqında 5-7 dəqiqəlik film hazırladı və bu film hip-hop konserti vaxtı xüsusi monitorlarda təqdim edildi.

1 fevral 2006-cı il tarixində reper TY və DJ Biznizz Azərbaycanlı DJ və reperləri üçün Britaniyanın hip-hop sahəsində ən son nailiyyətləri haqqında təcrübələrini bölüşmək, fikir mübadiləsi aparmaq və ən son yenilikləri təqdim etmək məqsədilə seminar keçirdilər.

HİP-HOP ŞOUSU
Azərbaycan Gənclər Günü, 2 fevral 2006-cı il tarixində, saat 19:00-da Əl Oyunları Sarayında Britaniyanın məşhur hip-hopçuları - reper TY, DJ Biznizz və VJ Kelli Azərbaycanın tanınmış reperləri Elşad XoseUran ilə birgə çox enerjili və möhtəşəm hip-hop şousu nümayiş etdirdilər.

TY Böyük Britaniyanın qabaqcıl və zərif musiqi duyumu və təbi yumor hissi ilə tanınmış reperlərindən biridir. Onun ən popular albomlardan biri “Awkward” 2001-ci ildə buraxılıb. TY bir çox mükafatlar qazanmış və onun “Upwards” (2003) albomu məşhur Merkuri Mükafatına təqdim edilmişdir.
Billy Biznizz 80-ci illərin əvvəllərindən bəri ən qabaqçıl DJ-lərdən biri olmuşdur. O, Böyük Britaniyanın DJ sənətinin radio, klub, sərgi, teatr və ya studiya istehsalı formalarında şöhrətinin artmasına köməklik göstərmişdir. Biznizz müxtəlif rep və hip-hop qrupları ilə Böyük Britaniya və Avropada konsertlər vermişdir. O, həmçinin MC TY və onun “Awkward” solo albomu ilə qastrollarda iştirak etmişdir.
VJ Kelli Bakıya ikinci dəfə səfər edirdi. Onun ilk səfəri 2004-cü ilin iyul ayında keçirilən unudulmaz “Bitches Brew" Disko Gecəsi layihəsi ilə əlaqədar olmuşdur.


The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud