|
||
|
Tanınmış Britaniya yazıçısı Cef Dayəni (Geoff Dyer) 2005-ci ilin mart ayında Azərbaycana dəvət etmişdik. Səfərin məqsədi Britaniya ədəbiyyatını gənclər arasında yaymaq və hal-hazırda Britaniya ədəbiyyatında baş verən yenilikləri onlara çatdırmaq idi. Bakıya səfər çərçivəsində yazıçı martın 19-u saat 17:00-da Xəzər Universitetinin Dünya Teatrında ictimaiyyətlə görüş keçirdi. Müəllif həmçinin iki bədii yazı seminarı keçirdi - martın 17-də Azərbaycan Dillər Universitetinin müəllimləri üçün, martın 18-də isə “Yol” inşa müsabiqəsinin qalibləri üçün. “Yol” inşa müsabiqəsi 2004-cü ildə Azərbaycan, Macarıstan, Rumıniya, Rusiya və Gürcüstanda keçirilmişdir. Müsabiqənin məqsədi bütün bu ölkələrdən ən yaxşı ədəbi nümunələri toplamaq idi. CEF DAYƏ 1958-ci ildə Çeltenhamda anadan olmuş və təhsilini Oksfordda, Korpus Kristi Kollecdə almışdır. Onun ilk kitabı Ways of Telling: The Work of John Berger 1986-cı ildə işıq üzü görmüşdür. İlk romanı olan The Colour of Memory (1989) əsərində isə hadisələr 80-ci illərdə Londonun cənubunda yerləşən Brikston şəhərində cərəyan edir. Onun qeyri-bədii (publisistik) mövzuda yazdığı tanınmış əsərlər içərisində caz musiqisindən bəhs edən, Somerset Moem mükafatı almış But Beautiful (1991) əsəri, BBC Radio 3 üçün sadələşdirilmiş və Som döyüşünün 80 illiyi ərəfəsində səsləndirilmiş The Missing of the Somme (1994) əsəri; D. H. Lourens haqqında yazdığı National Book Critics' Circle Fiction Mükafatına (ABŞ) namizəd göstərilmiş Out of Sheer Rage:In the Shadow of D. H. Lawrence əsəri (1997) və o cümlədən 1999-cu ildə nəşr edilmiş inşalar silsiləsi olan Anglo-English Attitudes: Essays, Reviews, Misadventures (1984-99) əsəri vardır. O həmçinin üç romanın müəllifidir: Paris Trance, The Search və The Colour of Memory. Cef çox səyahət etmiş, Nyu-York, Paris, Roma və Yeni Orleanda yaşamışdır. Hal-hazırda o, Londonda yaşayır lakin vaxtının çox hissəsini San-Fransiskoda yaşamağı xəyal etməklə keçirir. |
||||||||||||||||||||||||||||||||||||||||||||||||
| The United Kingdom’s international organisation for cultural relations and educational opportunities. A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland) Our privacy and copyright statements. Our commitment to freedom of information. Double-click for pop-up dictionary. |
![]() |