Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et|Bənzər səhifələri tap
British Council Azerbaijan
World Book Day, design © tmagency
BİZİM ONLAYN FORUMDA İŞTİRAK EDİN
Burada kitab, videofilm və digər resurslarımızı bir-birinizlə müzakirə edə, təklif və məsləhətlər verib suallarınıza cavab tapa bilərsiniz.
BİRLƏŞMİŞ KRALLIQDA TƏDBİRLƏR
Görün Ümumdünya Kitab Günü Birləşmiş Krallıqda necə qeyd olunur. Kitablarla bağlı maraqlı tədbirlər, çalışmalar və şənliklər barədə məlumat alın.
ÜMUMDÜNYA KİTAB GÜNÜ

Əgər siz ingilis dilini öyrənirsinizsə, oxumağı, yazmağı, rəsm çəkməyi, müsabiqə və sorğuları sevirsinizə, o zaman Ümumdünya Kitab Günü bizimlə qeyd edin.

Ümumdünya Kitab Günü kitabları və mütaliəni təbliğ edən böyük bir tədbirdir. Biz bazar günü 12 mart 2006-cı il tarixində saat 11.00-dən 15.00-dək bu günü qeyd edəcəyik. Bu gün sizi bir sıra maraqlı tədbirlər gözləyir: yeni kitab sərgiləri, hamı üçün nəzərdə tutulan “Düzgün kitabı necə seçməli” sessiyası, valideynlər və müəllimlər üçün nəzərdə tutulmuş “Hekayə söyləmə məşğələsini necə təşkil etməli” sessiyası, uşaqlar üçün hekayə söyləmə sessiyaları, kitab əlfəcini düzəltmə yarışması, xəzinə axtarışı müsabiqəsi, ədəbi sorğular. Çoxlu prizlər, uduşlar və əyləncə yağışı sizi gözləyir!

MƏNİM SEVİMLİ KİTABIM
Siz və ya sizin uşağınız oxumağı, yazmağı və ya rəsm çəkməyi sevir? Əgər bu suallardan hər-hansı birinə cavabınız müsbətdirsə, o zaman bizim müsabiqələrimizdə iştirak edərək dəyərli hədiyyələr qazana bilərsiniz. Öz sevimli kitabınız barədə şərh yazmaqla Kitab Şərhi müsabiqəsinə, sevimli kitabınızın mövzusuna rəsm çəkməklə isə Kitab İllüstrasiyası müsabiqəsinə qoşula bilərsiniz.

MÜSABİQƏYƏ QOŞULMAQ ÜÇÜN NƏ ETMƏLİYƏM?
Əgər yaşınız 10-dan yuxarıdırsa, ingilis dilində 500 sözdən çox olmamaq şərti ilə kitabın yazı üslubunda xoşunuza gələn cəhət barədə yazın; kitabın sizə nə cür təsir etdiyini və bunun səbəbini açıqlayın; öz fikrinizi ifadə edin və başqalarını da bu kitabı oxumağa həvəsləndirin.
Əgər yaşınız 16-dan azdırsa, öz sevimli kitabınızdan bir səhnə və ya sevimli qəhrəmanınızın rəsmini çəkin.

MÜSABİQƏYƏ KİMLƏR QOŞULA BİLƏR?
Kitab Şərhi müsabiqəsinə uşaqlar və gənclər, Kitab İllüstrasiyası müsabiqəsinə isə 5-16 yaşlı uşaqlar qoşula bilərlər.

MÜSABİQƏYƏ NECƏ QOŞULA BİLƏRƏM?
Ad və soyadınızı, yaşınızı, oxuduğunuz/işlədiyiniz yeri, əlaqə telefonlarınızı qeyd etməklə hazırladığınız Kitab Şərhi/Kitab İllüstrasiyasını bizim ofisə gətirə və ya infocentre@britishcouncil.az elektron ünvanına göndərə bilərsiniz.
Son qəbul tarixi 7 mart 2006-cı ildir.


The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our Freedom of Information Publications Scheme. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud