Sadə mətn
Read this page in English
 Çap et | Səhifəni göndər| Tez-tez istifadə olunanlara əlavə et
British Council Azerbaijan
Russell Maliphant, image © Hugo Glendinning, design © Orkhan Husseinov
RASSEL MALİFANT

İşıq ustası Maykl Hols daxil olmaqla misilsiz əməkdaş qrupu ilə birlikdə işləyərək Rassel Malifant hərəkət, işıq və musiqi arasında heyranedici əlaqələri tədqiq etməkdə davam edir.



Bu, heyranedici bir şey idi. Heç bilmirdim kimə baxım, onlar hamısı nə isə yeni bir şeyi rəqs edirdilər və heç biri eyni hərəkəti təkrar etmirdi.
“Zerkalo” qəzeti, 22 may 2004

RASSEL MALİFANT RƏQS QRUPU

Cənubi Qafqazda regional layihə çərçivəsində Rassel Malifant qrupunun Azərbaycan Dövlət Musiqili Komediya Teatrında ekstravaqant müasir tamaşaları ilə 20-21 may, Bakıya gəlməsini elan etmişdik.

Heyranedici şəkildə bir-birinə sarmaşan əla quraşdırılmış optik illüziyalar, ən müasir işıq effektlərirəqs sənəti, Baxın musiqisi və mistik hərəkətlər heç kimi etinasız qoymadı!

RASSEL MALİFANT öz qrupunu 1996-cı ildə təşkil etmiş və bu günə qədər işıq üzrə quruluşçu Maykl Hols ilə yaxından əməkdaşlıq edərək 20-dən çox tamaşanın müəllifi olmuşdur. O, həm də "Lyon Opera Ballet", "George Piper Dances", "Ricochet Dance Company", "The Batsheva Ensemble" və "Nuremberg Ballet" kimi qruplar üçün tamaşalara quruluş vermişdir.

"Royal Ballet School" Kral Balet Məktəbində təhsil alan Rassel 16 yaşından oranı tərk edərək karyerasını müstəqil azad rəqsdə davam etdirmək üçün "DV8 Physical Theatre", "Michael Clark & Company", "Laurie Booth" və "Rosemary Butcher" kimi qruplarla işləyir, eyni zamanda bir sıra müxtəlif texnikanı (baletdən tutumuş əlaqəli improvizasiyaya qədər, yoqa, kapoeyra, tay-çi və akrobatika) araşdırır. Rassel anatomiya, fiziologiya, biomexanika və Struktur İnteqrasiya üzrə Rolfinq Metodunu öyrənmiş (bu sahədə o özəl fəaliyyət göstərir), 1994-95-ci illərdə müəllimlərə iki illik Yoqa təlimində iştirak etmişdir.

Rassel Malifant qrupu Todes Studiyasının Azərbaycandakı rəqqaslarına iki günlük yaradıcılıq seminarı keçirdi.

BEYNƏLXALQ QASTROLLAR
Fransa, Yunanıstan, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, Avstraliya, Hindistan, Kanada, Slovakiya, İspaniya, Özbəkistan.

MÜKAFATLAR
2002-ci ildə "Time Out" jurnalı mükafatı
2002-ci ildə "Festival De La Nouvelle Dance", Monreal
2003-cü ildə "South Bank Show" mükafatı

"Deyli Teleqraf"
...Malifant hərəkətlərini füsunkar qüvvə və məxmər cilalama işini birləşdirərək elə yonub düzəldir ki, Mikelancelonun heykəlləri yada düşür...

"Observer"
...Malifant etdiyi hər şeydə yüksək səviyyədə iştirak edir, hərəkətin imkanlarından başqalarının ancaq xəyal edə biləcəyi səviyyədə istifadə etməyi bacarır!..


The United Kingdom’s international organisation for cultural relations and educational opportunities.
A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland)
Our privacy and copyright statements.
Our commitment to freedom of information. Double-click for pop-up dictionary.
 Positive About Disabled People Download Browsealoud