Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
Touch The Sky
SƏMAYA TOXUNAQ

Treninqlər
Azərbaycanda ilk dəfə, Britaniyanın məhşur “Blueprint” skeytbord şirkətinin nümayəndələri Nil Çester, Kolin KenediPol Şier yerli gənc skeytbordçular üçün 26–28 sentyabr 2006-cı il tarixlərində 3 günlük trening keçirdilər. Britaniyalı skeytbordçular Bakı Roller Klubundan olan yerli gənclər qrupu ilə birgə Bakının urban ərazilərində skeyt sürdülər.

26–28 sentyabr 2006-cı il tarixlərində tanınmış Britaniya qraffiti ustadları Kid AkneBoyd Hil Britaniyanın ən son və mükəmməl qraffiti yeniliklərini təqdim etmək məqsədilə treninq keçirdilər. Treninq zamanı qraffitini vasitə kimi istifadə edərək iştirakçıların Bakının urban sahələri üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulmuşdu.

Bundan başqa, 21–24 Sentyabr 2006-cı il tarixlərində, rampa (skeytbordçuların skeyt sürdükləri xüsusi konstruksiyalar) tikilişi üzrə ustad Riçard Holand yerli skeytbordçularla birgə çalışaraq skeyt rampalarını inşa etdi. İnşaat zamanı o həmçinin, yerli skeytbordçuların gələcəkdə müstəqil şəkildə işləmələrinə imkan yaratdı, ramp tikilişi üzrə (nəzəri və praktiki) treninq keçirdi.

Klub Gecəsi
28 sentyabr 2006-cı il tarixində MC Tali, DJLD ilə birgə, XCİTE gecə klubunda Britaniyanın ən müasir klub musiqisini səsləndirdi.

Dənizkənarı Milli Parkda Şou
Layihənin kulminasiyası olaraq 29 Sentyabr 2006-cı il saat 19:00-da Bakıya səfər edəcək Britaniyanın Durftphunk qrupu, eləcə də müasir hiphop və soul ifaçısı MC TALI DJLD Dənizkənarı Milli Parkda çox enerjili və möhtəşəm şou nümayiş etdirmək məqsədilə Bakıya təşrif buyurdular. Şou zamanı tamaşaçılar Bakıda ilk dəfə skeytbord və qraffiti şousuna baxmaq imkanı əldə etdilər! Konsert Space televiziyası tərəfindən canlı yayımlandı.

Bütün treninqlər Urban mədəniyyəti layihəsi çərçivəsində 2006-cı ilin Fevralında Britaniyalı VJ Kelly Badc tərəfindən təlim keçmiş Faiq ƏhmədCeyhun Ocadov tərəfindən lentə alındı. Onların lentə aldıqları video gündəliklər və qisa metrajlı film 29 Sentyabr 2006-ci il tarixində keçirilmiş konsert zamanı ekranda nümayiş etdirildi. Göstərilən filmlər treninqlər zamanı yaşanan həyəcanı və dinamikanı tamaşaçılara yaşatdı. Faiq və Ceyhun VJ-lik edərək konsertin daha da həyəcanlı keçməsi üçün onu vizual effektlərlə rəngləndirdilər.

Layihə Haqqında
Touch The Sky” (“Səmaya Toxunaq”) Cənub-Şərqi Avropa regionunun 15 ölkəsini birləşdirən Urban Culture adlı global təşəbbüsümüzün bir hissəsidir və layihənin məqsədi gənclərə yaradıcı qabiliyyətlərinin inkişaf edilməsi üçün geniş imkanlar yaratmaq, İngiltərədən professional inkişaf və təhsil sahəsi üçün dəstək almaq, eləcə də onları milli mədəniyyət xüsusiyyətlərinin ifadə etdirmələri üçün platforma ilə təmin etməkdir. Layihənin digər məqsədi gənclərin Azərbaycanın urban sahələri və inkişaf edilməmiş sektoru - şəhər mədəniyyəti - barədə fikirlərinin ifadə edilməsinə imkan yaratmaqdır.

MC Tali (www.talimusic.co.uk) Britaniyada ən fəal qadın MC-si kimi tanınır. Bununla belə, Talinin istedadı müğənnilik və musiqi bəstələməyi özündə birləşdirir. Öz hip-hop və soul təcrübəsini istifadə edərək Tali hal-hazırda Britaniyanın ən qabaqcıl yeni urban müğənnilərindən biri olmaq yolunda irəliləyir.

Durftphunk (www.splankrecords.co.uk/darftphunk) qrupu təzə olmasına baxmayaraq breakbeat, elektronika və funk  musiqisi sahəsində artıq yaxşı tanınmış qruplardandır. Qrup 2 DJ, vokalosit, zərbçi və saksafonçudan ibarətdir.

Blueprint Skateboards (www.blueprintskateboards.com) 1995-ci ildə Faze 7 Distribution tərəfindən Britaniyanın ilk skeytbord şirkəti kimi yaradılmışdır və hal-hazırda daha da irəliləyərək Avropa skeytbord şirkətlərinin arasında ön sıralarda yerini alıb.

Kid Acne (http://angryape.com/artists/k/kid-acne) İngiltərənin ən məşhur qraffiti ustadlarından biridir. O, bar interyerlərindən tutmuş skeytbord qrafiklərınə, pizza qutularından qadın paltarlarının dizaynınına qədər məşğul olur. Onun yaratdığı misilsiz qraffiti və illüstrasiyaları Nyü York, Melburn, Helsinki və başqa sərgilərdə nümayiş olunmuşdur.  Əvvəlki müştərilərindən Levis, Volkswagen, Prada, Warp Records, Thames & Hudson, Robert Horne, XL Recordings və digərlərinin adlarını çəkmək olar.


The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud