Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
11½ Dancing Nights, image © Chris Nash
11½ RƏQS GECƏSİ

Bu layihə çərçivəsində tanınmış britaniyalı rəqs müəllimi Reyçel Krisçe (Rachel Krische) “TODES” rəqs grupu ilə 11 gün ərzində ustad dərsləri keçirmək məqsədilə Bakıya səfər etmişdi.

3-14 yanvar 2006-cı il tarixlərində Reyçel müasir Britaniya rəqs üslublarına dair məşğələlər keçirdi və bu məşğələlərin yekunu kimi 14 yanvar 2006-cı il tarixində Xəzər Universitəsinin Dünya teatrında möhtəşəm bir rəqs şousu təqdim olundu.

Layihə iştirakçılarından bəziləri artıq “Random Dance” (2003) və “Russel Maliphant Dance Company” (2004) rəqs qrupları tərəfindən uğurla keçirilmiş rəqs məşğələlərimizdə iştirak etmişdilər.

REYÇEL KRİSÇE 1992-ci ildə London Müasir Rəqs Məktəbini müasir rəqs və xoreoqrafiya ixtisası üzrə fərqlənmə ilə bitirmişdir. Müstəqil rəqqasə kimi “Adventures In Motion Pictures”, “La Ribot”, “Vincent Dance Theatre”, “Wendy Houstoun”, “Colin Poole” və “Akram Khan” kimi müxtəlif rəqs qruplarında işləyib və bu birgə işini hər zaman öz dinamik dərslərini yeniləmək üçün istifadə edir. 2000-ci ildə Reyçel yoqa müəllimi ixtisası alıb, bu da onun işi üçün möhkəm bir təməl formalaşdırıb. Bu yaxınlarda o, Cervud Xoreografiya mükafatına layiq görülüb.

“11½ Rəqs Gecəsi” məşğələləri bizim global təşəbbüsümüz olan “PACE” (Performing Arts Creative Education - İfaçılıq Sənətində Yaradıcı Təhsil) proqramı çərçivəsində keçirilirdi. Cənub-şərqi Avropanın səkkiz ölkəsini əhatə edən bu proqramın əsas məqsədi gənclərə təhsildə köməklik göstərmək, yaradıcılıq potensiallarını üzə çıxarmaq və peşəkar inkişafları üçün imkanlar yaratmaqdır.


The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud