|
||
|
2004-cü ilin oktyabrından dekabrına qədər Avropadan beş ölkə - Macarıstan , Rumıniya, Rusiya, Gürcüstan və Azərbaycanı bir araya gətirən inşa və fotoşəkil müsabiqəsini elan etmişdik. İnşa üçün başlıq belə idi: «YOL» Bu sizin yaşadığınız yol, sizə xoşbəxtlik gətirən yol, bu günə qədər həyatınız boyu keçdiyiniz və ya qarşıda sizi gözləyən yollar, nə vaxtsa keçmək istədiyiniz, amma keçmədiyiniz yol ola bilər. Bəlkə də bu söz sizin üçün tamamilə başqa məna daşıyır. Bütün baxış nöqtələri məqbul idi və iştirakçılardan bu söz üçün öz şəxsi açıqlamalarını 120 sözdən çox olmamayan inşa şəklində yazmaları və/və ya veb sayt üçün üç müxtəlif fotoşəkil göndərmələri xahiş olunurdu. Fotoşəklin mövzusu «YOL» olmalı idi, lakin bu sizin insanlar və nəqliyyatla dopdolu öz yolunuzdan tutmuş qürub çağı sakit dağ keçidinə qədər istənilən şey ola bilərdi. Biz beş ölkədən müxtəliflik və gözəlliyi təcəssüm edən təsvirlər axtarırdıq. İnşa müsabiqəsinin qaliblərini təbrik edirik: Onlar martda Bakıya gələn britaniyalı yazıçı Cef Dayənin iştirakı ilə Bədii Yazı Seminarında iştirak etmək fürsəti əldə etdilər. İnşa bölməsində bütün qaliblər və digər 30 ən yaxşı yazının müəllifi öz yazılarının yüksək bədii səviyyəsinə görə mükafat olaraq kitab aldı. Fotoşəkil müsabiqəsinin qaliblərini təbrik edirik: Onların hər biri müsabiqəmizdə iştirak etmələrinin xatirəsi olaraq kiçik bir hədiyyə aldı. Fotoşəkillərdən biri yekun qalib kimi seçilərək müəllifi bizim Tədris Mərkəzində pulsuz ingilis dili kursu ilə mükafatlandırılıd. Bütün iştirakçılara minnətdarlığımızı bildirir, qaliblərli təbrik edirik! |
|||||||||||||||||||||||||||||||||||||||||||
| The United Kingdom’s international organisation for cultural relations and educational opportunities. A registered charity: 209131 (England and Wales) SC037733 (Scotland) Our privacy and copyright statements. Our commitment to freedom of information. Double-click for pop-up dictionary. |
![]() |